Prezident İlham Əliyev İsrailin Baş nazirini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Benyamin Netanyahunu İsrail Dövlətinin Baş naziri kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısının təbrik məktubunda tarixən dostluq və qarşılıqlı anlaşma şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-İsrail münasibətlərinə xüsusi əhəmiyyət verildiyini vurğulayıb. Məktubda deyilir: “Ötən otuzillik dövr ərzində qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması məmnunluq doğurur. Ölkələrimiz arasında münasibətlərin təşəkkülündə və inkişafında Sizin xidmətləriniz böyükdür”.

Bu ilin noyabrında Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi barədə qərarın qəbul olunduğunu xatırladan Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, səfirliyimizin açılması Azərbaycan-İsrail münasibətlərinin inkişafına töhfə verəcək.

“Əminəm ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”, - deyə məktubda qeyd olunub.

Son xəbərlər

Fəxrət Süleymanov. Ömrünü dövlətə, xalqa vicdanla xidmətə həsr etmiş ziyalı: - FOTO

"Sahipsizler"in aktrisası bu seriala çəkiləcək - FOTO

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar

Oğlunun ölümünə cəmi 24 gün dözə bildi...

AB İsrail və Livanı atəşkəsə riayət etməyə çağırıb

Ay bərəkallah, nə gözəl canlarıq! - FOTO

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Britaniyanın ən böyük hərbi gəmisi sıradan çıxdı

Bədəninizin "xoşbəxtlik kodu" var - Bunu bilirdiniz?

VÜSALƏ İSMAYILOVA : Öz adımı alçaltmadım gördüyüm hər kimsəyə - FOTO

Dünyada baş verənlər FOTOLARDA

Azərbaycanda rekord yağıntı və güclü küləklər qeydə alındı

Gülnarə Məhəmmədqızı : İnsanları Tanıdıqca - FOTO

Səadət Qərib : GÜL QADINLAR - FOTO

Uğurlara gedən yol - FOTO

Bir ilə 510 milyon qazandı - Rekord qırdı

"Kosmetik prosedurlardan qorxuram" - Nebahat Çehre

Qızlarımız DÇ-nin yarımfinalında!

Eşq iddialarını özü təsdiqlədi

“Hürrem” və “Süleyman” illər sonra bir arada - Fotolar

İnsanlar dünyaya niyə gəliblər?- Numeroloqlar 9 həyat yolunu aşkarladılar

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

Azərbaycan Ordusunun iki hərbçisi Kəlbəcərdə dərəyə düşüb, biri həlak olub

Bakıda ABŞ məzunları sərgisi təşkil edilib - FOTO

Ötən ay Bakıda temperatur 22 gün normadan yuxarı olub

Paşinyan jurnalist kimi işlədiyi dövrdə ABŞ-dən yardım alıb

Apreldə çiyələk ixracı 5 dəfə artıb

Əzizə Ağahüseynqızı : Bu dərdli torpağin daşına dönüm - FOTO

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930