52 yaşında tələbə olan qadın: “Uşaqlıq arzum idi”
Bu il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunan 52 yaşlı Sevda Hüseynzadə ilə bağlı xəbər sosial şəbəkələrdə maraqla qarşılanıb. O, əvvəllər də ali məktəbə qəbul imtahanında iştirak etsə də, ilk dəfə uğur qazana bilib.

"Qafqazinfo”ya açıqlama verən S. Hüseynzadə deyib ki, uşaqlıqdan jurnalist olmaq istəyib: "Bu mənim ilk ali təhsilimdir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə ödənişli əsaslarla qiyabi qəbul olunmuşam.

Əvvəldən BDU-nun Jurnalistika fakültəsində oxumaq xəyalım idi. Amma məktəbi qurtardıqdan sonra ilk cəhdim uğursuzluqla nəticələndi. O zaman, 90-cı illərin əvvəlləri çətin dövr idi, insanlar təhsilə o qədər də önəm vermirdilər. Ailəm məni nişanladı. Sonra ailə qurdum, uşaqlarım oldu. O vaxt test üsulu çıxmışdı, istədim o üsulla yenidən imtahan verim. Amma uşaqlarım balaca idi, həyat yoldaşım icazə vermədi.

O arada şeirlər, kiçik məqalələr yazırdım. Düşündüm ki, təhsilim olmalıdır. Pandemiya dönəmində imtahan verdim. Lazım olan balı toplasam da, qabiliyyət imtahanından keçə bilmədim. Bu dəfə də bəxtimi sınamaq qərarına gəldim və bu il qabiliyyət imtahanını da uğurla verib BDU-nun tələbəsi oldum”.
Ətraflı

S. Hüseynzadə özü müstəqil hazırlaşdığını, repetitor yanına getmədiyini deyir: "245 bal toplamışdım. Ancaq özüm səhər-axşam imkanım olanda hazırlaşırdım. İmtahanda həyəcan da var idi. Uşaqların test təcrübəsi olur, məndə bu təcrübə də yox idi. Ona görə də bəzi suallarda zəif ola bilərəm.

Hazırda qızım da tələbədir, Memarlıq və İnşaat Universitetində təhsil alır. Oğlum da kibertəhlükəsizliklə bağlı kurs bitirib, xaricdə təhsil almaq üçün hazırlaşır. Mən Şəkidənəm, hazırda uşaqlarımın yanında Bakıda qalıram. Onlara evdə dəstək oluram. Fikrim var ki, qiyabi təhsil alaraq çalışım, universitetin təhsilhaqqını özüm ödəyim. İkinci məqsədim odur ki, təhsilimi bitirəndən sonra magistratura təhsili də alım. Öyrənməyin yaşı yoxdur.

Uşaqkən xəyal edirdim ki, diktorlar kimi ekranda olum, televiziya verilişləri aparım. Hazırda yolum açılıb. Ümidvaram ki, öhdəsindən gələrəm”.

Son xəbərlər

Nümunəvi ailə başçısı və yüksək mənəvi keyfiyyətlərə malik insan - FOTO

Baş nazirin açıqlaması vətəndaşları şoka saldı

Elm, fantastika, şəxsi həyat...

Yeni qaydalar qüvvəyə minir: Tamamilə qadağan edildi

Vaşinqtonda bir araya gələcəklər

Abşeronda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi+Fotolar-Yenilənib

VƏTƏN AŞİQLİYİ - FOTOLAR

Şair Lalə İsmayılın "Bəyaz Durnalar" adlı ilk kitabı işıq üzü görüb

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı - FOTO

“Alnım açıq, başım dik” - Sıladan açıqlama

Ələt–20-ci Sahə istiqamətində 195E nömrəli yeni ekspres marşrut istifadəyə verilir

Nəsrinin serialı ilə bağlı dəyişiklik

Yenidən eyni layihədə rol alacaqlar

"Vətənpərvərlik epopeyası" qələmin gücündə

“Blok3”ə sui-qəsd hazırlayanlar həbs edildi

Mətbuat dedikdə , ilk növbədə həmişə qəzetlər göz önünə gəlir

Berlindəki terror aktı - miqrantlara qarşı yeni təbliğat - ŞƏRH

Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb

"Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib

Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə mindi

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

“Bizi oradan çıxardılar...” - Narazı rəssamlara rəsmi cavab

Bakıda ağac bir nəfərin üzərinə aşdı - Nazirlikdən açıqlama

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031