Bakıda Türkiyənin milli bayramı münasibətilə rəsmi qəbul təşkil edilib YENİLƏNİB - FOTO
Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə oktyabrın 29-da Bakıda, Heydər Əliyev Mərkəzində rəsmi qəbul təşkil edilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, rəsmi qəbulda Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Milli Məclis sədrinin müavinləri və parlamentin deputatları, dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Bakıda Türkiyənin milli bayramı münasibətilə rəsmi qəbul təşkil edilib YENİLƏNİB - FOTO



Daha sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinin milli bayramı münasibətilə tədbir iştirakçılarına videomüraciəti dinlənilib.

Türkiyə Cümhuriyyətinin 100 ilik yubileyi münasibətilə təbriklərini çatdıran səfir Cahit Bağçı bildirib ki, məzlumların, haqqı tapdalananların yanında olan Türkiyə ötən müddət ərzində daha da güclənərək beynəlxalq aləmdə sabitliyin və təhlükəsizliyin simvoluna çevrilib.

Ölkəsinin inkişaf yolundan danışan diplomat Türkiyənin dünyada söz sahibi və ən güclü ordularından birinə malik olduğunu bildirib. O, ölkəsinin bundan sonra daha da güclənəcəyini vurğulayıb.

Türkiyə-Azərbaycan dostluğundan və qardaşlığından danışan diplomat bir yerdə addımlayan ölkələrimizin qarşıdakı yeni hədəflərə doğru inamla irəlilədiklərini qeyd edib.

Səfir bildirib ki, Türkiyə 44 günlük Vətən müharibəsində olduğu kimi, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində, infrastrukturun qurulmasında da qardaş Azərbaycanın yanındadır. O qeyd edib: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Azərbaycanın gələcəyi gələcəyimiz, sevinci sevincimiz, taleyi taleyimiz, kədəri kədərimizdir”.

Ölkələrimiz arasında ticari dövriyyəsinin 5 milyard dollardan çox olduğunu diqqətə çatdıran Cahit Bağçı əminliklə vurğulayıb ki, Türkiyənin yeni 100 ili sülh, sabitlik, inkişaf, həmrəylik əsri olacaq.
Bakıda Türkiyənin milli bayramı münasibətilə rəsmi qəbul təşkil edilib YENİLƏNİB - FOTO


Qəbulda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının yaranmasının 100 illiyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi təbriklərini və ən xoş arzularını çatdırıb.

O, bildirib ki, 100 il əvvəl Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Qurtuluş savaşının qazanılması və Türkiyə Cümhuriyyətinin qurulması XX əsr dünya tarixinin ən önəmli hadisələrindən biri olub.

Siyasətini dünyəvilik, demokratiya və millətçilik kimi təməl prinsiplər əsasında quran Türkiyə son 20 ildə böyük siyasi və dövlət xadimi, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə möhtəşəm uğurlara imza atıb.

Milli Məclisin sədri qeyd edib ki, Türkiyənin beynəlxalq təsisatlarda yaxından iştirakı onu sülh və sabitlik uğrunda çıxış edən qlobal oyunçuya çevirib. Haqq-ədalət və dürüstlük meyarları üzərində qurulan Türkiyə diplomatiyası ixtilafların yoluna qoyulmasında, dialoqun inkişafında və sülh təşəbbüslərinin irəli aparılmasında söz sahibidir.

Milli Məclisin sədri “Türkiyə yüz ili” konsepsiyasının yeni əsrdə Türkiyəyə daha böyük nailiyyətlər qazandıracağından əminliyini ifadə edib.
Bakıda Türkiyənin milli bayramı münasibətilə rəsmi qəbul təşkil edilib YENİLƏNİB - FOTO


Vurğulanıb ki, bu gün Azərbaycanla Türkiyənin birgə səyləri ilə nəinki Cənubi Qafqazın, həm də daha geniş bir bölgənin geosiyasi mənzərəsini dəyişən layihələr planlı şəkildə və əzmlə həyata keçirilir.

Xalqlarımızın və dövlətlərimizin qardaşlığının və dostluğunun ən böyük sərvətimiz olduğunu vurğulayan S. Qafarova deyib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır”. Ölkələrimizin fəal iştirakı ilə reallaşdırılan enerji-nəqliyyat layihələri Avrasiya qitəsinin enerji təhlükəsizliyinin qorunmasında, ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsində önəmli rol oynayır. Türkiyə-Azərbaycan birliyi və həmrəyliyi Türk dünyasının daha sıx birləşməsinə kömək göstərir”.

Bildirilib ki, Türkiyə 30 illik işğal dövründə vandalların viran qoyduğu Qarabağda və Şərqi Zəngəzurda hazırda aparılan bərpa-quruculuq işlərində və bütün digər məsələlərdə Azərbaycanın yanındadır. “Əminəm ki, Azərbaycanla Türkiyənin birlik və bərabərliyi qarşıdakı illərdə xalqlarımıza yeni-yeni uğurlar gətirəcək”, - deyə parlamentin sədri vurğulayıb.

Tədbir ziyafət və konsert proqramı ilə davam edib.

Son xəbərlər

Zelenski Trampı Ukrayna ilə danışıqlar fonunda Putinlə razılaşma əldə etməkdə ittiham edib

Beyin fəaliyyətini yaxşılaşdıran qidaların - Siyahısı

Zəlzələdən sonra məktəblər bağlandı

Gəncədə yaşayış evində meyit aşkarlanıb

Tramp və Putin arasında telefon danışığı olub: Rusiya ABŞ-a 3 milyon tondan çox dizel yanacağı tədarük edəcək

Özgüdən sonra o da serialdan imtina etdi - FOTO

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

ÜRƏYİMİN SƏSİ

BİR ŞƏHİD ATASININ VƏ ANASININ AĞRISINA ŞAHİDLİK...

GƏNCİN GEYİMİ, MİLLƏTİN GÖRÜNƏN ÜZÜ - FOTO

Azərbaycanla münasibətləri korlamağa çalışan media vasitələrinə Türkiyədən sərt cavab

“Doğanın kanunu”ndan sonra bu seriala çəkiləcək

Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırıb

Güllünü öldürən doğma qızına ömürlük həbs verildi

Bu ölkədə 8 bal gücündə zəlzələ oldu

İranlı rejissor Handeni baş rol seçdi

Ana olacağını konsertində açıqlamışdı - Oğlu oldu

61 yaşlı qadın 5 saat plank vəziyyətində dayandı - Rekord qırdı

Bu virus 3700 il əvvəl yaranıbmış - Tarixi əlyazma ARAŞDIRILDI

Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir

Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlıq dərinləşir

Hicab, namus və kimlik: Görünənlə görünməyən arasında - FOTO

Vətən qızı Brilyant Atəş : Bayatılar - FOTO

Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək

Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031