Naxçıvanda Türkiyə Cümhuriyyətinin 100 illiyi qeyd edilib
Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən tədbir təşkil edilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, digər rəsmi şəxslər, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi yad edilib, qardaş respublikaların dövlət himnləri səsləndirilib.

Baş konsul Asip Kaya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 100-cü ildönümü münasibətilə xalqına ünvanladığı təbrik məktubunu oxuyub. Asip Kaya həm də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyini qeyd etdiyimiz 2023-cü ili qardaş ölkələrimiz üçün uğurlu il kimi qiymətləndirib, bu il dövlət başçılarımızın Naxçıvandakı görüşünün ikitərəfli münasibətlərin inkişafında daha bir mühüm mərhələ olduğunu diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Prezident İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubundan sitatlar gətirərək qeyd edib ki, 100 il öncə çox çətin şəraitdə tarixi zəfər çalaraq istiqlaliyyətini əldə edən Türkiyə bu gün müasir dünya nizamında öz sözünü deyə bilən, qabaqcıl ölkələr sırasında yer alan güclü bir dövlətdir. Milli liderlərimiz Mustafa Kamal Atatürk və Heydər Əliyevin böyük uzaqgörənliklə başlatdığı və dövlət başçılarımız tərəfindən daha da inkişaf etdirilən birlik, dostluq və qardaşlıq əlaqələri bu gün ölkələrimizi qlobal müstəvidə qüdrətli edən mühüm amildir. Türkün qapısı Naxçıvan isə bu münasibətlərin inkişafında müstəsna rol oynayır. Ölkə başçılarımızın Naxçıvan görüşündə verdiyi mesajlar da bu mənada qətidir. Naxçıvan qısa zamanda iki ölkə arasında önəmli nəqliyyat, logistika və enerji mərkəzinə çevriləcək.

Fuad Nəcəfli Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyə xalqına rifah və firavan həyat arzulayıb, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kayaya Şuşa Bəyənnaməsinin imzalanması zamanı çəkilən portreti təqdim edib.

Tədbirdə Cümhuriyyətin 100-cü ildönümünə həsr olunmuş marş səsləndirilib və videoçarxlar nümayiş etdirilib.

Həmçinin baş konsulluğun təşkil etdiyi fotosərgiyə də baxış olub.

Son xəbərlər

Zelenski Trampı Ukrayna ilə danışıqlar fonunda Putinlə razılaşma əldə etməkdə ittiham edib

Beyin fəaliyyətini yaxşılaşdıran qidaların - Siyahısı

Zəlzələdən sonra məktəblər bağlandı

Gəncədə yaşayış evində meyit aşkarlanıb

Tramp və Putin arasında telefon danışığı olub: Rusiya ABŞ-a 3 milyon tondan çox dizel yanacağı tədarük edəcək

Özgüdən sonra o da serialdan imtina etdi - FOTO

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

ÜRƏYİMİN SƏSİ

BİR ŞƏHİD ATASININ VƏ ANASININ AĞRISINA ŞAHİDLİK...

GƏNCİN GEYİMİ, MİLLƏTİN GÖRÜNƏN ÜZÜ - FOTO

Azərbaycanla münasibətləri korlamağa çalışan media vasitələrinə Türkiyədən sərt cavab

“Doğanın kanunu”ndan sonra bu seriala çəkiləcək

Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırıb

Güllünü öldürən doğma qızına ömürlük həbs verildi

Bu ölkədə 8 bal gücündə zəlzələ oldu

İranlı rejissor Handeni baş rol seçdi

Ana olacağını konsertində açıqlamışdı - Oğlu oldu

61 yaşlı qadın 5 saat plank vəziyyətində dayandı - Rekord qırdı

Bu virus 3700 il əvvəl yaranıbmış - Tarixi əlyazma ARAŞDIRILDI

Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir

Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlıq dərinləşir

Hicab, namus və kimlik: Görünənlə görünməyən arasında - FOTO

Vətən qızı Brilyant Atəş : Bayatılar - FOTO

Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək

Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031