“Mənə də müəyyən təkliflər olur” - Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov geridə qoymaqda olduğumuz 2022-ci ili dəyərləndirib.

Turaztv.az Fanat.Az -a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Gənclər və İdman Nazirliyinin təşkil etdiyi “İlin idman yekunları” qala mərasimində jurnalistlərə açıqlamasında bunları söyləyib:

“2022-ci ili idman ili adlandırmaq olar. Bütün növlərdə çox yaxşı nəticələr qazanıldı. Futbola gəldikdə, bəlkə də Azərbaycanda "idmanın şahı"nın ən yaddaqalan ili oldu. "Qarabağ" olaraq, Çempionlar Liqasının təsnifat mərhələsindəki bütün oyunlarımız çox gərgin və maraqlı alındı. Avropa Liqasının pley-off mərhələsinə düşmək üçün son anadək şansımız var idi. Bütün matçlarda ajiotaj oldu. Azarkeşlər təkcə stadionda deyil, bildiyim qədərilə, kinoteatrlarda, küçələrdə, monitorlarda bizim oyunlarımızı izləyirdilər. Bu, mənə çox xoş təsir bağışladı. Bu il həm çempionluğu, həm ölkə kubokunu qazanmaq, həm də minimum Avropa Liqasının qrupuna düşmək bizim üçün yaxşı nailiyyət oldu. Təcrübəmiz daha da çoxaldı. Yadda qalan il oldu".

Qurbanovun sözlərinə görə, son günlər Kadi Borges və Marko Veşoviçlə bağlı xəbərlərin yayılmasında səbəbkar özüdür: "İstədim ki, səmimi olum. Bunlar 2 günün xəbəri deyil. İlboyu danışıqlar, təkliflər olur. Sadəcə, danışıqların hansı mərhələyə gəlib çatdığı bilinmir. Əcnəbi klubların Kadi Borges və Marko Veşoviçlə maraqlandıqlarını demişəm. Bəzən bir futbolçu ilə müqavilə bağladıqda, oraya oyunçunun özü və ya agenti tərəfindən hansısa bənd qoyulur ki, bu da müəyyən səlahiyyətləri klubun əlindən alır. Belədə gedən futbolçunun qarşısını ala bilmirik. Hər bir halda yenə də ümumi danışıqlarımız gedir”.

Təcrübəli baş məşqçisi braziliyalı yarımmüdafiəçiyə uzun müddətdir maraq olduğunu vurğulayıb: "Təkcə "Krasnodar" yox, başqa bir neçə ölkənin klubu onu diqqət mərkəzində saxlayırdı. Bunlar normal haldır. Ötən yay Kvabena Ovusu və Leandro Andrade ilə də maraqlanmışdılar. Bizim özümüz də bəyəndiyimiz futbolçuların klubları ilə əlaqə saxlayır, danışıqlar aparırıq. Normal prosesdir. Sadəcə, bu, nə dərəcədə bizim xeyrimizə olacaq, qarşıdakı günlərdə və ya aylarda bilinəcək”.

Qurbanov özünə də bəzi təkliflərin gəldiyini gizlətməyib: “Futbolçularla maraqlandıqları kimi, mənə də agentlər tərəfindən çıxışlar olur. Müəyyən təkliflər irəli sürürlər. Amma mən "Qarabağ"a bağlı insanam”.

50 yaşlı mütəxəssis heyəti gücləndirməklə bağlı planlarından da bəhs edib: “Bəzən transfer məsələləri düşündüyümüz kimi alınmır. İstənilən halda, yenə də işimizi davam etdirəcəyik. Danışıqlar apardığımız bir neçə futbolçu var. İki və ya üç oyunçu transfer etmək istəyirik”.

Son xəbərlər

ABŞ Çin və İrandan olan 10 şirkət və şəxsə sanksiya tətbiq edib

“Ən qısa müddətdə bu ölkəni tərk edin”

20 min nəfəri susuz qoyan bombanın qalıqları - Foto

Peskovun qızı üçüncü dəfə hamilədir

İranda partlayış səsləri eşidildi - HHM sistemləri işə salındı

Netanyahu livanlılara müraciət etdi

Azərbaycan 19 dövlətin adından mina təhlükəsi ilə bağlı çağırış etdi

Makron G7 sammitində kimlərin iştirak edəcəyini açıqlayıb

Rusiya bu ölkələrlə sərhəddə hərbi bazalarını artırır

Prezidentlikdən istefa verəcəyini bildirdi

Cəlilabadda müəllim dünyasını dəyişdi

Araz Nəsirov TƏBİB-dən getdi

“Son zəng”də bunlar qadağandır - Rəsmi

80 illik yubileyinə bunu hədiyyə istəyir

İSMAYILLI-TALISTAN VƏ AŞIQ ELMAN YARADICILĞI- FOTOLAR

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı

"İnternlər"in aktrisası vəfat etdi

Ölkəsində qəhrəman kimi qarşılandı...

Gədəbəyə dolu yağdı - Fotolar

Ərdoğan CHP-ni sərt tənqid edib

Vuçiç Azərbaycan müdafiə nazirini qəbul edib

Putin Rusiyaya daxil olan miqrantların tibbi müayinəsini tələb edən qanun imzalayıb

Hacıqabulda açıq ərazidə yanğın başlayıb

Sabah Nəsiminin bəzi küçələrində qaz olmayacaq

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün heyət həlak olub

Ərdoğan: Ankaradakı NATO sammiti alyansın tarixində dönüş nöqtəsi ola bilər

Omanın Sohar şəhərinin şimal-şərqində yerləşən tankerdə yanğın baş verib, ölən var

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930