"Neftçi"nin baş məqşçisi: Qarabağ"ın futbolçuları əllərinə düşən fürsətlərdən yararlandılarMəğlubiyyətdən sonra hissləri, hirsləri cilovlamaq çətindir. Görüşə pis başlamadıq. Hətta qol şansımız da oldu, amma kapitan Emin Mahmudov iki metrdən qapıya düşə bilmədi.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri "Neftçi" klubunun baş məşqçisi Samir Abbasov "Qarabağ"a 4:0 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının IX tur oyunundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Qırx üç yaşlı mütəxəssis keyfiyyətdə rəqibə uduzduqlarını etiraf edib: "Qarabağ"ın futbolçuları əllərinə düşən fürsətlərdən yararlandılar. Səviyyə fərqi həddindən artıq görünürdü. Bunu qəbul etməliyik. Bəzi məqamlar var ki, onları düzəldə biləcəyimizə inanmıram. Bu gün yaxşı motivasiyada meydana çıxmışdıq. Ardıcıl qollar bizi sındırdı. Qolları çıxsaq, rəqibə müqavimət göstərdiyimizi deyə bilərəm. Amma keyfiyyət öz sözünü dedi. Oyunçular arasında böyük fərq var. Çoxları deyir ki, həddindən artıq dəyişiklik edirsən, amma hər şey ölçülü şəkildə olur. Uduzandan sonra bunları mütləq danışmalısan".

Abbasov yerli futbolçuların bu cür matçlara cavab vermədiyini söyləyib: "Emin Mahmudov buna istisnadır. Bizim yaralı yerimiz yerli oyunçulardır".

Baş məşqçi rəqibin gücləndiyini sözlərinə əlavə edib: "Burada "Neftçi"nin də rolu olub. Azarkeşlər bu gün yaxşı ab-hava yaratmışdılar. Amma etikadan kənara çıxmasalar, daha yaxşı olar. Bizim dərdimiz fanatlar deyil. Qəbul etməliyik ki, yerli futbolçularımız tələblərimizə cavab vermir. Ötən mövsüm Anton və Namik kimi yaxşı yerli oyunçularımız var idi. Amma qalmaq istəmədilər. Heç nəyi gizlətmək lazım deyil. Bu gün əziyyət çəkirik. Oyunda ruhumuzu və istəyimizi qoymalıyıq. Qarşılaşma başlayanda futbolçuların motivasiyalı olduğunu görürdük. Əhval-ruhiyyə də əla idi. Bundan sonra da belə olacaq. Bəzi məsələlər var ki, mən onu düzəldə biləcək gücdə deyiləm".

Mütəxəssis çempionluq uğrunda vuruşacaqlarını diqqətə çatdırıb: "Hamı "Qarabağ"ı çempionluğun favoriti hesab edir. İnanmıram ki, hansısa yerli futbolçunu götürsək, nələrsə düzəlsin. Biz kimlərisə milliləşdirə bilərik. Çıxış yolunu bunda görürəm".

Son xəbərlər

Gəlinlik seçməyə getmişdi, maşının altında qalıb öldü - Toyu günü dəfn olundu

Onların pensiyaları yenidən hesablanaraq artırıla bilər

Yaponiyanın mərkəzində zəlzələ oldu

Əsir düşmüş azərbaycanlı şok faktları açıqladı

Bu gün Azərbaycanda xüsusi dövlət mühafizəçilərinin günüdür

Arzum budur - ucaldıqca, ucal sən

SEVİNC YUNUSLU : Ölsəm bir məktub yazacam - FOTO

YARADICILIĞI İLƏ AZƏRBAYCANA YEDDİ BEYNƏLXALQ SERTİFİKAT QAZANDIRMIŞ NİCAT ƏRTÜRK

XURAMAN İSMAYIL QIZI MURADOVA — İNSANA XİDMƏTƏ HƏSR OLUNMUŞ ÖMÜR

Müəllif: Gülnarə Məhəmmədqızı : ÖZÜMƏ TƏRƏF - FOTO

İpoteka ilə ev almaq istəyənlərin nəzərinə - Seçim imkanı var

Saç tökülməsinin ümumi səbəbləri - Hər gün neçə tel itirilə bilər?

Yer kürəsində həyatın ən qədim izləri aşkar edildi

X-da 50 milyon dollarlıq pay sahibidir - Bakıda özünə toy edir

"Bu zəhrimar xəstəlik onu apardı" - Faiq Ağayev köməkçisindən danışdı

“Hər səhər 6 yumurta yeyirəm, 54 kiloyam”

Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı ilə bağlı - Səfirlikdən açıqlama-Yenilənib

Tbilisidə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq tədbir keçirilib - FOTOLAR

Mikayıl Cabbarov: "SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur"

Türkiyədə helikopter qəzaya uğrayıb

Rusiya ordusu Borispol bölgəsinə raket zərbələri endirib

Новрузали Асланов: отношения между Баку и Ташкентом имеют более широкое значение, чем двустороннее сотрудничество

Azərbaycan nefti cüzi bahalaşıb

Yay geri qayıdır: Qəfil istilənmə kimləri və nələri “vuracaq”? – TƏHLÜKƏ

Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir

Əməkdar artist Aygün Bəylərin doğum günüdür

Bazar günü 40 dərəcə isti olacaq

Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31