Desəm öldürərlər, deməsəm ölləm... - FOTOLAR
VƏTƏNDAŞ CƏMİYYƏTİ VƏ ƏNƏNƏVİ MÜASİR TƏRBİYƏ
(AVROPA MƏDƏNİYYƏTİNƏ, DAVRANIŞ QAYDALARINA UYMUŞ BƏZİ GƏNCLƏRƏ)

Vətəndaş cəmiyyəti quruculuğunda təkcə ənənəvi milli tərbiyə deyil, müasir tərbiyə də qarşılıqlı vəhdətdə əsas rol oynayır. Bu gün vətəndaş cəmiyyəti ilə yanaşı, Qərb bizə azadlıq, insan hüquqları və demokratik dəyərlər transfer etmək istəyir. Biz bunu prinsipcə qəbul etsək də, rəsmən buna razılıq versək də, bu ideyaların reallaşması bir çox çətinliklə qarşılanır. Ən əsas maneə ictimai şüurdur. Tərbiyə sisteminin özünün fərqli istiqamətdə olmasıdır. Buna görə yeni təhsil sisteminə keçidin əsasında yeni tərbiyə sisteminə keçid dayanmalıdır. Lakin əvvəlcə bunun mahiyyətini dərk etmək lazımdır.
İNSAN O VAXT XOŞBƏXT OLAR Kİ...

Bir var, kənardan verilən tövsiyələr, bir də var, özünüdərk və daxildən gələn istəklərin səviyyəsi, daxili nəzarətin olub-olmaması. İnsan o zaman həqiqətən xoşbəxt olar ki, o, məhz özünü realizasiya edir. Hər bir varlıq kimi insanın da təbiəti var. Bu, obyektiv bir mahiyyətdir. Dünyada təbiət qanunları olduğu kimi, fəzilət qanunları da vardır. "Təbii hüquqlar" da əslində bu qanunların tərkib hissəsidir.
Hər bir xalqın adət-ənənəsi, əsrlər boyu formalaşmış əxlaqi-mənəvi dəyərlər sistemi var. Xalq pedaqogikasına üstünlük verənlər gənc nəslə ilk növbədə məhz milli dəyərlər sistemini mənimsəməyi tövsiyə edirlər; bu halda milli zövq, milli əxlaq, adət- ənənə ön plana çıxır. Lakin sənaye inqilabı və elmi-texiniki tərəqqi şəraitində xalq pedaqogikası nə dərəcədə yetərlidir? İnsanlararası münasibətlər, davranış formaları ictimai-iqtisadi həyatın fövqündə, “dibçək”də qorunub saxlana bilməz. Yeni texnoloji sistemlər iş şəraitini dəyişməklə yanaşı məişətə, təhsilə və istənilən birgəyaşayış sahələrinə müdaxilə edir və canlı insani münasibətlərin texnika ilə vasitələnməsinə səbəb olur. Belə bir şəraitdə yeni mühitə daha çox adekvat olan müasirlik amillərini ənənəvi əxlaqi dəyərlərlə uyğunlaşdırmağa imkan verən yeni tərbiyə sisteminə keçid zərurəti yaranır.
Qərbdə rasionalizm və ona alternativ olan modernist və postmodernist cərəyanlar yeni insan tərbiyəsinin əsasında dayanır. Rasioanlizmə alternativ axtarmaq cəhdləri də məhz Qərb cəmiyyəti üçün səciyyəvidir. Postmodernist təmayüllər üçün isə Şərqdə obyektiv zəmin yoxdur. Lakin bununla belə, müasir görünmək istəyən bir sıra insanlar Qərb incəsənətini, Qərb düşüncə tərzini mənimsəməyə çalışarkən klassik Qərbdən daha çox, əslində ona reaksiya, alternativ kimi yaranmış istehlakçı "kütləvi mədəniyyət"ə meyl saldıqlarının fərqində olmurlar. Televiziya və internet də bu sahədə mühüm rol oynayır. Nəticədə rasionalizmin yüksək dərəcədə inkişaf etdiyi Qərb ölkələrində yaranmış alternativ düşüncə tərzi axtarışları, böhrandan xilas cəhdləri zəminində yaranmış yeni "kütləvi mədəniyyət" bizə transfer olunur. Gənclik bu "müasirliyi" qəbul etməyə çalışır. Halbuki əsl müasirlik inkişafın zəruri mərhələsi kimi obyektiv surətdə, təbii yolla yaranmalıdır.
GÜNAHKAR KİMDİR?

