Zəngilanda Silahlı Qüvvələr Günü münasibətilə konsert proqramı - FOTO
Zəngilan rayonunun Ağalı kəndində 26 İyun - Silahlı Qüvvələr Günü qeyd olunub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu münasibətlə Ağalı kəndinin sakinləri, hərbçilər, bölgədə fəaliyyət göstərən müxtəlif qurumların əməkdaşları və şəhid ailələrinin üzvlərinin iştirakı ilə konsert proqramı təşkil edilib.

Tədbir "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, eləcə də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti, Dövlət Sərhəd Xidməti və Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tərəfdaşlığı çərçivəsində keçirilib.

Dövlət Himni səsləndiriləndən sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Azərbaycanın Silahlı Qüvvələrinin tarixi Zəfəri minnətdarlıq hissi ilə vurğulanıb, şanlı Ordumuzun şərəfinə şeirlər və musiqilər səsləndirilib. Konsert proqramında ölkəmizin tanınmış mədəniyyət xadimləri çıxış ediblər.

Sonda hərbçilərə xatirə hədiyyələri və bayram sovqatları təqdim olunub.
Zəngilanda Silahlı Qüvvələr Günü münasibətilə konsert proqramı - FOTO
Zəngilanda Silahlı Qüvvələr Günü münasibətilə konsert proqramı - FOTO
Zəngilanda Silahlı Qüvvələr Günü münasibətilə konsert proqramı - FOTO

Son xəbərlər

Elgiz yenidən efirə qayıdır

Ölkədən çıxışına qadağa qoyuldu

Bir yaşlı qızı ilə dünya rekordu qırdı

Şah Abbasa tab gətirdik, Putinə dözmək olmur" - Saakaşvili

İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verib.

Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynayıb, sarı vərəqə ilə cəzalandırılıb

Gəncədə domino oynayarkən başlayan dava ölümlə bitdi

Ən yüksək sosial yardımı onlar alır - SİYAHI

Bloger "vəziyyət ağırdır" deyib üsyan etdi

"Queen"in üzvü vəfat etdi

Tərəf müqabili oldular

SÖZÜN İKİ ÜZÜ, İNSANIN BİR ÜZÜ - FOTO

PÜSTƏ RƏVAN : GƏLİN APARIN - FOTO

İRADƏNİN "OBYEKTİV"İ VƏ DÜNYANIN SUBYEKTİV DƏRDİ

977-ni aşırdın, 1000-ə nə qaldı?...

Portuqaliyalı voleybolçu: Azərbaycan millisinin güclü komanda olduğunu bilirdik

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 bürünc medal qazanıb

Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır - ŞƏRH

Daha bir məşhur sima "A.B.İ"də - FOTO

“Ana-oğul” arasındakı 9 yaş fərqi müzakirə yaratdı - Foto

14 ildən sonra eyni serialda rol alacaqlar

Tətildən şəkil paylaşmayın - Süni intellekt yerinizi ələ verir

Bakıda 3 poliklinika birləşdirilir – Rəsmi

DİN-də işləmək istəyənlərin nəzərinə

Bağlanan universitetin tələbələri ilə bağlı rəsmi açıqlama

Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

Paşinyanın "Dördüncü Respublika"sı: Ermənistanın gələcəyi Bakı və Ankara ilə bağlıdır - ŞƏRH

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31