Qurban Qurbanov: İsveçrəyə hesabı qorumaq üçün yox, qələbə qazanmaq üçün gedəcəyik
Rəqibdən çəkinmədik və onların üzərinə getməyə çalışdıq. Həmişəki kimi bizim azarkeşlər möhtəşəm idi. Futbolçuların yerində olmaq asan deyil. Hər insan özünü düzgün idarə etmək üçün böyük olmalıdır. Şahruddin Məhəmmədəliyevin qol epizodunda səhv etdiyini deməzdim. Bəlkə təcrübəsinə görə belə alındı. Penalti epizoduna da dəqiq baxmaq lazımdır. Cərimə meydançasında hücumçu həmişə üstündür. Bunlar xırda səhvlərdir, aradan qaldırmaq asandır. Hər oyunçumuza inamım böyükdür.

Turaztv.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində İsveçrənin “Sürix” komandasını qəbul edən Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, maraqlı oyun oldu. Yaxşı mübarizə və açıq oyun gördük. Futbolçularımı təbrik edirəm, çox əziyyət çəkdilər. Meydanda futbola aid hər şey var idi.

“Rəqib standart vəziyyətlərdə yaxşı çıxış etdi. Çox nadir komandalar var ki, ilboyu oyunu bunun üzərində qurur. Biz də bunu yaxşılaşdıra bilə və vacib bir oyunda standart vəziyyətdən qol vura bilərik. Rəqibin orada necə oynayacağını bilmək olmaz. Əvvəlki oyuna 3 hücumçu ilə çıxmışdılarsa, bu dəfə daha çox - 2 futbolçu ilə ön xətdə yer almışdılar. Oyun zamanı hansısa epizodda diqqətsiz olsan, rəqib sizi cəzalandıra bilər. İsveçrəyə hesabı qorumaq üçün yox, oyunumuzu daha da yaxşılaşdırmaq və qələbə qazanmaq üçün gedəcəyik”, - deyə mütəxəssis əlavə edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matç “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab oyunu iyulun 27-də İsveçrədə keçiriləcək. “Sürix”i üstələyəcəyi təqdirdə, “Qarabağ” UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Əks halda, Azərbaycan təmsilçisi Avropa Liqasının eyni raundunda “Linfild” (Şimali İrlandiya) – “Budyo Qlimt” (Norveç) cütünün məğlub komandası ilə görüşəcək.

"Qarabağ" birinci təsnifat mərhələsində Polşa "Lex"ini iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb - 0:1;5:1. “Sürix" isə avrokuboklarda mübarizəyə bu mərhələdən başlayıb.

Son xəbərlər

ABŞ Çin və İrandan olan 10 şirkət və şəxsə sanksiya tətbiq edib

“Ən qısa müddətdə bu ölkəni tərk edin”

20 min nəfəri susuz qoyan bombanın qalıqları - Foto

Peskovun qızı üçüncü dəfə hamilədir

İranda partlayış səsləri eşidildi - HHM sistemləri işə salındı

Netanyahu livanlılara müraciət etdi

Azərbaycan 19 dövlətin adından mina təhlükəsi ilə bağlı çağırış etdi

Makron G7 sammitində kimlərin iştirak edəcəyini açıqlayıb

Rusiya bu ölkələrlə sərhəddə hərbi bazalarını artırır

Prezidentlikdən istefa verəcəyini bildirdi

Cəlilabadda müəllim dünyasını dəyişdi

Araz Nəsirov TƏBİB-dən getdi

“Son zəng”də bunlar qadağandır - Rəsmi

80 illik yubileyinə bunu hədiyyə istəyir

İSMAYILLI-TALISTAN VƏ AŞIQ ELMAN YARADICILĞI- FOTOLAR

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı

"İnternlər"in aktrisası vəfat etdi

Ölkəsində qəhrəman kimi qarşılandı...

Gədəbəyə dolu yağdı - Fotolar

Ərdoğan CHP-ni sərt tənqid edib

Vuçiç Azərbaycan müdafiə nazirini qəbul edib

Putin Rusiyaya daxil olan miqrantların tibbi müayinəsini tələb edən qanun imzalayıb

Hacıqabulda açıq ərazidə yanğın başlayıb

Sabah Nəsiminin bəzi küçələrində qaz olmayacaq

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün heyət həlak olub

Ərdoğan: Ankaradakı NATO sammiti alyansın tarixində dönüş nöqtəsi ola bilər

Omanın Sohar şəhərinin şimal-şərqində yerləşən tankerdə yanğın baş verib, ölən var

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930