ƏZİZƏ AĞAHÜSEYNQIZI

BİR QƏLƏMİM, BİR VARAĞİM, BİR DƏ MƏN...

Belə gəlib, belə gedir köçümüz,
Rənglər ilə dopdoludur içimiz,
Rədif qurub yazışırıq üçümüz,
Bir qələmim, bir varağım, bir də mən.

Sətir - sətir, heca - heca uçarıq,
Düymələnib, çiçəkləyib, açarıq,
Gah enərik, gah da göyü qucarıq,
Bir qələmim, bir varağım, bir də mən.

"Ruhani"nin pərdəsində yanarıq,
Bu dunyanın dərdlərini qanarıq,
Özümüzü necə xoşbəxt sanarıq !
Bir qələmim, bir varağım, bir də mən.

Cana yatmaz xəyallarda azmasa,
Zəfərimin müjdəsini yozmasa,
Çimir almaz duyduğunu yazmasa,
Bir qələmim, bir varağım, bir də mən.

Axşam, sabah dünya ilə öcündə,
Qanad çalar üc durnanın köçündə,
Yenilməyən bir ordunun gücündə,
Bir qələmim, bir varağım, bir də mən.

Vərəq səngər, qələm yaraq, söz kəsər,
Hər üçünün arzusudur bu zəfər,
Gendə durmaz, qisaslıdır hər nəfər,
Bir qələmim, bir varağım, bir də mən.

Sətir - sətir, kəlmə - kəlmə oxunduq,
Mizrab olub könüllərə toxunduq,
Ətir kimi, ciçək kimi qoxunduq,
Bir qələmim, bir varağım, bir də mən.

Hər bir kəsdən etibarı öndədi,
Mubtədası, şah pərdəsi məndədi,
Qar boranlı, çən, çisəkli gündədi,
Bir qələmim, bir varağım, bir de mən.

Bir bulaqdı, haqqdan gəlir, hey gəlir,
Misraları, rədifləri qəlb dəlir,
Elə yazır, kəlmə - kəlmə kövrəlir,
Bir qələmim, bir varağım, bir də mən.

Uzaq yolu gülə - gülə gəlmişik,
Əzizətək şirin dilə gəlmişik,
Söz yolunu müqəddəs yol bilmişik,
Bir qələmim, bir varağım, bir də mən.

05.11.2025
BİR QƏLƏMİM, BİR VARAĞİM, BİR DƏ MƏN... - FOTO

Son xəbərlər

Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq

Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib

Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb

İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Prezident onları təltif etdi - SİYAHI

Avropa Liqasında mövsümə start verilir

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib

"Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış - FOTO

Xərçənglə bağlı yeni kəşf: 1 800-ə yaxın mikropetid aşkarlandı

Dolların qlobal çöküşü başladı - İki dünya nəhəngi ABŞ valyutasını necə sıxışdırır?

Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi

Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib

Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib

Naftalan sanatoriyasının direktoru vəfat etdi

Zelenski təyyarəsinə edilən hücum cəhdlərindən danışdı

Hikmət Hacıyev BƏƏ rəsmisi ilə görüşdü

Mənzurə Musayevanın işdən çıxarılan qardaşına vəzifə verildi

Bakının bu ərazilərində suyun verilişində fasilə olacaq

Komada olan qadın mələk görüb, ana dilini unutdu

Raqif Nazimoğlu : Bu,nə xəbər idi ... FOTO

Rafael MƏMMƏDOV - 60

VALİDEYNƏ EHTİRAM

“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs

Tarix Vüsallı : Mən küləklə danışıram gecələr - FOTO

lk Yardım və Miqrasiya kontekstində tədbir - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930