Bəs bu davranış qaydaları, milli zövq, milli əxlaq bizim Azərbaycan cəmiyyətində necə qarşılanır, ümumiyyətlə, Azərbaycan cəmiyyətinin bugünkü real vəziyyəti hamını razı salırmı?
Bəziləri bu məsələdə yaşlıları, bəziləri kişiləri, bəziləri valideynləri günahlandırır, müəyyən məsələlərə göz yummalarına görə onları təqsirləndirirlər. Əslində günahkar, təqsirkar kimdir?
Yenidənqurma dövründən sonra ölkəmizə Braziliya, Avropa teleserialları geniş formada ayaq açdı. Bu telefilmləri izləyənlər bir anlığa onların qəhrəmanları olmağa çalışdılar. Az sonra Avropanın mədəniyyəti müxtəlif yayım vasitələri ilə görünməyə başladı. Təbii ki, bu mədəniyyət Avropa geyimlərini də özü ilə bərabər ölkəmizə gətirdi. İnternet şəbəkəsi, mobil telefonlar bu mədəniyyətin tezliklə formalaşmasında geniş sürət götürdü, bəlkə də Avropada olmayan adət-ənənləri belə ölkəmizə yaydı. Texnika əsrində yaşadığımız günlərdə bəlkə də belə olmalıdır. Amma niyə biz yabançı adət-ənənələrə, yabançı geyimlərə belə tez meyllənirik? Məgər özümüzün milli geyimlərimiz, milli adət-ənənələrimiz aşağı səviyyədədir, niyə onları özümüzə yaraşdırmırıq? Avropa Şərq mədəniyyətini mənimsəməyə, özünə aparmağa çalışdığı bir dövrdə biz niyə Avropaya, onun əcaib-qəraib geyimlərinə, adətlərinə meyllənirik? Biz bu gün gələcək dövrə nə ilə gedirik? Bu gün biz təkcə Vətən müharibəsində şəhid olmuş, sağlamlıqlarını itirmiş övladlarımızla fəxr etməliyikmi? Təbii ki, onlarla da fəxr etməliyik. Amma hər bir insan çalışdığı sahənin qəhrəmanı olmalıdır. Təbii ki, 2023-cü ilin bu dövrlərinədək biz bunu görmürük. Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu ötən əsrin 60-cı illərindən əsrin sonlarınadək bu keyfiyyətlər daha yüksək olduğu üçün hər sahə üçün milli kadrlar var idi. Bu gün də müəyyən inkişaf var, amma o illərdəki kimi deyil. Elə bil Azərbaycanın düzəni pozulub.
Bu qeydlərdən belə nəticə çıxarmaq olar ki, indi Azərbaycanda mədəni-mənəvi mühit yekcins deyil, o, bir tərəfdən, milli-əxlaqi dəyərlərə, digər tərəfdən, Qərbdən transfer olunmuş "kütləvi mədəniyyət"dən, habelə müasir texniki inkişafın həyat tərzindəki obyektiv izlərindən təşkil edilib. Həm də burada sintezdən daha çox, qarışıq, eklektik bir cəm var. Tərbiyə sisteminin strukturu da buna bənzərdir. Daha doğrusu, burada sistemdən daha çox, qarşıdurmadan, gizli mübarizədən söhbət gedə bilər.
“KÜTLƏVİ MƏDƏNİYYƏT”, yoxsa “MİLLİ RUH”

Gənclərimiz, bir tərəfdən gerçəkliklə uzlaşmayan konservativ təlimlər vasitəsilə sovet stilində, “milli ruh”da, digər tərəfdən Qərbdən, Avropadan transfer olunan “modern mühit”in, “kütləvi mədəniyyət”in təsiri altında başqa istiqamətdə, başqa ruhda tərbiyə olunurlar. Hansı təsir daha güclüdür? Daha doğrusu, məktəblərimiz, məqsədli tərbiyə prosesi mühitin qeyri-aşkar tərbiyəsini kompensasiya edə bilirmi? Bu kənar təsiri neytrallaşdırmaq üçün tərbiyənin məzmununda nə kimi yeniliklər edilir?
QLOBALLAŞMANIN ƏSAS SİLAHI TEXNİKADIR

