Əfsanəvi futbolçu Peledən ÜZÜCÜ XƏBƏR

Baxış Sayı:78

Əfsanəvi futbolçu Peledən ÜZÜCÜ XƏBƏR
Braziliya futbolunun əfsanəsi Peledən bəd xəbər gəlib.

AZXEBER.COM xəbər verir ki, bağırsaq xərçəngi ilə mübarizə aparan keçmiş futbolçunun vəziyyətində ağırlaşma müşahidə olunub.

Braziliya mətbuatında yer alan xəbərə görə, 82 yaşlı Pele bağırsaq xərçənginə görə aldığı kemoterapiyada istədiyi irəliləyişə nail ola bilməyib. Əfsanəvi futbolçunun hazırda dəstəkləyici müalicə aldığı və onun həyat keyfiyyətinin aşağı düşməsinin qarşısının alınması üçün tədbirlər görüldüyü bildirilib.

Əfsanəvi futbolçu Pele üçün dünya çempionatının keçirildiyi Qətərdə "Tez sağal” və "Peleni sevirik” mesajları binalara əks olunub. Fransa millisi ilə dünya çempionatında meydana çıxan Mbappe isə "Kral üçün dua edirəm" mesajı ilə əfsanəvi futbolçunun yanında olduğunu bildirib.

Aydın

Oxşar xəbərlər
SON XƏBƏRLƏR