Prezident İlham Əliyev Macarıstanın Baş naziri ilə görüşüb  YENİLƏNİB -2
Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban SPECA-nın Zirvə görüşündə fəxri qonaq qismində iştirak üçün dəvətə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi. O, Macarıstan xalqının ən xoş arzularını və Azərbaycanın suverenliyinin bərpası, regionda vəziyyətin sabitləşməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Prezident İlham Əliyev Azərbaycan ilə Macarıstan arasında əlaqələrin və dostluq münasibətlərinin hərtərəfli inkişafından məmnunluğunu ifadə etdi, ölkələrimizin ikitərəfli əsasda və Türk Dövlətləri Təşkilatı çərçivəsində yaxından əməkdaşlıq etdiyini, həmçinin SPECA-nın işbirliyi üçün yeni format yaratdığını vurğuladı.

Viktor Orban Macarıstanın Türk ailəsinə yaxınlaşmasında və Türk Dövlətləri Təşkilatı ilə münasibətlərin inkişaf etdirilməsində Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri siyasi, iqtisadi, geosiyasi baxımdan vahid məkanı özündə əhatə edir. Ölkələrimiz arasında iqtisadi inteqrasiya daha da dərinləşir, Mərkəzi Asiyanı Xəzər dənizi və Qara dəniz ilə birləşdirən nəqliyyat, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələrdə yeni əməkdaşıq layihələri və platformaları inkişaf etdirilir.

Azərbaycanın işğaldan azad olunmuş Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasiminin Macarıstanla birgə həyata keçirilməsinin böyük əhəmiyyətə malik olduğu qeyd edildi, bu layihənin macar şirkətlərinin iştirakı ilə icra olunacağı vurğulandı.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyi qeyd olundu. Azərbaycan ilə Macarıstan arasında iqtisadi-ticari, investisiya əlaqələrinin inkişafından məmnunluq ifadə edildi. Bu baxımdan ölkələrimiz arasında enerji sahəsində icra olunan layihələrin önəmi xüsusi vurğulandı, turizm, əczaçılıq, nəqliyyat-logistika sahələrində və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi.

Son xəbərlər

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

MƏDƏD COŞQUNA - FOTO

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gürcüstan Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirməyi hədəfləyir

ABŞ-də təyyarə qəzaya uğradı - Ölənlər var

Bu ölkələrə də vizasız gedəcəyik - Fotolar

Niqabı qadağan edən qaydanı təsdiqlədilər

Tubu İmanova : Bəlkə də bu dəniz dərdimi bilər... - FOTO

Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərinin qorunması üçün hərbi vasitələr göndərəcək

“Google” kosmosda süni intellekt məlumat mərkəzi yaratmağı planlaşdırır

Ceyhun Bayramov ABŞ şirkətlərinin rəhbərləri ilə Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib

"TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu

FƏSİLLƏRİN SARI QIZI PAYIZ GƏLİR

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ: PROFESSOR MƏDƏD ÇOBANOVUN ELMİ İRSİ”

Elan : "Dədə Camal" Elm və Ürfan Məclisinin "Anım günü"nə həsr olunmuş" Şəhidlik yolu - Zəfər yolu " adlı ədəbi yığıncağı keçiriləcəkdir.

Gah küsüb, gah barışırlar... - FOTO

Keçmiş sevgililər Bakıda birlikdə görüntüləndi - Foto

2026-cı ilin Yer kürəsində ən güclü qasırğası

Həddindən artıq yetişmiş meyvə və tərəvəzləri yemək olarmı? - Həkimdən açıqlama

"Mənə ən çox lazım olduğun vaxtlarda yox idin" - Müğənni ölən atasından yazdı

Sübhan Avropa çempionu oldu

"Zirə"nin futbolçusu əməliyyat olundu - FOTO

NƏSİB MÜƏLLİM, SİZ DƏ MƏNƏ SÜRPRİZ ETDİNİZ

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930