
Tramp Konqresin razılığı olmadan qərar verə bilməyəcək
ABŞ-ın Nümayəndələr palatası Donald Trampa hərbi əməliyyatlar keçirməklə bağlı qadağalar tətbiq etmək istəyir.
Bizimyol.info xəbər verir ki, RİA “Novosti” məlumat verir ki, bu barədə palatanın spikeri Nensi Pelosi məlumat verib. Spiker Trampın hərbi səlahiyyətlərini məhdudlaşdırmaqdan ötrü yeni qətnamə qəbul etməyi planlaşdırdıqlarını elan edib.
Qətnamədə Konqresin razılığı olmadan Trumpın İrana qarşı hərbi əməliyyatlar keçirməsini qanuni şəkildə qadağan edilməsi təklif edilir. Qeyd olunur ki, bu sənəd demokrat-senator Tim Kaninin daha əvvəl prezidentin səlahiyyətlərinin alınması ilə bağlı senata təqdim etdiyi layihə ilə oxşardır.
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdada İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və bir nemə hərbi raket zərbələri ilə öldürülüb. O da bildirilib ki, raket zərbələri ABŞ prezidentinin razılığı ilə həyata keçirilib.
Dünən İraq hökuməti xarici dövlətlərin qoşunlarını ölkədən çıxarmaqla ilə bağlı qərar qəbul edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













