13 avqust – Beynəlxalq Solaxaylar Günüdür
13 avqust - Beynəlxalq Solaxaylar Günüdür. Bu gün solaxayların unikallığının və fərqliliklərinin cəmiyyətə çatdırılması və təbliğ olunması məqsədilə qeyd edilir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün ilk dəfə 1976-cı ildə “Lefthanders International” təşkilatının qurucusu Dean Kampbel tərəfindən qeyd olunub. 1992-ci ildə isə Britaniya Solaxaylar Klubunun təşəbbüsü ilə Beynəlxalq Solaxaylar Günü təsis edilib.

Bəzi məlumatlara görə, dünya əhalisinin 15-20 faizini solaxay insanlar təşkil edir. Alimlər solaxaylığın genetik səbəblərə əsaslandığını düşünürlər. Böyük Britaniya tədqiqatçıları bunu təsdiq edən genlər aşkarlayıblar. Solaxaylığın irsən keçməsi elmi araşdırmalar zamanı təsdiqlənib. Lakin bununla yanaşı, bəzən ailədə heç kim solaxay olmadığı halda uşaqlarda solaxaylıq inkişaf edir. Alimlərin qənaətinə görə, solaxaylarda beynin sağ yarımkürəsi sol yarımkürəsinə nisbətən daha yaxşı inkişaf edir və beynin yarımkürələri arasındakı keçiricilik daha yaxşıdır. Solaxaylar beynin hər iki tərəfindən daha asanlıqla istifadə edə bilirlər. Onlar çox vaxt başqalarının diqqətini özlərində toplamağı bacarırlar.

Solaxaylar xüsusi istedada malik olurlar. Onlara idmanın müxtəlif sahələrində rast gəlmək olar. Sübut edilib ki, idmanda solaxay olmaq həmişə həmin insanların xeyrinə işləyib. Solaxayların bədii yaradıcılığa daha həssas olduğu bildirilir. Solaxaylar sənətə - rəssamlığa, musiqiçiliyə, bəstəkarlığa, memarlığa meyilli adamlar, qeyri-standart ideyalar sahibidirlər.

Statistikaya görə, Azərbaycanda əhalinin 8 faizi solaxaydır. Solaxaylıq əvvəllər heç də xoşagələn hal kimi qəbul edilməsə də, indi buna adi baxılır. Bəzən gənc analar müxtəlif yollarla uşaqları solaxaylıqdan çəkindirməyə çalışırlar. Lakin həkimlərin qənaətinə görə, uşaq solaxaydırsa, onu sağa keçirmək onun bütün vərdişlərini dəyişir və onu daha aqressiv edir. Ona görə də onu dəyişməyə çalışmamaq məsləhətdir.

Mütəxəssislərin araşdırmalarına görə, solaxayların sayının artması cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsi və hətta riyaziyyat, incəsənət və idman sahəsində əsl dahilərin yaranmasına gətirib çıxara bilər. Ona görə də solaxay olanlar bunu özlərinə kompleks etməməli və uğura doğru daim irəliləməlidirlər.

Dünyada solaxay məşhurlar da çoxdur. Buna misal olaraq, Leonardo da Vinçi, Yuli Sezar, Mark Tven, Bethoven, Sergey Raxmaninov, Makedoniyalı İsgəndər, Napoleon Bonapart, Uinston Çörçil, Ronald Reyqan, Barak Obama, Bill Qeyts və başqalarını göstərmək olar.

Son xəbərlər

Bir müəllimin kölgəsində qalan ömür - FOTOLAR

Qəlbimizdə həmişəlik yaşayacaqsan...

Mədəni gözəlliyi əsəblər məhv etməsin...

"QOŞMA"DA QAZİ GÖRÜŞÜ - FOTOLAR

NƏ YAXŞI Kİ... - FOTO

Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması yekunlaşır

Zelenski: Rusiyanın Kiyev vilayətinə zərbəsi zamanı Azərbaycan vətəndaşı həlak olub

İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI

Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM

"Harmoniya" sənədli filmi bu gün Romada təqdim olunacaq

Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək

Portuqaliya Ronaldosuz qalib gəldi

İlham Əliyev Zəfər parkında olub - FOTOLAR

Afiq Göyçəli : Yol ölçürsən paxıllığın taxtına - FOTO

İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"

Bakının bu ərazilərində işıq olmayacaq

Meloni İlham Əliyevə təşəkkür etdi

Murad Adıgözəlzadə baba oldu - FOTO

Xəlil Mirzə : Beş dəlikli kaftar yuvası. (Müqəddəs Zəfər: 10-cu hekayə)

Adilə Aslanova : QALİB QƏHRƏMAN - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib

Ronaldo mühüm matçda oynamayacaq

Qaradağda Şəhidlərin xatirəsi yad edildi - FOTOLAR

Türkiyədə ağır qəza - Xeyli sayda ölən və yaralanan var

İnsan beyni haqqında çoxlarının inandığı əsas miflər

Şakiranın 20 il sonrakı səfəri bu ölkədə bahalaşmaya səbəb oldu

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930