Qurban Qurbanov: Futbolçuları təbrik edirəm, yaxşı oyun göstərdilər və vacib qələbə qazandıq
Futbolçuları təbrik edirəm, yaxşı oyun göstərdilər və vacib qələbə qazandıq.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Zirə"yə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XX tur oyunundan sonra mətbuat konfransında deyib.

Əlli yaşlı mütəxəssis rəqibin yorğunluğundan istifadə etdiklərini söyləyib: "Zirə" ötən tur "Qəbələ" ilə iki günlük matç keçirdi. Buna baxmayaraq çox yaxşı komandaya qalib gəldik. Hər iki kollektivə uğurlar arzulayıram".

Qurbanov futbolçularda arxayınlığın olmamasını istəyib: "Xal itirməkdən yox, futbolçuların inamsızlığından narahatam. Məğlubiyyət və xal itkisi oyunçulara inamsızlıq verə bilər. Futbolçular zaman keçdikdə daha da peşəkar olurlar. İl ərzində komandanı eyni səviyyədə saxlamaq çətindir. Müəyyən bir dövr olur ki, komanda formadan uzaq düşür".

Təcrübəli baş məşqçi milli komandaların oyunları ilə əlaqədar yaranmış fasiləyə də toxunub: "Çempionatın sonunadək məni ən çox narahat edən məqamlardan biri budur. Heyətdə yalnız 5 legioner qalacaq. Bu, məni narahat edir. Futbolçuların ayrı-ayrı millilərə getməsi bir tərəfdən sevindiricidir, digər tərəfdən bizə zərbədir. Ümid edirəm ki, zədələr olmayacaq. Buna görə böyük narahatlığım var. Bu gün demək olar ki, komandadan hamını yığmalara dəvət ediblər. Başqa tələblər altında məşq etmələri onları burdakı idman formalarından uzaqlaşdırır. Buna görə narahatam. Məşq prosesini necə aparacağımızın yolunu tapacağıq. Amma keyfiyyət itirəcəyik. Bunu yoluna qoymaq üçün çalışacağıq.

Mütəxəssis hücumçu Rüstəm Əhmədzadənin az oynamasına da toxunub: "Onda bir az problemlər oldu. Biz hazırlığa başlayanda koronavirusa yoluxdu və xəstəliyi ağır keçirdi. Bu gün onun idman formasından razı deyiləm. Özünə gəlməyə başlayanda zədələndi və bir həftə məşq edə bilmədi. Böyük potensialı var, sadəcə, yaxşı məşq proqramı lazımdır. Ukraynada olan olaylar da ona təsir edib və bu səbəbdən çox pis olmuşdu. Hazırda özünə gəlməyə başlayır. Uyğunlaşması üçün vaxt lazımdır. Daha yaxşı olması üçün çalışacağıq. Mən özüm də onunla danışdım. Ailəsinin bir hissəsi rahat yerdə idi, digərləri Kiyevdə qalırdı. Müəyyən müddət sonra hər şey qaydasına düşdü. Onları bura gətirmək problem idi. Belə halların yaşanması heç kim üçün xoş deyil. Futbolçunu nə qədər motivasiya etsək də, fikri ordadır. Ümid edirəm ki. müharibə tez bir zamanda bitər".

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov: "Bu oyuna ümidlə hazırlaşmışdıq. Bəzən "Neftçi" və "Qarabağ" kimi komandaya qarşı müdafiəyə meylli oynamağa çalışırsan. Amma bu gün öz oyunumuzu sərgiləməyə başladıq və çox dəyişiklik etmədik. Penaltidən sonra hər şey həll edildi. "Qarabağ" kimi komandaya qarşı 0:2 hesabı ilə geridəsənsə, qarşılaşmanı çevirmək çətin olur. Hər oyunda qalib gəlmək mümkün deyil. Bir az şansın da olmalıdır. Rəqib böyük istəklə və motivasiya ilə oynayırdı. Bu gün ilk saniyədən sonadək eyni tempdə davam etdilər".

R.Sadıqov komandada yorğunluğun olmadığını sözlərinə əlavə edib: "Penalti epizodunadək rəqib böyük üstünlüklə oynayırdı. 0:1 təhlükəli hesab deyil. Penaltiyə gəldikdə isə bu, penalti idisə, Qəbələdəki nə idi? Təmkin Xəlilzadənin qolu oyundan kənar vəziyyət idi? Hakimlikdən danışıb rəqibin uğuruna kölgə salmaq istəmirəm".
Qurban Qurbanov: Futbolçuları təbrik edirəm, yaxşı oyun göstərdilər və vacib qələbə qazandıq

Son xəbərlər

"Avropa tənəzzüldədir" - Netanyahu

Tanınmış jurnalist saxlanıldı

Tiktoker Müjgan həbs edildi

Ev almaq adı ilə gəldi, oğurluq etdi

FSB-nin qərarına özünəməxsus cavab verdi - Foto

Bu gün bu ərazilərdə işıq olmayacaq

Bakı Qızlar Universitetində təhsil alan tələbələrin taleyi necə olacaq?

Kiyevə səfərləri gözlənilir

VAHİD ÇƏMƏNLİ : Hacı Əkbər müəllimin inamı və arzuları - FOTO

PÜSTƏ RƏVAN : MƏRHUM QARDAŞIM İSLAMIN KEÇDİYİ HƏYAT YOLU - FOTO

CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN FİDANLARI... - FOTO

Alıcan İsgəndərli : Bir şəhid anası köçdü dünyadan - FOTO

Gürcüstanın elektrik sistemində baş vermiş qəzanın ilkin nəticələri açıqlanıb

Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan

Ən təhlükəli yalan budur - Psixiatr alkoqol asılılığının gizli əlamətini AÇIQLADI

Yeni funksiya: Şəxsiyyət vəsiqəsini skan et, biletini al

Prezidentlə xanımı Qırğızıstana getdi - Fotolar

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq

Şəhid Zaur İsmayılzadənin anadan olmasının 31-ci ildönümü münasibətilə anım tədbiri keçirilib - FOTOLAR

Sevinc Yunuslu : Qoruyuram adını mömin kimi.. - FOTO

Atanın bir cümləsi uşağın özünə inamını 30 il sarsıda bilər

30 İyul İnsan Alverinə Qarşı Mübarizə Günüdür

Gizir Surxay Niftəliyevin əziz xatirəsinə

Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq

Beyləqanda Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olundu - Fotolar

“Friends”in Fibisi 63 yaşında... - Fotolar

“Oskar” laureatına qarşı şok ittihamlar - Dörd qadın danışdı

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031