Şirinli-acılı xatirələr - FOTO
Dəyərli f / b dostlarım qəzetimizin bugünkü sayında gözəl insan, şair -publisist, dəyərli dost Məhərrəm Məmmədov (Şəmkirli) mənim " XATİRƏLƏRİN İZİ İLƏ" kitabım və eyni adlı povestim haqqında " ŞİRİNLİ-ACILI XATİRƏLƏR " başlıqlı geniş məqalə ilə çıxış edib. Məhərrəm müəllimə təşəkkür edirəm, yazan əlləriniz var olsun deyirəm!
Şirinli-acılı xatirələr

Onunla tanışlığımızın tarixi elə də çox deyil. Vur-tut 2-3 il ola, ya olmaya. Sosial şəbəkədə tanış olmuşuq. Sonralar mütəmadi də olmasa, ara-sıra nəşriyyatda - ya 2-ci mərtəbədə kompüter otağında, ya da dəhlizdə görüşmüşük. Xala-xətirin qalmasınla yox, səmimi, mehriban görüşmüşük, təbəssümlə, xoş ovqatla bir-birimizin əlini sıxıb (korona qadağalarına baxmayaraq) hal-əhval tutmuşuq. Bilirsiniz kimi deyirəm?
Şirinli-acılı xatirələr - FOTO

“Bütöv Azərbaycan” qəzetinin əməkdaşı, yazıçı-jurnalist Hüseyn Məmmədovu. O Hüseyn Məmmədovu ki, keçən ilin sonunda məni saz qonaqlağına dəvət etmişdi. Mən də ondan qonaqlığın vaxtını və yerini soruşub - məmnuniyyətlə gələrəm, - demişdim.
Başqa qonaqlıqlarda menyuda növ-növ yeməklər olduğu halda, burda bircə qida vardı. Bu qidanın adı söz idi. O söz ki, Tanrı insanı yaradanda onu da yaratdı ki, insanlar bir-birini sözlə başa düşüb anlasınlar. Söz insanı mənəvi cəhətdən saflaşdırır, kamilləşdirir, ruh aləmini təzələyir, insanda ülvi fikirlər oyadır, xoş, məhrəmanə duyğular, hisslər yaradır. Və bu duyğular, hisslər İlahi bir nemətdir. Təbiətdə eşitdiyi cürbəcür səslər qarşısında heyrətdə qalan və heyranlıqla vəcdə gələn insanlar bunu sözlə ifadə ediblər.
Sözlə insanlar saf, təmiz və səmimi olublar. Od saçan, bir anda yüzlərlə, minlərlə insanı məhv edən silahlar sözün dəyərilə susdurulub.
Hüseyn Məmmədov da söz adamı olaraq uzun illərdir ki, sözlə yoldaşlıq edir, onunla nəfəs alır. İstsedadlı və məhsuldar yazıçı-jurnalist olan Hüseyn Məmmədovun iki kitabı qarşımdadır. Kitablar söz qonaqlığında əldə etdiyim qazancımdır.
Birinci kitab “Sazın-sözün sehrində” adlanır. 376 səhifəlik nəfis tərtibatlı kitab “Elm və Zəka” nəşriyyatında buraxılıb. “Sazın-sözün vəhdəti”ndəki yazılar müəllifin müxtəlif illərdə, müxtəlif mətbu orqanlarda dərc olunmuş məqalə və hekayələri toplanmışdir. Burada müəllifin tələbə yoldaşlarının, tanıyıb ünsiyyət bağladığı müxtəlif peşə və sənət sahiblərinin keçdiyi həyat yolundan bəhs edən yazılar həvəs və maraqla oxunur.
Kitabın 3-cü səhifəsində Hüseyn Məmmədov haqqında jurnalist, yazıçı və şair dostlarının səmimi fikirləri toplanmışdır. Bu fikirlər içində diqqətimi ən çox cəlb edən yazıçının ucqar dağ kəndində ədəbiyyat müəllimi olan Məhərrəm Bağırovun sözləri oldu: “Mən hələ 43 il əvvəl demişəm, Hüseyndən yaxşı ədəbiyyatçı olacaq”.
Şirinli-acılı xatirələr - FOTO

