
Xəbərlər
5.08.2022, 00:30
EŞQDİR BİZƏ BƏLƏDÇİ - Müzəffər MƏZAHİM
EŞQDİR BİZƏ BƏLƏDÇİ
Göz könülə qapıdır,
Könül gözə bələdçi.
Məramından başlanan,
Yollar izə bələdçi.
Ürək yanır, nə sirdir,
Eşq oduna əsirdir?!..
Kül üstündə hənirdir,
Sinən közə bələdçi.
Sözə varsa sayğılar,
Üzə gülər qayğılar...
Bu ləpirçi duyğular,
Hisslər sözə bələdçi.
Eniş möhlət, gümandır,
Ucalıq bir təkandır,-
Düzlər dağa həyandır,
Dağlar düzə bələdçi.
Dosta, yara sədaqət,
Toxunulmaz əmanət,
Vətənə saf məhəbbət,
Eşqdir bizə bələdçi.
Müzəffər Məzahim
Göz könülə qapıdır,
Könül gözə bələdçi.
Məramından başlanan,
Yollar izə bələdçi.
Ürək yanır, nə sirdir,
Eşq oduna əsirdir?!..
Kül üstündə hənirdir,
Sinən közə bələdçi.
Sözə varsa sayğılar,
Üzə gülər qayğılar...
Bu ləpirçi duyğular,
Hisslər sözə bələdçi.
Eniş möhlət, gümandır,
Ucalıq bir təkandır,-
Düzlər dağa həyandır,
Dağlar düzə bələdçi.
Dosta, yara sədaqət,
Toxunulmaz əmanət,
Vətənə saf məhəbbət,
Eşqdir bizə bələdçi.
Müzəffər Məzahim
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










