Qurban Qurbanov: Qələbə qazanmaq üçün çox əziyyət çəkdikVacib qələbə qazandıq. Komandada narahatlıq var idi. İstər-istəməz futbolçuların düşüncəsində oyunu bitirib, evə getmək idi. Qələbə qazanmaq üçün çox əziyyət çəkdik. Asan olmadı. Futbolçularımı təbrik edirəm. Möhtəşəm dövrə keçirdilər. Çox çalışdılar, əziyyət çəkdilər. Bu dövrdə özlərini peşəkar kimi apardılar. Onlara təşəkkür edirəm. Rəşad Sadıqova və komandasına uğurlar arzu edirəm

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Zirə"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIV tur oyunundan sonra mətbuat konfransında deyib.

Qırx doqquz yaşlı mütəxəssis hər dəfə olduğu kimi, qarşıdakı ildə də bütün futbolçularına və komandasına sağlamlıq arzulayıb: "Sağlamlıq olmasa, uğur əldə etmək olmur. Sağlam halda istək və arzu çox olur. Hədəf olaraq hər zaman istəmişəm ki, sabit olaq".

O, fasilədən sonra mübarizəyə "Keşlə"yə qarşı dörddəbir final oyunu ilə başlayacaqlarını xatırladaraq, yenə sıx qrafikdə olacaqlarını vurğulayıb: “Hazırda futbolçuların daha çox istirahətə ehtiyacı var, nəinki ritmi qorumağa. Onlar son matçlarda çox yorulurlar”.

Q.Qurbanov hücumameyilli yarımmüdafiəçi almaq istədiklərini də dilə gətirib: "Digər mövqeyi isə deyə bilmərəm. Sıx qrafikdə olacağıq. Hər bir futbolçuya şans verirəm və verəcəyəm. Biz istəyirik ki, oyunçularımızın sayı çox olsun. Rəqabət artmalıdır. Rəqabət artsa, inkişaf da olacaq".

"Zirə" futbol klubunun baş məşqçisi Rəşad Sadıqov deyib: “Futbolçularımın çıxışından çox razı qaldıq. Əzmkar və inamlı oyun oldu. Bizə yaraşmayan səhvlərdən qol buraxdıq. "Ucuz qol"ların acısını çəkdik. Oyunu təhlil edəcəyik. Rəqibdən çəkinmirdik. "Qarabağ" öz meydanında inamlı oynayır. Baş məşqçi məğlubiyyətə baxmayaraq, meydanda istədiyi komandanı görüb: “Faizə bölməyəcəyəm. Xüsusilə, bugünkü oyunda yaxşı çıxış etdik. Rəqibin təzyiqindən çıxa bildik. Yaxşı hücumlarımız olsa da, dəyərləndirə bilmədik. İstədiyim komandanı görürəm. İki dövrəyə 22 xal toplamışıq. Bu, yaxşı göstəricidir. Son iki oyundur məğlub oluruq. Ötən oyunda məğlubiyyətə layiq deyildik".

Geniş heyət istədiyini deyən Sadıqov hücum xəttindəki problemlərə diqqət çəkib: "İstəyirəm ki, transfer olsun. Ürəyimcə olmayan futbolçunu komandaya götürməyəcəyəm. Zədələnən Nemanya Andelkoviçin yerinə futbolçu gətirməyi düşünürük. Dörd ay bizimlə olmayacaq. Bu mövqeyi gücləndirmək istəyirik. Anatole Abanqın bizə keçidi gözlənilmir".

Baş məşqçi azarkeşlərin "Rəşad milliyə" şüarlarına isə belə reaksiya verib: "Diqqətim oyunda idi, buna fikir vermirdim".

Qeyd edək ki, Ağdam klubunun heyətində hər iki qolu Musa Qurbanlı vurub. On doqquz yaşlı hücumçu görüşün 6-cı və 53-cü dəqiqələrində fərqlənərək komandasına 3 xal qazandırıb.

Bu nəticədən sonra xallarını 33-ə çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"ni 7 xal qabaqlayaraq turnir cədvəlinin zirvəsində möhkəmlənib. İyirmi iki xala malik "Zirə" isə "Neftçi" ilə birlikdə üçüncü və dördüncü yerləri bölüşdürür.

Qurban Qurbanov: Qələbə qazanmaq üçün çox əziyyət çəkdik

Son xəbərlər

Magistratura üzrə 4 minə yaxın plan yeri boş qaldı

Bu musiqi məktəbinə Habil Əliyevin adı verildi

Oktayla Fahriyenin serialında rol alacaq - FOTO

PÜSTƏ RƏVAN : NƏSİHƏT - FOTO

"Azərbaycan dilinin qorunması hər bir vətəndaşın borcudur" - DEPUTAT

12-ci illərini belə təbrik etdi - Fotolar

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Sabirabad heyvan satışı bazarı fəaliyyətə başlayıb

Zelenski: Trampın xüsusi elçilərinin Ukraynaya səfəri gözlənilir

Bakıda 92 və 202 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Taha Akgül Firdovsi Umudovun qonağı oldu - Qonaqpərvərliyə görə Azərbaycana təşəkkür etdi

BİR QƏLƏMİM, BİR VARAĞİM, BİR DƏ MƏN... - FOTO

BMU-nun 22 məzunu dünyanın nüfuzlu ali təhsil müəssisələrində

Sonuncu vidalar,bu son gedişlər - FOTO

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Son 12 ildə readmissiya sazişləri çərçivəsində 3990 şəxs Azərbaycana geri qəbul edilib

"Politico": Zelenski ABŞ-ni Ukraynanın müharibədə qələbə qazana biləcəyinə inandırmağı bacarıb

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Dünya çempionatı: Azərbaycanın 4 güləşçisi bu gün medallar uğrunda görüşlərə çıxacaqlar

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Macarıstan pasportu dünyanın ən güclü pasportlarından biri seçilib

691 balla kifayətlənmədi, 700 bal topladı

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031