Azərbaycanda baş vermiş yanğınların peyk vasitəsi ilə monitorinqinin nəticələri açıqlanıb


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi Azərkosmos “Azersky” peyki vasitəsilə ölkə ərazisində, xüsusən də şimal və şimal-qərb regionlarında 2022-ci ilin avqust ayında baş vermiş yanğınların gündəlik monitorinqini aparıb.

“APA-Economics” xəbər verir ki, “Azersky” peykindən əldə olunmuş təsvirlər vasitəsilə yanğınların baş verdiyi əraziləri aydın şəkildə izləmək mümkün olub.

Təsvirlərin analizi əsasında yanğının yayıldığı ərazilər müəyyən edilib, həmin ərazilərin meşə, kolluq, otlaq və əkin sahələri üzrə təsnifatı aparılıb, ümumi sahəsi hesablanıb. Təhlilin nəticələri göstərir ki, bu ilin avqust ayında Şabranda 3 711 hektar, Siyəzəndə 800 hektar, Qubada 555 hektar, Şamaxıda 164 hektar, Xaçmazda 71 hektar, Şəkidə 6 hektar və Qəbələdə 4 hektar olmaqla ümumilikdə 5 311 hektar ərazidə yanğın baş verib. Yanmış ərazinin təxminən 30%-i, yəni 1 670 hektarı meşə sahəsinin payına düşür.

“Azersky” peyki ölkə ərazisinin gündəlik monitorinqini həyata keçirir və bu, yanğınların təkcə fəsadlarını deyil, həm də dinamikasını izləməyə imkan verir. Peyk təsvirlərinin analizi əsasında bitki örtüyünün vəziyyəti barədə dəqiq məlumatlar əldə olunur, yanğın baş vermiş ərazilərdə ağacların çətirlərinin yanıb-yanmaması müəyyən edilir. Peyk təsvirlərindən yanğın nəticəsində maddi və ekoloji cəhətdən dəymiş zərərin qiymətləndirilməsində də istifadə oluna bilər.

Qeyd edək ki, “Azersky” peykinin resurslarından ölkəmizdə müxtəlif sahələrdə - kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, fövqəladə hallar, hasilat sənayesi, meliorasiya, su təsərrüfatı, nəqliyyat və yol infrastrukturu, turizm, xəritəçəkmə, şəhərsalma, dövlət əmlakının idarə olunması və kadastr işlərində istifadə olunur.

Son xəbərlər

Ərdoğan CHP-ni sərt tənqid edib

Vuçiç Azərbaycan müdafiə nazirini qəbul edib

Putin Rusiyaya daxil olan miqrantların tibbi müayinəsini tələb edən qanun imzalayıb

Hacıqabulda açıq ərazidə yanğın başlayıb

Sabah Nəsiminin bəzi küçələrində qaz olmayacaq

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün heyət həlak olub

Ərdoğan: Ankaradakı NATO sammiti alyansın tarixində dönüş nöqtəsi ola bilər

Omanın Sohar şəhərinin şimal-şərqində yerləşən tankerdə yanğın baş verib, ölən var

Sabah 33 dərəcə isti olacaq

Azərbaycanın xarici dövlət borcu azalıb

Baş nazir kimi 62 illik rekordu yenilədi

“Qarabağ”ın rəqiblərinin adları bəlli oldu - “Ferentsvaroş”la qarşılaşacaq

İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib

15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir - FOTOLAR

ŞƏRƏFLİ HƏKİM ÖMRÜ VƏ ZƏRİF POEZİYA DÜNYASI: Leyla Bayramovanın işıqlı həyat yolu

MƏMMƏD QƏDİR : Qəbir də yerində, daş da yerində... - FOTO

Adil Kərimli Mədəniyyət Nazirliyinin kitabxanaları bağlamasına dair iddiaları rədd edib

Belfastda 18 yaşlı tələbənin öldürülməsi iğtişaşlara səbəb olub

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Araz çayında batan 17 yaşlı gəncin meyiti tapılıb

Serenay Sarıkayanın yeni layihəsi məlum oldu

Barı gəlirəmmi yuxularına? - FOTO

Mehr: İran Milli Ordusu və SEPAH yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

Qırğızıstanda terror aktları hazırlamaqda şübhəli bilinən 31 nəfər saxlanılıb

“Real”ın baş məşqçisi klubdan ayrıldı

Tramp: ABŞ-ın İrana qarşı genişmiqyaslı əməliyyatları çox baha başa gələr

Rusiyada azərbaycanlı “qanuni oğru” saxlanıldı

“Renault” kütləvi PUA istehsalına başlayır

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930