Məhərrəm müəllim bu gün fəxr edib, qürur duyur ki, fikirlərində zərrə qədər də olsa yanılmayıb. Hüseyn Məmmədov yaxşı ədəbiyyatçı, yazıçı-jurnalist və gözəl, səmimi dost, yoldaş olmağı bacaran bir insandır.
Kitaba ön söz yazan şair, Prezident mükafatçısı Hikmət Məlikzadə və yazıçı, Prezident mükafatçısı Sabir Hüseynov Hüseyn Məmmədovun bu kitabını onun həyat salnaməsi kimi dəyərləndirirlər. Bu doğrudan da belədir.
Hər bir insan yaşadığı dövrdə sevinclə, kədərlə qarşılaşır. Bir ömür nə yaşadığı sevinci, nə də kədəri unuda bilir. İllər keçəndən sonra xatirələri qabağına töküb saf-çürük edir, hansının həyatında daha çox iz buraxdığını müəyyənləşdirir. Çox təəssüf ki, bəzən insan gəncliyində buraxdığı səhvi bir ömür düzəldə bilmir. Və bu ağrını çəkə-çəkə dünyadan köçür.
“Xatirələrin izi ilə” povestində bu ağrı əsərin sonunda daha qabarıq görünür, səhv eləyəni yaman qınayırıq. “Niyə vaxtında, vədəsində bu işə bir əncam çəkmirdin?” - deyə iradımızı, narazılığımızı bildiririk.
Dünya ədəbiyyatında elə bir qələm adamı yoxdur ki, o, bir sətir də, bir misra da olsa sevgiyə, məhəbbətə həsr eləməsin. Məhəbbət, sevgi insanlıqda ən uca, ən ali hissdir. Bu hissi yaşamayan insan bəlkə də yer üzərində yoxdur. Çünki insan sevgiylə, eşqlə formalaşır, kamilləşir və həyata, təbiətə, insanlara münasibəti yaxşılığa doğru dəyişir, üzündən təbəssümü, dilindən xoş sözü əskik olmur.
Vüqar orta məktəbdə sinif yoldaşı Pərvanəyə aşiq olur. Onu dəlicəsinə sevir, amma bu sevgisini birbaşa Pərvanəyə deyə bilmir. Çıxış yolunu məktub yazıb kitabın içində verməkdə görür. Pərvanə məktubu oxuyub razı olduğunu bildirir. Amma bundan sonra məktub yazmamağı məsləhət görür. Çünki məktəbdə, kənddə dilə-dişə düşməkdən qorxur. Bu şəxsiyyət ləyaqətinin ucalığıdır. İnsanın şəxsiyyəti keçdiyi həyat yolunun təsiri altında formalaşır. Və bir də şəxsiyyət insani keyfiyyətlərlə zənginləşdikcə də şərəfli olur.
Hüseyn Məmmədovun “Xatirələrin izi ilə” - povestinin mövzusu çox da uzaq olmayan dünənimizdən götürülüb. Bədii mətnin vəzifəsi ideya verməkdir. Buna görə də əsərin dil və təsvir imkanları geniş rol oynayır. Elə bu baxımdan da əsərdəki surətlər yaşadıqları problemlərdən qurtarmağın yollarını arayıb tapan sadə insanlardır. Bu insanlar təmiz və ürəklərincə olan bir həyatı yaşamaq istəyirlər.
Vüqarın ədəbiyyat müəllimi olan Məhərrəm müəllim istəyir ki, sevimli şagirdi Vüqar dünyalar qədər sevdiyi Pərvanəyə qovuşsun, gələcəkdə onu layiqincə əvəz eləyəcək ədəbiyyatçı olsun. Amma Vüqar birinci il ali məktəbə daxil ola bilmir, texnikuma daxil olur. Lakin texnikumda oxumaq ürəyincə olmur. Texnikumu atıb hərbi xidmətə yola düşür. Orda eşidir ki, Pərvanəsini kəndçiləri götürüb qaçıb. Bu acı və üzücü xəbərdən Vüqar özünə gələ bilmir. Atası Mikayıl kişini, anası Nazdı xanımı qınayır. Vaxtında, vədəsində başına bir yaylıq bağlayıb ad eləmədiklərinə görə. Valideynlərin asta gəlmişliyi, laqeydliyi nəinki Vüqarın, həm də Pərvanənin həyatını dəyişir. Burda təkcə valideynlərin günahı yox, eyni zamanda gənclərin də günahı var. Əvvəla onlar məhəbbətlərini, sevgilərini İlahi bir yüksəkliyə qaldıra bilmirlər. Sadəcə bir-birini sevdiklərini dilə gətirirlər, gizli görüşlər.
Hüseyn Məmmədovun qəhrəmanı böyüyün, kiçiyin yerini biləndi, dürüstdü, halalı, haramı bir-birindən ayırandı. Arzusu, məqsədi yolunda mübarizə aparmağı bacarandır. Hərbi xidmətdən qayıdıb gələndən sonra boş dayanmır. Əmisi milis kapitanı Cavanşirin təkidi və köməkliyilə milisə düzəlir, amma bu sahədəki qanunsuzluqları qəbul edə bilməyib işdən çıxır. Vüqar həqiqəti, ədaləti, doğrunu, dürüstü sevir, onun uğrunda çarpışır, mübarizə aparır. Və sonda da məqsədinə nail olur.
Vüqar milisdən çıxıb fabrikdə işə düzəlir. Məqsədinə, məramına çatmaq üçün. İşləyə-işləyə sənədlərini ali məktəbə verir. Amma məqsədi yolunda ona iki dəfə alman dili mane olur. Üçüncü idi. Allah kərimdi deyiblər. Sınaqda Vüqar alman dili imtahanından qiymət alıb ən böyük arzusuna qovuşur. Məhərrəm müəllimin bu xəbərdən çox sevinir.
Quş qanadlı illər tez keçir və Vüqar ali məktəbi bitirib məktəbdə müəllim işləyir.
Hüseyn Məmmədov Mikayıl kişini oğlu Vüqarı və ailəsini sevən, onların yolunda gecə-gündüz çalışmaqdan yorulmayan, zəhmətkeş bir ailə başçısı kimi təsvir edir. Hadisələrin sonrakı inkişafı Mikayıl kişinin laqeydliyini, astagəlliyini, bu günün işini sabaha qoymağını ortaya çıxarır.
Povestdə baş verən hadisələr uydurma yox, həyat həqiqətidir. Obrazlar bu günün adamlarıdırlar. Aradan uzun illər keçəndən sonra Vüqar sinif yoldaşı Babanın qızının toyunda Pərvanə və sinif yoldaşları bir araya gəlir. Bu görüş onu uzaq illərə aparır, xatirələr çözələnir.
İnanıram ki, dəyərli dostum Hüseyn Məmmədovun bu kitabları ona yeni-yeni yaradıcılıq uğurları gətirəcək.
Məhərrəm Məmmədov ( Şəmkirli )
AYB və AJB - nin üzvü, Prezident təqaüdçüsü.

