Fernando Santuş: Azərbaycan yaxşı təşkil olunmuş komandadırAzərbaycan yaxşı təşkil olunmuş komandadır. Rəqibin güclü baş məşqçisinin olduğunu bilirik. Canni De Byazi Albaniyanı "Avro-2016"nın final mərhələsinə yüksəltmiş mütəxəssisdir. O, heç vaxt bir topdan artıq fərqlə uduzmayıb. Ümid edirəm ki, sabah fərqli olacaq.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının qonağı olacaq Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş sentyabrın 6-da təşkil olunan mətbuat konfransında deyib.

Baş məşqçi deyib: "Rəqibimiz Serbiya və İrlandiya ilə matçlarda da bacarıqlı komanda olduğunu göstərdi. Çalışacağıq Azərbaycana qarşı yaxşı təşkilatlanmış komanda kimi oynayaq. Fikrimiz, oyunda olacaq, nəinki rəqibin tək-tək oyunçularında. Azərbaycan xüsusən də, müdafiədə yaxşı oynayır. Amma yarımmüdafiə xəttində də güclüdürlər. Rəqib bəzi hallarda 6 nəfərlə topun arxasında oynayırlar, bəzən isə əksinə. Azərbaycan bütün variantlarda oynamağa hazır komandadır. Sabahkı oyunda uduzmaq barədə düşünmürəm”.

Portuqaliyalı futbolçu Ruben Diaş bildirib ki, sabahkı oyuna final oyunu kimi yanaşmalıyıq. Azərbaycanın İrlandiyaya qarşı oyununu izləmişik. Son oyunda yaxşı çıxış etdi. Buna rəğmən bizim üçün əsas məsələ oyuna köklənmək olacaq. Məqsədimiz yalnız qələbədir. Komanda olaraq daha diqqətli olmalıyıq. Azərbaycan təhlükəli komandadır. Belə rəqib bizim daim sayıq olmağa vadar edir.

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya matçı saat 20:00-da start götürəcək.

Son xəbərlər

CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN FİDANLARI... - FOTO

Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq

Şəhid Zaur İsmayılzadənin anadan olmasının 31-ci ildönümü münasibətilə anım tədbiri keçirilib - FOTOLAR

VAHİD ÇƏMƏNLİ : Hacı Əkbər müəllimin inamı və arzuları - FOTO

Sevinc Yunuslu : Qoruyuram adını mömin kimi.. - FOTO

Atanın bir cümləsi uşağın özünə inamını 30 il sarsıda bilər

30 İyul İnsan Alverinə Qarşı Mübarizə Günüdür

Gizir Surxay Niftəliyevin əziz xatirəsinə

Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq

Beyləqanda Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olundu - Fotolar

“Friends”in Fibisi 63 yaşında... - Fotolar

“Oskar” laureatına qarşı şok ittihamlar - Dörd qadın danışdı

VAHİD ÇƏMƏNLİ : Xətt çəkə bildim - FOTO

ÖMRÜN MÜDRİKLİK ÇAĞINDA SÖZƏ SƏDAQƏT - FOTOLAR

Məleykə Abbaszadə: Magistraturaya qəbul üzrə ayrılmış plan yerlərinin 78,41 %-i dolub

Prezident Mərakeş Kralını təbrik etdi

Əhməd Davudoğlu siyasətdən getdi

Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bir sıra yollarında tıxac yaranıb

Finlandiya Rusiyanın internetini kəsir - Proses bu tarixdə baş tutacaq

Bu ölkədə helikopter qəzaya uğradı - Yüksəkvəzifəlilər öldü

Beyin sürətində işləyən çip hazırlandı

İlhamə QARAYEVA – bir ömrün sözlə yazılan salnaməsi - FOTOLAR

VƏTƏN GÖYLƏRİNDƏ YAŞAYAN AD - FOTOLAR

"Fənərbağça" növbəti mərhələdə

100 milyonluq işdə yeni adlar üzə çıxır - Vəzifəli şəxs həbs edildi

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031