"Nədənsə həmişə sürücülər təqsirkardır" - İndi isə vəziyyət dəyişəcək - YENİ QAYDA
Azərbaycanda müstəqil məhkəmə ekspert institutunun yaradılması məhkəmə proseslərinə və ümumilikdə hüquq sahəsinə necə təsir edəcək?

Tanınmış vəkil Adəm Məmmədov mövzu ilə bağlı Lent.az -a münasibət bildirib. Alternativ ekspertlərin yaradılmasını doğru addım hesab edən vəkil, bunun azad məhkəmələrin formalaşmasına təkan verəcəyini düşünür:

"Azərbaycanda istintaq proseslərinə ekspert rəyi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən verilir. Orada xəsarət alanlar, ölənlərlə bağlı araşdırmalar aparılır. Eyni zamanda Ədliyyə Nazirliyində Mərkəzi Ekspertiza İdarəsi fəaliyyət göstərir. Bundan başqa, heç bir alternativ ekspertiza idarəsi olmadığına görə, onların rəylərinin yanlış olub-olmamasını müəyyən etmək, mübahisələndirmək olmur. Cinayət Prosessual Məcəllənin 127-ci maddəsində göstərilir ki, istintaq və məhkəmə orqanları üçün ekspert rəyi vacib deyil. Ancaq məhkəmə və istintaq orqanları verilən rəyi niyə rədd etdiyini də əsaslandırmalıdır. Ancaq 99% təcrübədə görürük ki, ekspertin verdiyi rəy mötəbərdir. Məsələn, avtoqəzalardan sonra kimin günahkar olub-olmaması ekspert rəyindən sonra məlum olur. Adətən Ədliyyə Nazirliyinin ekspertiza idarəsi deyərdim ki, nədənsə bütün hallarda sürücüləri təqsirli bilir. Hətta görüntü olduğu halda çalışırlar ki, təqsirsiz şəxsi də təqsirkar bilsinlər. Düşünürəm ki, azad ekspert institutunun yaradılması məhkəmələrin müstəqil inkişafına təkan verəcək. Çünki elə məsələlər var ki, hüquqşünasdan yox, ekspertin rəyindən asılıdır. Mən deyərdim ki, müstəqil ekspert institutunun yaradılması gələcəkdə həm hakimlərin, həm istintaqın və ən əsası vəkillərin əlini-qolunu açacaq. Hazırkı vəziyyətdə ekspert verdiyi rəyi düz və ya səhv olmasından asılı olmayaraq axıra qədər müdafiə edir. Ancaq müstəqil ekspert alternativdir. Məhkəmə dövlətin təyin etdiyi ekspertdən başqa, müstəqil ekspertin də rəyinə baxacaq. Həmin ekspertin rəyini də təhlil və müqayisə edəcək, daha sonra ədalətli qərar qəbul olunmasına çalışacaq”.

Adəm Məmmədov həmçinin ekspertlərin hansı keyfiyyətlərinə görə seçiləcəyinə də aydınlıq gətirib:

"Müstəqil ekspertlərə lisenziyanı Ədliyyə və Səhiyyə nazirlikləri verəcək. Ekspertlərin seçilməsi də onların peşəkarlığından asılıdır. Həmçinin ekspertlərin istifadə etdiyi texnoloji vasitələr, cihazlar da bu baxımdan önəmli olacaq. Bir sözlə, həm peşəkarlar, həm onların istifadə etdiyi qaydalar, həm də tətbiq etdikləri texnoloji vasitələr nəzərə alıancaq”.

Qeyd edək ki, Milli Məclisin noyabrın 19-u keçirilən plenar iclasında "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanuna dəyişiklik edilib. qanuna yeni 11-2-ci maddə (Məhkəmə ekspertlərinin attestasiyası) əlavə olunub. Maddəyə əsasən, attestasiya nəticəsində məhkəmə ekspertizası idarələrinin ekspertlərinə ixtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq ixtisas dərəcəsi verilir.

Həmçinin, qanuna yeni 11-3-cü maddə (Məhkəmə Ekspertlərinin Reyestri) əlavə edilib.

Maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatlar Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edəcək.

Son xəbərlər

TUBU İMANOVA : TALEHİN BƏD OYUNU (Hekayə) - FOTO

"Kuruluş Osman"ın aktyoru yeni serialda - FOTO

50-dən çox rusiyalı sənətçi Azərbaycana gələcək

“Friends”in aktrisası serialı illər sonra izləyib

Tarantinodan Hollivuda ağır sözlər - “Ora artıq dadsız sosiska fabrikidir”

Çəkiliş meydançasında xəstəxanalıq oldu - Foto

Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI

Pişikləri tez-tez qucaqlamaq təhlükəlidir - Mütəxəssis

Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik edib

"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir

Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib

Ölkə üzrə 300 mindən çox şagirdin bilikləri ilk dəfə açıq tipli sualların olduğu monitorinqlə yoxlanılacaq

NASA Mars atmosferini müşahidə etmək üçün yaradılan ilk missiyanı sona çatdırıb

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Telnaz Abıyevanın 70 illik yubileyi qeyd olunmuşdur - FOTOLAR

“Park Yasamal”da hazır 2 otaq studiya mənzillər - Ev axtaranlara şad xəbər! (FOTOLAR)

“Sabah” kapitanı və rekordçusu ilə yollarını ayırdı

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi - Foto

Sabah 32 dərəcə isti olacaq

40 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq

Şuşada yağış və çirkab sularının təmizlənməsi qurğusu gələn il istifadəyə veriləcək

Azərbaycanda ət istehsalı ilə bağlı hədəflər açıqlanıb

Azərbaycanda bəzi qanunlar mopedlərlə bağlı qanunvericiliyə uyğunlaşdırılır

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib

Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb

Xəzər dənizində 3,9 maqnitudalı zəlzələ baş verib

Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930