Rəşad Sadıqov: Gərgin və maraqlı oyunun şahidi olduq
Gərgin və maraqlı oyunun şahidi olduq. Dinamik və sürətli futbola hazır olmalı idik. İlk hissədə gözlənilmədən qollar buraxdıq. Bundan sonra da yaxşı oynadıq. Matç bizim üstünlüyümüz şəraitində keçdi. Sonadək mübarizə apardıq. Rəqib böyük qüvvə ilə müdafiə olunurdu. Artıq bu matçı unudub qarşıdakı görüşləri fikirləşməliyik.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIII tur oyunundan sonra mətbuat konfransında deyib.

Otuz doqquz yaşlı mütəxəssis yarımmüdafiəçi Rüstəm Nuriyevi əvəzləyəndə tərəddüd etdiyini söyləyib: "Onu U-21-dən tanıyıram. Çox hərəkətli və aqressiv oyunçudur. Dəyişikliyin bir səbəbi var idi. Sadəcə, qorxdum. Rüstəm mübarizə aparırdı və istəkli idi. Sarı vərəqədən sonra qorxduğum üçün onu əvəzlədim".

R.Sadıqov rəqibi qələbə münasibətilə təbrik edib: "Bəzi məqamlarda biz daha üstün idik. Belə görüşlərdə qələbə qazanmaq çətin olur. Üç xal əldə edə bilərdik. Daha dəqiq olan və əlinə düşən fürsətlərdən yararlanan istəyinə çatır. Elə oyunlar olur ki, pis çıxış edirsən və başında çoxlu suallar yaranır. "Qəbələ" "Qarabağ" kimi komandadan qol buraxmayıb, səhvsiz oynamaq mümkün deyil. Amma səhvləri minimuma endirə bilərik".

O, qarşılaşma ərzində hakimlərə qarşı aqressiv olmadığını diqqətə çatdırıb: "Xüsusilə də sarı vərəqə aldığım epizodu diqqətə çatdırmaq istəyirəm. Əgər o epizod sarı vərəqədirsə, bizim hakimlər hər matçda baş məşqçilərə vərəqə göstərməlidirlər. Mən tərəfdən hakimə qarşı nə təhqir, nə də sərt ifadə olub. Sadəcə, sual vermişəm ki, bu, sarı vərəqə deyil? Başımı tutub getdiyimə görə sarı vərəqə almışam. Belə halda sarı vərəqənin olacağını bilmirdim. Sən demə bunu etmək olmazmış.

Dünyanın bir sıra tanınmış baş məşqçiləri hakimlərlə dialoqdadırlar və bəzən səs tonlarını qaldırırlar. Bu da oyunun gərginliyindən irəli gəlir. Heç kimin başqalarına qarşı şəxsi qərəzliyi yoxdur. Digər komandanın oyunlarında iki məşqçi ayaq üstə durur. Amma vərəqə verilmir. Başımı tutub çıxıb getdiyimə görə sarı vərəqə görmüşəm. Premyer Liqamızda oyunun əsas vaxtına iki dəqiqə əlavə edildiyini görməmişəm. Bunlar kiçik şeylərdir.

Rəqibi təbrik edirəm. Cari mövsüm çempionatımızda rəqabət daha çoxdur. Görünən odur ki, növbəti turlarda qələbə və xal qazanmaq daha çətin olacaq".

Sadıqov görüşdə zədələnən Nemanya Ancelkoviçin durumunun tibbi müayinədən sonra bəlli olacağını vurğulayıb.

Son xəbərlər

Həyət evinin rahatlığı, yoxsa bina evinin üstünlükləri?

Azərbaycan millisi dünya ikincisi oldu

Məşhur musiqiçi yol qəzasında öldü

PÜSTƏ RƏVAN : NƏSİHƏT - FOTO

Bu musiqi məktəbinə Habil Əliyevin adı verildi

Magistratura üzrə 4 minə yaxın plan yeri boş qaldı

Oktayla Fahriyenin serialında rol alacaq - FOTO

"Azərbaycan dilinin qorunması hər bir vətəndaşın borcudur" - DEPUTAT

12-ci illərini belə təbrik etdi - Fotolar

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Sabirabad heyvan satışı bazarı fəaliyyətə başlayıb

Zelenski: Trampın xüsusi elçilərinin Ukraynaya səfəri gözlənilir

Bakıda 92 və 202 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Taha Akgül Firdovsi Umudovun qonağı oldu - Qonaqpərvərliyə görə Azərbaycana təşəkkür etdi

BİR QƏLƏMİM, BİR VARAĞİM, BİR DƏ MƏN... - FOTO

BMU-nun 22 məzunu dünyanın nüfuzlu ali təhsil müəssisələrində

Sonuncu vidalar,bu son gedişlər - FOTO

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Son 12 ildə readmissiya sazişləri çərçivəsində 3990 şəxs Azərbaycana geri qəbul edilib

"Politico": Zelenski ABŞ-ni Ukraynanın müharibədə qələbə qazana biləcəyinə inandırmağı bacarıb

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Dünya çempionatı: Azərbaycanın 4 güləşçisi bu gün medallar uğrunda görüşlərə çıxacaqlar

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031