Xəbərlər
29.07.2026, 14:42
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
İstanbul prokurorluğu Üsküdar Bələdiyyəsində araşdırma aparıb.
İstintaq çərçivəsində bələdiyyə sədri Sinem Dedetaşla birgə ümumilikdə 6 nəfər saxlanılıb. Onlar tikinti icazəsi və yaşayış üçün yararlılıq sənədlərinin verilməsi prosesində qanunsuzluqlara yol verməkdə ittiham olunurlar.
Qeyd olunur ki, Üsküdar Bələdiyyəsinin sədri Sinem Dedetaş və ikisi bələdiyyə əməkdaşı olmaqla daha 5 nəfər bu səhər keçirilən əməliyyat zamanı saxlanılıb. Üsküdarda ötən ilin aprel və may aylarında iki ayrı əməliyyat keçirilib. Nəticədə ümumilikdə 16 nəfər həbs olunub.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay