Xəbərlər
1.10.2022, 22:28
Amma qıyma qəlbimə - FOTO
Gözlərimdən düşməyə yaman çox can atırsan.
Çalış, ehtiyatla düş, kipriyim oxlar səni...
Göz yaşım da duymasın, düşən vaxtı çağlayar,
Yıxar bəndi, bərəni yolundan saxlar səni.
Həm də bilirsən necə "İsti su"tək qaynayır?
"Uf" da deməz inan ki, yandırar, dağlar səni.
Gözlərim qaynadıqca, ciyərim buz bağlayar,
Tənginəfəs olsa da, son dəfə qoxlar səni.
Amma qıyma qəlbimə, qəlbim elə məsumdu,
Kiriməz körpə kimi, ölüncə ağlar səni.
Əfşan Yusifqızı

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay