
Xəbərlər
25.06.2023, 23:30
26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günüdür - FOTO
Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi.
Azərbaycan Silahlı Qüvvələri, ölkəmizin müstəqilliyini, ərazi bütövlüyünü və milli maraqlarını qorumaq üçün vətəndaşlarımızın can təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edən qəhrəman hərbçilərimizin gücünü və möhkəmlənməsini təmsil edir.
Cənab Ali Baş Komandan, veteranlar,qazilər, zabitlər, gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər və matroslar! Sizi 26 iyun - Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram. Bayramınız mübarək!
Cəmil Zəbhullaoğlu,
AJB-nin üzvü, Turaztv.az saytının Baş redaktoru
AJB-nin üzvü, Turaztv.az saytının Baş redaktoru
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













