Vaşinqtonda Zəfər Gününün 3-cü ildönümünə həsr olunmuş tədbiri keçirilib
Vaşinqton şəhərində yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasında Zəfər Gününün 3-cü ildönümünə həsr olunmuş tədbiri keçirilib. ABŞ-dəki səfirliyimiz tərəfindən təşkil olunmuş tədbirdə xarici ölkələrin ABŞ-də akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri və üzvləri, hərbi attaşelər, Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, hərbi attaşe Rüstəm Gözəlov və bu ölkədəki Azərbaycan icmasının fəal üzvü Həbib Azərsina Zəfər Günü ilə bağlı çıxış ediblər.

Çıxışlarda ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi ilə yanaşı, ədalətin də bərpa edildiyi qeyd edilib, bunun yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün önəmli olduğu vurğulanıb. Ədalətsizliyin və ikili standartların hər bir ölkə üçün təhdid təşkil etdiyi və bununla mübarizənin ümumi vəzifə olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin, Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğu, 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrimizin tarixi missiyasını tamamladığı vurğulanıb.

Bu il ölkəmizdə Zəfər bayramının tamamilə fərqli mühitdə qeyd edildiyi, Zəfər Gününün zəfər, cəsarət, ədalət və milli qürur bayramı olduğu bildirilib. Azərbaycan xalqının bundan sonra hər zaman öz ərazi bütövlüyünü bərpa etmiş, qalib dövlət və xalq kimi yaşayacağı vurğulanıb.

Tədbirin rəsmi hissəsinin sonunda Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra qonaqlara milli mətbəximizin təamları təqdim olunub.

Son xəbərlər

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31