Bir çox mütəfəkkirin fikrincə, Azərbaycan xalqının ən böyük kapitalı onun əxlaq keyfiyyətidir. Cəmiyyətdə tarixən formalaşmış sağlam əxlaqa əsaslanmadan sağlam siyasət yeritmək qeyri-mümkündür. Sağlam siyasətdən isə saf əxlaq yaranır. Əgər hər bir fərd saf əxlaqın mənasını dərk edərsə və öz davranışını milli mənəviyyat normalarına uyğunlaşdırarsa, ölkədə həmişə əmin-amanlıq, din-bərəkət olar. İnsanların elmə, mədəniyyətə marağı yüksələr. Bütün problemləri yalnız ağılın gücü ilə həll etmək mümkün olar. Cəmiyyət bütünlükdə ağıllılar, kamallılar, tədbirlilər, təmiz qəlbli insanların nümunəvi insanlıq məskənidir.
Ali məktəbdə təhsil aldığım dövrlərdə müəllimlərimizi bizə təlqin edirdilər ki, ənənəvi tərbiyə formalarının səmərəsini azaldan, onu sıxışdıran hadisələrdən biri də qloballaşmadır. İndi daha heç bir xalq öz milli-mənəvi mühiti ilə məhdudlaşa bilmir; istəsə də, istəməsə də kənardan mədəni-mənəvi müdaxilələrə məruz qalır. Nəzərə alınmalıdır ki, qloballaşmanın əsas silahı texnikadır. Əsasən Qərbdə icad edilən və bütün dünyaya ixrac olunan yeni texnika və texnologiyalar özü ilə bərabər fərqli ideologiya, fərqli mədəniyyət və fərqli mənəviyyat da gətirir. Bu prosesləri dərindən araşdırmadan, gənc nəslin formalaşmasında məqsədyönlü milli tərbiyədən heç də az rol oynamayan bu yeni amilləri nəzərə almadan prosesi nəzarətdə saxlamaq mümkün deyil. Ona görə də, tədqiqat zamanı diqqət ən çox mədəni-mənəvi mühitin elmi-texniki və intellektual inkişaf kontekstində hansı istiqamətdə dəyişildiyini müəyyənləşdirməyə və tərbiyə prosesində bu yeni ictimai şəraitin təsirlərini nəzərə almağa yönəltməliyik.
Nəsihətlər və tövsiyələr üzərində qurulmuş tərbiyə sistemi ancaq ənənəvi mühit üçün faydalı ola bilər; o da əgər vərdişə çevrilərsə. Standartdan kənar, ekstremal vəziyyətlərdə məhz həmin vəziyyətə uyğun optimal qərar çıxarmaq üçün mənəvi prinsipləri dövlətçilik təfəkkürü və ixtisas maraqları ilə eyni müstəviyə gətirmək, çıxarılacaq qərarın strukturana daxil etmək üçün ən əsas amil sərbəst düşüncə, yaradıcı təfəkkürdür. Ayrı-ayrılıqda mənəvi prinsipləri bilmək, müəyyən bir ixtisasa yiyələnmək, siyasi və hüquqi bilikləri mənimsəmək olar: lakin ən başlıcası, hər bir şəraitdə onları əlaqələndirmək optimal sintezini yaratmaqdır.
Bizcə, müasir şəraitdə tərbiyə məsələlərinə mədəniyyət kontekstində baxılmasına böyük ehtiyac var və hər şey təkcə davranış mədəniyyəti ilə bitmir. Biz tərbiyə problemini həm də siyasi mədəniyyət, hüquqi mədəniyyət, idarəetmə mədəniyyəti və ən başlıcası, təfəkkür mədəniyyəti kontekstində araşdırmalıyıq. Digər tərəfdən, mühit, ictimailəşmiş nümunə sözdən daha təsirlidir. Müəyyən bir ideyanın əməli daşıyıcısı olan mühit və insanın bu mühitlə əks əlaqəsi isə elə mədəniyyətdir. Başqa sözlə, mədəniyyətin fərdi proyeksiyası da var. Amma onun mahiyyəti yalnız ictimai prizmadan keçdikdə, insan-mühit münasibətləri şəklində təcəssüm olunduqda üzə çıxır.
MƏDƏNİ İNSAN OLMAQ NƏ DEMƏKDİR?

