Qurban Qurbanov: Oyuna ciddi hazırlaşmışıq
Sabah ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq. Oyuna ciddi hazırlaşmışıq. Futbolçularımdan daha yaxşı oynamağı tələb etmişəm

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçrədə "Bazel"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Qırx doqquz yaşlı mütəxəssis zədəsini yenicə sağaltmış kolumbiyalı müdafiəçi Kevin Medinanın komandaya qoşulacağını bildirib: "Məşq etdikdən sonra ümumi gedişata baxacağıq. Hazır olsa, oynamaq ehtimalı var. Amma hələ məndə də bu barədə dəqiq məlumat yoxdur".

Qurbanovun sözlərinə görə, "Bazel"in oyununda yaxşı mənada dəyişiklik var: "Bakıdakı görüşdə bir neçə futbolçusu idman formasından uzaq idi. Amma artıq istədikləri səviyyəyə gəlib çatıblar. Çox uğurlu seriya yaxalayıblar. Sadəcə, son oyunda qələbə qazana bilmədilər. Oyun üslublarında dəyişiklik olmasa da, etdiklərini daha da yaxşılaşdırıb və sürətləndiriblər. Rəqibin çox oyununu izlədim. Geniş heyətə malikdir. Meydana eyni səviyyədə 11 oyunçu buraxmaq gücündədir".

Bu cür matçların komandası üçün yaxşı təcrübə olduğunu söyləyən baş məşqçi deyib: "Biz bunu özümüzdə hiss edirik. Rəqib son vaxtlar daha da inamlı oynayır. Yaxşı mübarizə aparıb layiqli oyun göstərməyi çox istəyirik. Bu komandaya qarşı oynamaq bizim üçün xoşdur. Meydanda fərqli dinamika və düşüncə olacaq. Ona görə də futbolçularım öz oyunlarını sərgiləməklə yanaşı, rəqibin meydanda nə etmək istədiyini də izləməlidir. Bunları edə bilsək, maraqlı oyunun şahidi olacağıq".

Q.Qurbanov deyib ki, nəticələrə baxanda "Qarabağ"ın səfərdə daha yaxşı oynadığı görünür: "Amma qrupun son matçı olduğundan bu görüşün evdə və ya səfərdə keçirilməsinin heç bir önəmi yoxdur. Çox istərdim ki, futbolçularım bu oyunu inamlı şəkildə sona çatdırsınlar".

Təcrübəli mütəxəssis əsas hədəflərinin qrup birinciliyi olduğunu əlavə edib: "Yaxşı oyunla yaxşı qələbə əldə etmək istəyirik. Lakin komandam avrokubok matçlarını elə formada keçirib ki, oyunçulara iradım yoxdur. İnanıram ki, sabah nəticə istədiyim kimi alınmasa da, futbolçularımın çıxışından razı olacağam".

Qeyd edək ki, dekabrın 9-da gerçəkləşəcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

Son xəbərlər

Ərdoğan CHP-ni sərt tənqid edib

Vuçiç Azərbaycan müdafiə nazirini qəbul edib

Putin Rusiyaya daxil olan miqrantların tibbi müayinəsini tələb edən qanun imzalayıb

Hacıqabulda açıq ərazidə yanğın başlayıb

Sabah Nəsiminin bəzi küçələrində qaz olmayacaq

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün heyət həlak olub

Ərdoğan: Ankaradakı NATO sammiti alyansın tarixində dönüş nöqtəsi ola bilər

Omanın Sohar şəhərinin şimal-şərqində yerləşən tankerdə yanğın baş verib, ölən var

Sabah 33 dərəcə isti olacaq

Azərbaycanın xarici dövlət borcu azalıb

Baş nazir kimi 62 illik rekordu yenilədi

“Qarabağ”ın rəqiblərinin adları bəlli oldu - “Ferentsvaroş”la qarşılaşacaq

İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib

15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir - FOTOLAR

ŞƏRƏFLİ HƏKİM ÖMRÜ VƏ ZƏRİF POEZİYA DÜNYASI: Leyla Bayramovanın işıqlı həyat yolu

MƏMMƏD QƏDİR : Qəbir də yerində, daş da yerində... - FOTO

Adil Kərimli Mədəniyyət Nazirliyinin kitabxanaları bağlamasına dair iddiaları rədd edib

Belfastda 18 yaşlı tələbənin öldürülməsi iğtişaşlara səbəb olub

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Araz çayında batan 17 yaşlı gəncin meyiti tapılıb

Serenay Sarıkayanın yeni layihəsi məlum oldu

Barı gəlirəmmi yuxularına? - FOTO

Mehr: İran Milli Ordusu və SEPAH yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

Qırğızıstanda terror aktları hazırlamaqda şübhəli bilinən 31 nəfər saxlanılıb

“Real”ın baş məşqçisi klubdan ayrıldı

Tramp: ABŞ-ın İrana qarşı genişmiqyaslı əməliyyatları çox baha başa gələr

Rusiyada azərbaycanlı “qanuni oğru” saxlanıldı

“Renault” kütləvi PUA istehsalına başlayır

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930