
Xəbərlər
9.12.2019, 10:54
Bacı və qardaşı bıçaqlayanın kimliyi müəyyənləşib

Bakıda bacı və qardaşı bıçaqlayan şəxsin kimliyi müəyyənləşib.
Hadisə dekabrın 7-də paytaxtın Binəqədi rayon, Eldar Babayev küçəsi, ev 30-da baş verib.
Belə ki, saat 13 radələrində Qıxlarov Elmar Mərdan oğlu 1998-ci il təvəllüdlü Qıxlarova Ayşən Əbil qızına və onun qardaşı, 1994-cü il təvəllüdlü Mənsimli İlkin Əbil oğluna iki dəfə bıçaq zərbəsi endirərək xəsarət yetirib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda istintaq aparılır.(report)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