Xalqımızın həyat tərzi, ənənələri, milli irsi, ulularımızın, mürdik təfəkkür sahiblərinin hikmətli kəlamları, öyüd və nəsihətləri yüksək mənəvi-əxlaqi dəyərlər kimi cəmləşərək yetişməkdə olan gənc nəslin tərbiyəsində qüdrətli örnək rolunu oynamışdır. Əxlaqi keyfiyyətlər insanın şəxsiyyət kimi ucalmasını, cəmiyyət arasında hörmətinin artmasını şərtləndirir. Hər insan haqqında demək olmaz ki, bu mədəni insandır. Mədəni insan birinci növbədə dünyagörüşlü, savadlı olmalıdır. Özündən böyüyə və kiçiklərə hörmət və qayğı ilə yanaşmalıdır. Mədəni insan ağayana, alicənab, sadə, səxavətli, ədəbli və mərifətli olmalıdır.
Geyiminə, danışığına, oturub-duruşuna fikir verməlidir. Düz olmalı, doğma yurdunu, onun tarixini sevməli, həyatını, canını, qanını bu yurdun, torpağın, xalqın səadəti və xoşbəxtliyi uğrunda mübarizəyə həsr etməlidir.
Mədəni insan qarşısındakı ilə incə davranmalı, danışanı dinləməyi bacarmalı, sözünü yarımçıq kəsməməlidir. İstər evdə, ailədə, istər kollektivdə, istərsə də cəmiyyətdə necə hərəkət etmək lazım olduğunu bacarmalıdır.
Mənəvi keyfiyyətlər tərbiyə prosesində aşılanıb formalaşır. İnsan necə düşünürsə, münasibətləri də elə müəyyənləşir.
Bəzən çox qəşəng, səliqəli geyinmiş bir adam ağzını açanda dindirməyinə peşman olursan. Demək mədəniyyət, mədəni olmaq yaraşıqla və geyimlə ölçülmür. Bu davranış mədəniyyətdir. Hər kəsdə hələ kiçik yaşlarından aşılanmalı və gənc yaşlarından formalaşmalıdır.
Ona görə bugünkü nəslə, eləcə də onların valideynlərinə tövsiyə edərdim ki, mədəni olmağa çalışsınlar, özlərini harada və necə aparmağı bacarsınlar.
DESƏM ÖLDÜRƏRLƏR, DEMƏSƏM ÖLLƏM...

Və sonda. BDU-da ali təhsil aldığım illərdə bizim Nurəddin Babayev adlı görkəmli yazıçı, gözəl müəllimimiz var idi. Onun “Qızlar, sözüm sizədir” adlı bir kitabını oxumuşam, daha bir neçə kitabını da mütaliə etmişəm. Bu kitablar gənclərin tərbiyəsinə xidmət edirdi. Bu gün Nurəddin Babayevlərin, Qulu Xəlilovlarun, Bəxtiyar Vahabzadələrin, ….. yerləri, sözləri necə də görünür. Bu yerlər boş qalıb. Çünki görünsələr də, bəzi Avropapərəstlər, Qərbsevərlər onların ağzından vuracaqlar… Bu isə ən təhlükəli məqamdır!
Daşdəmir ƏJDƏROĞLU
Desəm öldürərlər, deməsəm ölləm... - FOTOLAR
Desəm öldürərlər, deməsəm ölləm... - FOTOLAR
Desəm öldürərlər, deməsəm ölləm... - FOTOLAR
Desəm öldürərlər, deməsəm ölləm... - FOTOLAR
Desəm öldürərlər, deməsəm ölləm... - FOTOLAR
Desəm öldürərlər, deməsəm ölləm... - FOTOLAR
Desəm öldürərlər, deməsəm ölləm... - FOTOLAR
Desəm öldürərlər, deməsəm ölləm... - FOTOLAR
Desəm öldürərlər, deməsəm ölləm... - FOTOLAR
Desəm öldürərlər, deməsəm ölləm... - FOTOLAR
Desəm öldürərlər, deməsəm ölləm... - FOTOLAR
Desəm öldürərlər, deməsəm ölləm... - FOTOLAR
Desəm öldürərlər, deməsəm ölləm... - FOTOLAR
Desəm öldürərlər, deməsəm ölləm... - FOTOLAR
Desəm öldürərlər, deməsəm ölləm... - FOTOLAR
Desəm öldürərlər, deməsəm ölləm... - FOTOLAR

Son xəbərlər

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

HƏMAS İsraili Qəzza danışıqlarını dalana dirəməkdə günahlandırıb

“Rusiyaya görə sammitdə iştirak etmək istəmirlər”

Məşhur kriptovalyuta birjasının təsisçisi 25 il müddətinə azadlıqdan məhrum edildi

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Bu gecə ilk Qədr gecəsidir

Oruc tutarkən baş ağrınız olursa...

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Millimizin potensial rəqibləri MÜƏYYƏNLƏŞDİ

Ukraynanın hər yerində hava həyəcanı elan edildi

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

Şahmar Hüseynova yeni vəzifə verildi

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən

Sabah bu rayonda qaz olmayacaq

İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU

Taksilər yalnız bu rənglərdə olacaq - Qərar

Azad Rəhimovun oğlu dindirilib

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031