Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bu qurumun ölkəmizlə bağlı ədalətsiz yanaşmasını qətiyyətlə rədd edib
Avropa Şurasının Parlament Assambleyası (AŞPA) tərəfindən oktyabrın 12-də Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqət və faktlardan uzaq, erməni təbliğatının əsas elementlərini təkrarlayan, qərəz və yalanlardan qaynaqlanan qətnamə və tövsiyə sənədi qəbul edilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın AŞPA-da nümayəndə heyəti bununla bağlı etiraz bəyanatı yayıb.

Bəyanatda qeyd edilib ki, bu sənədlərdə regionda mövcud olmuş münaqişənin kökündə dayanan, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, onun ardınca ölkəmizə münasibətdə törədilmiş hərbi işğal və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulması tamamilə diqqətdən kənar buraxılıb. Bu, əslində, Avropa Şurasının Azərbaycana göstərdiyi ədalətsiz yanaşmanın növbəti təzahürüdür.

Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin məram və məqsədləri təhrif edilərək, ölkəmizə qarşı əsassız iddialar səsləndirilir. Bu mənada, həmin tədbirlərin Azərbaycana qarşı davam edən hərbi təhdidlərin aradan qaldırılması və qanunsuz hərbi birləşmələrin mövcudluğuna son qoyulmasına yönəldiyi gözardı edilir. Həmçinin Qarabağ regionunun erməni əsilli sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində atılan addımlara lazımi qiymət verilmədən, regiondakı gələcək davamlı sülh üçün əlavə maneələr yaradılır. Görünən odur ki, Fransa və Avropanın bir sıra digər ölkələrinin ermənipərəst siyasətçiləri erməni lobbisindən ani dividendlər qazanmaq naminə Azərbaycanın regionda başlatdığı normallaşma prosesinə süni əngəllər törətməyə və ölkəmizin haqq işinə kölgə salmağa çalışırlar.

“AŞPA-da Azərbaycanın nümayəndə heyəti olaraq, ölkəmizə qarşı nümayiş etdirilən bu ədalətsiz yanaşmanı qətiyyətlə rədd edir və bunu Avropa Şurası daxilində demokratik dəyərlərin iflasa uğramasının bariz nümunəsi kimi qəbul edirik”, - deyə bəyanatda bildirilir.

Son xəbərlər

Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək

Şuşa ilə 40 ildən sonra...

Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Zeynəb Cəmaləddin : A CİV-CİV SƏRÇƏLƏR - FOTO

Həcər sizə sirr desin?. - FOTO

Hər qadının heç kimin bilmədiyi bir hekayəsi var...

Əhaliyə “su və konserv yığın” təlimatı verildi - Bu ölkə savaşa hazırlaşır

Afiq Göyçəli : Danışanda çox danışma, çox dinlə ki, öyrənəsən! - FOTO

Yatarkən işığı söndürmək üçün yeni səbəb

Türkiyə Super Liqası: “Amed” “Beşiktaş”ı məğlub edərək liderliyə yüksəlib

Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində

İran XİN başçısı BMT Baş Assambleyasına yollanarkən Qətərdə qısamüddətli səfərdə olacaq

Çoxu da, azı da ziyandır - Qocalmamaq üçün bu qədər yatın

Meloni niqabı qadağan edir

KƏRİM MÜƏLLİM — DOSTLUĞUN, ZİYALILIĞIN VƏ KİŞİLİYİN ÖMÜR ÖLÇÜSÜ

NƏSİB ABİD - SÖZƏ İŞIQ SALAN FİLOLOQ - FOTO

BİZ SİZİNLƏ FƏXR EDİRİK...

Niyaməddin Musayev bu yolla formada qalır

İncəsənət dünyasının ən nüfuzluları - SİYAHI

Üzümü dərmişəm, ey dildar, gəl... - FOTOLAR

İmran Xanın bacısı saxlanıldı

Göygöldə qadın öldürüldü - Əri saxlanıldı

Sürpriz qatar və ya cəmi yeddi dəqiqə

Hər körpəyə toxunan qəlpələr səndən keçir.

Antiterror əməliyyatları şəhidi Tural Cahangirov anıldı - Fotolar

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930