Son xəbərlər

Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib

Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub - VİDEO

Şahin Bağırov “Temu” bağlamalarının gecikmə səbəbini açıqladı

"Bloomberg": Pxenyanın nüvə başlıqlarının sayı ABŞ-nin müdafiə sistemini sıradan çıxara bilər

Mayda temperatur 32 dərəcəyədək yüksələcək - AYLIQ PROQNOZ

Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib

"Bunun qarşısını ala bilmərik" - Rektor

Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək - TARİX AÇIQLANDI

Maliyyə Nazirliyində Aparat rəhbəri təyin olundu

VƏSİLƏ USUBOVANIN ANIM GÜNÜ... - FOTO(TARİX)

Aprelin son günündə 22 dərəcə isti gözlənilir

"Süni intellekt hamımızı öldürə bilər"

İranda polis patruluna silahlı hücum olub: 1 ölü, 3 yaralı var

Bir gülüşündən sarı - FOTO

Sara Əzimovaya yeni vəzifə verilib

İçdiyi dərmanlar ölümünə səbəb oldu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evdə zəhərləndi - Biri öldü

Estetik əməliyyatına sərvət xərclədi - Fotolar

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Şahin Mustafayev İrəvandadır

Azərbaycanın axtardığı şəxslər bu ölkələrdə tutuldu

“Fidan Zeyn həm salonumu işlədib pul qazanır, həm də həbs olunmağıma çalışır”

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Yağır yağmadığın cəmini yağış - FOTO

Qeydiyyat bu gün bitir

Evlərini və maşınlarını satıb kəndinə 10 milyon dollar xərclədi - Fotolar

Coliyə nə olub? - Foto

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930