MÜŞFİQ - Müzəffər Məzahim
MÜŞFİQ
Nəyə vuruldusa sevdi ürəkdən,
Dedilər alovdur, atəşdir Müşfiq.
Güya söndürdülər ölümlə onu,
Daha bilmədilər Günəşdir Müşfiq.

Qaynayan bulaqdı, coşan dənizdi,
Açdı ilhamının qanadlarını.
Qəlbi dan yeri tək safdı, təmizdi,
Çapdı o meydanda “söz atlarını”.

Məsum gülüşündə uşaq sevinci,
Yerişində kişi təpəri vardı.
Təpədən dırnağa şairdi Müşfiq,
Elə duruşundan şer yağardı.

Gah “küləklər” kimi “çağlayan” oldu,
Gah döndü “Tərtərin nəğmələri”nə.
Hər sözü, nəğməsi elə yayıldı,
Qoşuldu bəşərin nəğmələrinə.

--Qələmindən əvvəl susan şairi,
Xalq hələ ölməmiş unudar—dedi.
Duyğusu, vicdanı kar olanların,
Qalxdı əleyhinə,--Oxu tar—dedi.

Ərköyün, şüvərək pöhrə kimiydi,
Bitti ürəklərdə əbədi Müşfiq.
Səhərin gözündə zöhrə kimiydi,
Şerin, sənətin məbədi Müşfiq.

Yurdu candan artıq sevən şairin,
Vətən torpağında qəbri didərgin.
Onun eşq tanrısı olan Dilbərin,
Həyatı didərgin, səbri didərgin.

Bütün ürəkləri açın, oxuyun,
Bu yaranın yeri dərin görünür.
“Sındırılan saz”ım, nakam qardaşım,
Hər yerdə, hər yanda yerin görünür.


Müzəffər Məzahim

MÜŞFİQ - Müzəffər Məzahim
MÜŞFİQ - Müzəffər Məzahim
MÜŞFİQ - Müzəffər Məzahim

Son xəbərlər

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

Milli kimliyin və dövlət suverenliyinin atributu: Azərbaycan dili və əlifbamız

Tubu İMANOVA : Pərakəndə fikirlərim - FOTO

Vaqif Əsədovun rəis qızı vəzifəsindən azad olundu

Nəriman Əliməmməd oğlu Həsənzadə

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

İldırım ƏLİŞOĞLU : Arzu,ürək və biz - FOTO

Bazar gününə olan hava proqnozu açıqlanıb

Nəriman Həsənzadə sabah Fəxri xiyabanda dəfn olunacaq - Yenilənib

Mərakeşdə miqrasiya böhranı zamanı zorakılıq hərəkətlərinə görə 70 nəfər saxlanılıb

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn olunacaq

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

Azərbaycanda banklar müstəqil şikayət bölməsi yaradacaq

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq

Vahid ÇƏMƏNLİ : Əkbər müəllimin müharibə dəhşətlərini yazmaq həvəsi heç zaman onu tərk etməyib

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Sərnişin daşıyıcılarına veriləcək subsidiya ilə bağlı qərar

Hüseyn 6 il həbs oluna bilər

"Sığınacaq" izləyicilərinə pis xəbər

Quba filialının məzunu MİQ imtahanlarında Respublika birincisi oldu - FOTOLAR

Tanınmış araşdırmaçı-jurnalist Mehriban Əmrullayeva şöbə müdiri təyin olunub

Şərur sakini arvadını öldürdü

3-cü kurs tələbəsi vəfat etdi

1 avqust – Azərbaycan Əlifbası Günüdür

“Alya”nın ilk sevgisi o olacaq

Layiqdir ən uca hörmətə Zabit - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31