
Xəbərlər
25.09.2020, 00:55
"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bilindi
"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibinin adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, bu, Polşanın "Legiya" klubu olub.
Avroliqanın III təsnifat mərhələsi çərçivəsində Kosovonun "Drita" kollektivi ilə görüşdə 2:0 hesabı ilə qalib gələn polşalılar Ağdam təmsilçisinə rəqib olub.
Qeyd edək ki, pley-off matçı oktyabrın 1-də Varşavada keçiriləcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














