Xəbərlər
19.11.2022, 01:04
AMPK-nın prezidenti Afrika Milli Paralimpiya komitələrinin iclasında iştirak edib
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti (AMPK), Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) vitse-prezidenti İlqar Rəhimov Afrika Paralimpiya Komitəsinin prezidenti Samson Deenin dəvəti ilə qitənin Milli Paralimpiya komitələrinin iclasında iştirak edib.
AZƏRTAC AMPK-ya istinadla xəbər verir ki, İ.Rəhimov iclasda Azərbaycanda Paralimpiya hərəkatının inkişafı, əldə edilmiş nailiyyətlər barədə geniş məlumat verib.
Komitə prezidenti bildirib ki, 1996-cı ildə öz fəaliyyətinə başlayan AMPK minlərlə fiziki məhdudiyyətli şəxsi idmana cəlb edib, onların cəmiyyətə inteqrasiyasında mühüm rol oynayıb və idmanla yanaşı ölkədə digər müxtəlif sosial layihələr həyata keçirib.
İ.Rəhimov IBSA-nın hazırki fəaliyyəti barədə geniş məlumat verərək vurğulayıb ki, görmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi məqsədilə assosiasiya tərəfindən tədbirlər görülür və müxtəlif ölkələrin müvafiq qurumları ilə görüşlər keçirilir. O bildirib ki, cari ilin may ayında Syerra-Leoneyə səfəri çərçivəsində Syerra-Leone, Qvineya və Liberiya Paralimpiya komitələrinin rəhbərləri ilə görüşlər keçirib, həmin ölkələrdə Paralimpiya hərəkatının inkişafı və xüsusilə görmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi mövzusunda geniş müzakirələr aparıb.
İ.Rəhimov IBSA-nın Afrika Milli Paralimpiya Komitəsi ilə əlaqələrinin daha da genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq platformasının yaradılmasının vacibliyini vurğulayıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay