
Xəbərlər
18.11.2022, 10:06
Şamaxıda avtomobil dərəyə aşıb, qadın ölüb

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Emil Əkbərlinin idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq dərəyə aşıb. Nəticədə avtomobildə olan sərnişin, 2000-ci il təvəllüdlü Suğra Əkbərli aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












