Bakıda gəlin və anasının öldürüldüyü dəhşətli qətlin - DETALLARI
Binəqədidə törədilən dəhşətli qətlin təfərrüatı məlum olub.
"Hər gün içib evə gəlirdi, bacıma hədə-qorxu gəlirdi”.
Lent.az xəbər verir ki, bu sözləri mərhum Təranə İsmayılovanın qardaşı Rahib İsmayılov deyib.

Rahib İsmayılov bacısının cinayəti törədən şəxslə evliliyinin heç bir il çəkmədiyini bildirdi:
"Bacım onunla heç bir il deyildi ki, evli idi. Vaqif evsiz, işsiz bir adamdır. Biz Qərbi azərbaycanlıyıq, onlar əslən Bərdə rayonundandır. Həyətdə iki otaqlı iki evim var. Birini kirayə verirdim. Bacımgilin evləri yox idi deyə, dedim yazıqdırlar, gəlib qalsınlar. Nə biləydik belə olacağını?! Vaqifin hər gün içib evə gəldiyini öyrənəndə isə onu evdən qovdum.
Son vaxtlar burada bizimlə yaşamırdı. Arabir bacıma hədə-qorxu gəlirmiş ki, barışsınlar. Dünən də mən evdə olmamışam. Gəlib bacımı da öldürüb, anamı da. Bundan ürəyi soyumayıb, meyitləri də yandırıb. Səs-küyə eyni həyətdə qalan bibimgil gəlib”.
Bu sözləri deyib bitirdikdən sonra Rahib İsmayılov əlini üzünə tutaraq ağlamağa başladı:
"Hələ dəfn edilməyiblər, hazırda məsciddə yuyulur”.
Qardaşın dediyinə görə, hələlik kürəkən tərəfin ailəsindən heç kim onlara gəlməyib.
Xatırladaq ki, hadisə dünən axşam Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində baş verib. 1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı - 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb.
Daha sonra Vaqif Hüseynov 85 yaşlı bibisini-qayınanasını bıçaqlayıb. Qətli törədən şəxs hər iki meyitin üzərinə neft tökərək onları yandırıb. Özünü isə qaçarkən Azaqdlıq prospektində avtobus vurub. Vaqif Hüseynov 1 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Bela Zəngibasarlının şeirlər xəzinəsindən - FOTO

Vahid Çəmənli : Boylanır - FOTO

GÖZƏLLİK CƏM OLUB ÖZÜNDƏ SƏNİN - FOTO

Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

SEVİNC YUNUSLU : Bu dünyada nədir ki, bizi bizdə tutası.. - FOTO

Bakıda 31, rayonlarda 32 dərəcə isti olacaq

KİV: ABŞ-İran razılaşmasına baxmayaraq, İsrail Livanda hərbi əməliyyatları davam etdirəcək

Prezident: Azərbaycan regionda davamlı sülhün yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Azərbaycanda Milli Qurtuluş Günüdür

Naxçıvanda qəza oldu - Yaralılar var (FOTOLAR)

Rusiya İrana uçuşları dayandırdı

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

“Əminəm ki, Tramp verəcəyim hər qərarı dəstəkləyəcək”

Niderland - Yaponiya oyununda qolsuz bərabərlik - Yenilənir

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

Karateçimiz Mərakeşdə qızıl medal qazandı

"Halef"dən ayrılan kimi yeni işini seçdi

Helikopter qəzasında ölənlərdən biri məşhur müğənni imiş

Flora Kərimovanın son durumu açıqlandı

Prezidentdən Milli Qurtuluş Günü paylaşımı - FOTO

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım etdi - FOTO

Həyəcan təbili: Uşaqlar arasında energetik içki istifadəsi artır

Ermənistan müxalifəti mitinq keçirir

Məşhur futbolçu və müğənni evləndi - Foto

Konsertindəki çıxışı ilə pərəstişkarlarını təsirləndirdi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930