Almaniya məhkəməsi 12 yaşlı azərbaycanlının deportasiya qərarını ləğv edib
Almaniyanın Passau Federal Məhkəməsi 12 yaşlı Azərbaycan vətəndaşı Z.M. ilə bağlı deportasiya qərarını ləğv edib.

Turaztv.az xəbər verir ki, Avropa bürosunun məlumatına görə, məhkəmə 9 il əvvəl, 3 yaşı olarkən ailəsi ilə birlikdə Azərbaycandan Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyən Z. adlı qız barəsində əvvəlki deportasiya qərarını ləğv edib.

12 yaşlı məktəblinin ailəsi ilə birlikdə alman cəmiyyətinə yaxşı inteqrasiya olması, Hautsenberqdə oxuduğu məktəbdə nəticələrinin yüksək olmasını nəzərə alan məhkəmə, “qaçqın statusu” almaları üçün qərarı Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəyə (BAMF) göndərib.

BAMF-ın yaxın günlərdə 12 yaşlı azərbaycanlı və ailəsi barədə qərarını açıqlayacağı gözlənilir. Qərarın müsbət olacağı, yəni azərbaycanlı ailənin Almaniyada qalacağı istisna edilmir. Çünki Almaniyada “qaçqın işləri” ilə bağlı məhkəmələrin verdiyi müsbət qərarlar (deportasiyanın ləğvi və s.) çox vaxt sığınacaq üçün müraciət edənlərin ölkədə qalması ilə nəticələnir.

Məlumat üçün bildirək ki, 2018-ci ildə Almaniyada Z. və ailəsini deportasiya etməyə cəhd ediblər. Milad ərəfəsində Almaniya polisi Z.-ni, onun valideynlərini və üç kiçik qardaşını Kellberqdəki mənzillərindən götürərək, Azərbaycana deportasiya üçün aparıblar. Lakin o vaxt azərbaycanlı ailəni vətəninə yola salmaq mümkün olmayıb, polis təyyarəyə gecikib.

Bu hadisədən sonra Hautsenberq şəhərindəki idman məktəbinin şagirdləri ailəsi ilə Almaniyada yaşayan azərbaycanlı Z.-nin deportasiya olunmasına qarşı etiraz aksiyası təşkil ediblər.

O vaxt Z. və ailəsi ilə bağlı deportasiya qərarının ləğv edilməsi ilə bağlı Almaniyada fəaliyyət göstərən və əsasən kilsəyə bağlı olan “Caritas”, “Diakonie” kimi qeyri-hökumət təşkilatları bəyantla çıxış etmişdilər.(report)

Son xəbərlər

Nümunəvi ailə başçısı və yüksək mənəvi keyfiyyətlərə malik insan - FOTO

Baş nazirin açıqlaması vətəndaşları şoka saldı

Elm, fantastika, şəxsi həyat...

Yeni qaydalar qüvvəyə minir: Tamamilə qadağan edildi

Vaşinqtonda bir araya gələcəklər

Abşeronda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi+Fotolar-Yenilənib

VƏTƏN AŞİQLİYİ - FOTOLAR

Şair Lalə İsmayılın "Bəyaz Durnalar" adlı ilk kitabı işıq üzü görüb

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı - FOTO

“Alnım açıq, başım dik” - Sıladan açıqlama

Ələt–20-ci Sahə istiqamətində 195E nömrəli yeni ekspres marşrut istifadəyə verilir

Nəsrinin serialı ilə bağlı dəyişiklik

Yenidən eyni layihədə rol alacaqlar

"Vətənpərvərlik epopeyası" qələmin gücündə

“Blok3”ə sui-qəsd hazırlayanlar həbs edildi

Mətbuat dedikdə , ilk növbədə həmişə qəzetlər göz önünə gəlir

Berlindəki terror aktı - miqrantlara qarşı yeni təbliğat - ŞƏRH

Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb

"Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib

Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə mindi

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

“Bizi oradan çıxardılar...” - Narazı rəssamlara rəsmi cavab

Bakıda ağac bir nəfərin üzərinə aşdı - Nazirlikdən açıqlama

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031