
Şəkili fermerlər bu il 1241 hektar sahədə tütün yetişdiriblər
Bu il Şəki rayonunun təsərrüfatlarında 1241 hektar sahədə tütün əkilib. Şəkili fermerlər cari mövsümdə 383 hektar sahədə “Virciniya botaniki”, 858 hektarda isə yerli tütün sortları yetişdiriblər. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 133 hektar artıb. Artıq təsərrüfatlarda tütün yığımına da başlanılıb. İndiyədək rayonda fəaliyyət göstərən emal məntəqələrində, eləcə də fərdi təsərrüfatlarda dərilmiş yaş tütün kütləsindən 1406 ton quru tütün istehsal olunub.[b][/b]
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hazırda rayonda tütünçülüklə 350-dək fermer məşğul olur. Bu təsərrüfatlarda 1200 nəfərdən çox kənd sakininin məşğulluğu təmin olunub. Rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrində 172 ədəd tütünqurutma kamerası var. Eyni zamanda, yerli tütün sortları istehsalçılar tərəfindən ipə düzülərək də qurudulur.
Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1108 hektar sahədən 3 min 337 ton quru tütün əldə ediblər.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













