Qurban Qurbanov: Oyunçuların əzmkarlığından razı qaldımFutbolçuları təbrik edirəm. Çox yaxşı mübarizə apardıq. Oyunçuların əzmkarlığından razı qaldım. Güclü komandaya qalib gəldik. Rəqibin də bacarıqlı oyunçuları var.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IX tur oyunundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Qırx doqquz yaşlı mütəxəssis görüşün çətin keçdiyini söyləyib: "Bu komandaya qarşı 90 dəqiqə mübarizə aparmalı və hərəkətli olmalıyıq. Futbolçular çox yoruldular. Çox çətin qrafikdəyik. Hazırda çox diqqətli olmalıyıq. Bəzi matçlarda rotasiya edirik. Bu periodda güc sərf etməliyik. Futbolçulara tez bərpa olunduqları üçün təşəkkür edirəm. Hesab görüşün asan keçdiyini göstərə bilər. Amma elə deyil".

Qurbanov Ağdam təmsilçisinin fanatlarının rəqib baş məşqçi Samir Abasovu istefaya səsləməsinə də münasibət bildirib: "Bu məsələyə qarışmaq mənim səlahiyyətimdə deyil. Amma etirazımı bildirdim. Mənə görə xoş deyil. Hər zaman demişəm ki, hamıya hörmətlə yanaşmalıyıq. Azarkeş azaddır. Öz düşüncələri və ideyaları var. İstəmirəm ki, bizim fanatları digər klubların məşqçilərinə şüar səsləndirsinlər. Rəqib komandanın baş məşqçisini istefaya səsləmək düzgün deyil. Mən istəyirəm ki, bizim bütün baş məşqçilərə hörmətlə yanaşsınlar. Ümid edirdim ki, bu, bir daha təkrarlanmayacaq".

Təcrübəli baş məşqçi Abdullah Zubirin görüşün sonunda ayağında ağrılar hiss etdiyini deyib: "Son günlər yaxşılaşmışdı. Ona görə arxayın idim ki, 90 dəqiqəyə gücü çatar. UEFA Konfrans Liqasında Qazaxıstan "Kayrat"ı ilə (2:1) matçdan sonra narahatlıq var idi. Sabah onun durumu tam bilinəcək".

Son xəbərlər

17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı

Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO

"Amerika niyə buraya gəlib hərbi bazalar qurmalıdır?" - Pezeşkian

9-cu dəfə əməliyyat olunacaq

ƏBƏDİ MUĞAMIN GƏNC NƏFƏSİ - FOTOLAR

RƏŞAD BAXŞƏLİYEV DASTANI - FOTO

Rusiya və İrana “Cəhənnəm sanksiyaları”nı tətbiq edəcəklər

2100-cü ildə Yer necə görünəcək? Alimlərin proqnozları narahatlıq doğurur

Gecələr görən belə məni niyə qısqanır - FOTO

Ömrünü həqiqətə həsr edən ziyalı

Doğmalarımın əziz xatirəsinə.

Rusiyanı vurmaq üçün "Starlink"dən istifadəyə icazə verməyəcək

Hande səhnə geyimlərini satır

Misirin genetik sirri açıldı: piramidalar dövründə yaşamış ilk insan kim olub?..

Azərbaycan gəncliyi niyə “ChatGPT”-yə “sığınıb”?-ARAŞDIRMA

Həyatdan vaxtsız köç edən elqızım, qohumum Nərgizin əziz ruhuna bacısı Tahirə xanımın diliylə...

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31