Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrik edib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər.

Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, əzmli və iradəli olmağınızı arzulayıram.

Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində dövlətimizin iqtisadi dayaqları formalaşdırılaraq, müstəqilliyimiz əbədi və dönməz olmuşdur. Ulu Öndər azərbaycançılıq məfkurəsinin yaranmasına, xalqımızın milli mənlik şüurunun formalaşmasına və dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunmasına əvəzsiz töhfələr bəxş edib. Hazırda layiqincə davam etdirilən bu siyasət nəticəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən dövlətçiliyimizin dayaqları daha da möhkəmlənərək Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib.

Ölkəmizin inkişafında prioritet istiqamətlərdən hesab edilən Azərbaycan Ordusunun hərbi qüdrətinin gündən-günə artırılması respublikamızın müdafiəsinə və təhlükəsizliyinin təminatına möhkəm zəmin yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artaraq regionda sülhün və sabitliyin qorunmasında böyük töhfələr verilib.

2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə başlayan Vətən müharibəsi zamanı Böyük Zəfərin qazanılmasında rəşadətli Azərbaycan Ordusunun şəxsi heyəti misilsiz qəhrəmanlıq, fədakarlıq nümunələri göstərərək 30 ilə yaxın müddətdə düşmən işğalında olan torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, yüksək diplomatik bacarığı, cəsarətli, qətiyyətli addımları nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu gün rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarda üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı artıracaqsınız.

Hərbi anda sədaqətə, çətin və şərəfli xidmətdə fədakarlığa görə hər birinizə minnətdarlığımı bildirirəm. Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyünün qorunması naminə canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları hər iki bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Bir daha 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətənə, Xalqa, Dövlətə şərəfli xidmətinizdə uğurlar arzulayıram. Bayramınız mübarək olsun!”

Son xəbərlər

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31