ƏƏSMN-dəki qohumuna rüşvət verərək təqaüd düzəldəcəyini dedi, 3 500 manat aldı

Rüşvətlə təqaüd düzəldəcəyini deyib, tanışından pul alan şəxs hakim qarşısına çıxarılıb.

“Unikal”ın əldə etdiyi məlumata görə, dələduzluq əməlini törətməkdə təqsirləndirilən Ramin adlı şəxs məhkəmədə özünü təqsirli bilib:
“Zərərçəkmiş şəxslə 2021-ci ilin mart ayında dostum Gülağanın vasitəsi ilə tanış olmuşam. Gülağa mənə zəng edib Eldar adlı tanışının əvvəllər təqaüd aldığını, sonradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqaüdü dayandırıldığını dedi və təqaüdün bərpa edilməsində ona köməklik göstərməyimi istədi.

Mən də təqaüdün bərpası ilə bağlı pul müqabilində ƏƏSMN-də işləyən qohumuma müraciət edəcəyimi dedim. Təqaüdün bərpası üçün Eldardan 3 500 manat pul almışam", - deyə o ifadəsində qeyd edib.

Zərərçəkmiş şəxs isə məhkəmədə bildirib ki, ona dəyən ziyan ödənilməyib.

Sabunçu Rayon Məhkəməsində hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən iclasda Ramin Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinib, lakin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə barəsində cinayət təqibinə xitam verilib.

Qeyd edək ki, Ramin "KATV" şirkətinin əməkdaşıdır.

Son xəbərlər

Qənirə Paşayevanın ölümlə bağlı TƏSİRLİ SÖZLƏRİ: "Deyəcəklər ki, adam kimi adam idi””

Heydər məscidində izdiham: insanlar Qənirə Paşayeva üçün göz yaşı axıdır – FOTO

“WhatsApp”dan super YENİLİK

Sahibə Qafarova fransalı spikerə: Qəbul etdiyiniz qətnamələr beynəlxalq hüququn prinsiplərinə ziddir

Birinci vitse-prezident Mehriban Əliyeva Qənirə Paşayevanın dəfni ilə bağlı məsələləri nəzarətə götürüb

Milli Məclisin deputatı Qənirə Paşayeva vəfat edib

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başlayır

XİN Paşinyana CAVAB VERDİ

Prezident Zəngilan kəndinin təməlini qoydu

Azərbaycan Özbəkistana başsağlığı verdi

“Onların bu qərarı ilə Azərbaycanın heç bir əlaqəsi yoxdur” - XİN

İlham Əliyev Zəngilana səfər etdi - Yenilənib

Ərdoğanın oğlu Bakıdadır - Fotolar

Qənirə Paşayevanın son vəziyyəti açıqlandı

İlham Əliyev Cəbrayıla səfər etdi

DTX Vardanyanın ittiham olunduğu maddələri açıqladı

Türkiyə səfiri xalqa başsağlığı verdi

Vardanyan həbs edildi - Rəsmi - Video

Arvadını qətlə yetirib özünü güllələdi

Prezident Administrasiyası MƏLUMAT YAYDI

Qarabağda daha 9 erməni hərbçinin cəsədi tapıldı

Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı

Rusiyanın Qarabağda təsirli rolu olmayıb - ABŞ rəsmisi

Hazırda tıxac olan yolların SİYAHISI

Ailə başçısı cəbhədə sağ qaldı, 5 üzvü evdə şəhid oldu - Foto

Yasa dönən toya görə 3 günlük matəm elan edildi

“Mançester Siti” bu mövsüm ilk dəfə məğlub olub

VƏTƏNİMİN İĞİD OĞULLARI - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930