Qalib Azərbaycan Ordusunun döyüşkənliyi və qəhrəmanlığı rəşadət nümunəsidir
Azərbaycanda odu quruculuğu sistemli şəkildə ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə başlayıb. Həmin vaxtdan etibarən ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə start verilib. Ümummilli liderin təşəbbüsü və yorulmaz fəaliyyəti ilə 1971-ci ildə hərbi kadrlar hazırlayan məktəb – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradılıb. Bununla da respublikada hərb sənətinə maraq güclənib, azərbaycanlı zabit kadrların hazırlanması diqqət mərkəzində saxlanılıb. Ölkəmizin müstəqilliyi bərpa ediləndən sonra isə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrilib. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində gənclərimizin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxumaları, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmaları gerçəkləşib. Dahi öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində digər mühüm addımlar da atıldı. Ermənistan-Azərbaycan arasında atəşkəs haqda 1994-cü il 12 may tarixli müqavilə imzalanmaqla Ordumuzun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi əhəmiyyət verildi.

Bu sözləri AZƏRTAC-a AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov söyləyib.

O bildirib ki, Ulu Öndərin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Xalq Cümhuriyyəti zamanında Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunması və hər il bu tarixin rəsmi dövlət bayramı kimi qeyd edilməsi də respublikamızda ordu quruculuğuna müsbət təsir göstərən mühüm addım idi. Dahi şəxsiyyətin ordu quruculuğu islahatları bütün bunlarla kifayətlənməyib. Ümummilli lider hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalayıb. Bununla da hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi başlanıb. Dahi rəhbərin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılıb.

“Bu dövrdə ordu quruculuğunu beynəlxalq standartlara uyğunlaşdırmaq prioritet istiqamət idi. Bu, özünü, ilk növbədə, NATO ilə əməkdaşlıq münasibətlərinin qurulmasında göstərdi. Belə ki, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq, Azərbaycanın bu hərbi təsisatla sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsini, Silahlı Qüvvələrimizin modernləşdirilməsini, müasir standartlara uyğunlaşdırılmasını şərtləndirdi. Ulu öndərin müdrik siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq”, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramlarına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox hərbçimiz NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədi. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi. Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk günlərindən etibarən, Ümummilli Liderin ideyalarına sadiq qalaraq, ölkədə ordu quruculuğunu diqqət mərkəzində saxladı, hərbi potensialı daha da möhkəmləndirdi, müasir standartlar və yeni yanaşmalar əsasında Silahlı Qüvvələrin döyüş qabiliyyətinin, hərbi hazırlıq səviyyəsinin artırılmasına, maddi-texniki təchizatının gücləndirilməsinə mühüm önəm verdi. Beləliklə, ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu Ordumuz dahi şəxsiyyətin layiqli varisi Prezident İlham Əliyev tərəfindən modernləşən Silahlı Qüvvələrə çevrildi. Dövlətimizin başçısı münaqişənin davam etdiyi illərdə uzaqgörənlik və təmkinlə diplomatik sahədə təxirəsalınmaz tədbirlər reallaşdırdı, iştirakçısı olduğu ən yüksək beynəlxalq mərasimlərin tribunalarından Qarabağ həqiqətlərini dünyaya bəyan etdi, aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə bu bölgənin ölkəmizin əzəli torpağı olduğunu və işğaldan azad edilməsinin labüdlüyünü çatdırdı. Nəhayət, respublikamızda möhkəm, sarsılmaz Xalq-Prezident-Ordu birliyi yaradıldı”, - deyə E.Bağırov söyləyib.

O əlavə edib ki, tarixi Aprel döyüşləri və Günnüt zəfəri ilə Ermənistana bir daha aydın oldu ki, Azərbaycan işğal altındakı torpaqlarını qısa müddət ərzində geri qaytarmağa qadirdir. Düşmən gördü ki, xalqımız ərazi bütövlüyünün bərpası üçün istənilən an müqəddəs savaşa hazırdır. Eyni zamanda, bu hadisələr sübuta yetirdi ki, işğala tam son qoyulacağı gün uzaqda deyil. Bütün bunlar cəmi 4 il yarım sonra – 2020-ci il sentyabrın 27-dən başlanan və 44 gün çəkən zəfər yürüşündə inanılmaz uğurlarla öz təsdiqini tam şəkildə tapdı. Bu baxımdan Aprel döyüşləri və Günnüt zəfəri həm də torpaqlarımızın azadlığına gedən yolun başlanğıcı oldu. Bu savaşlarda Ermənistana layiqli dərs verən Azərbaycan Ordusu Vətən müharibəsində də düşməni döyüş meydanında tam məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan dövlətinin və xalqının əbədi var olmasının təminatçısı Silahlı Qüvvələrimiz hər bir azərbaycanlının qürur yeridir. Düşmənin qorxulu kabusuna çevrilmiş qalib Azərbaycan ordusunun döyüşkənliyi və qəhrəmanlığı mütləq rəşadət nümunəsidir! Güvənc yerimiz olan bu ordu ilə fəxr edir, müzəffər xalq olmağın xoşbəxtliyini yaşayırıq.

Son xəbərlər

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub

Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib

İqlim Dəyişmələri üzrə Dövlət komissiyasının iclası keçirilib, Qurumlararası İşçi Qrupu yaradılacaq

Emin Əmrullayev: Valideynlər öz məsuliyyətini dərk etməli, məktəblə, müəllimlə birgə işləməlidir

Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı

I sinfə qəbul başlayır

Paşinyan: Azərbaycanla Qarabağ, Bakı və digər yerlərə ermənilərin qayıdışını müzakirə etmirik

"İrana qarşı blokada uğursuzluğa məhkumdur" - Pezeşkian

Azərbaycan Deflimpiya hərəkatı - Qısa müddətdə böyük uğur

QIZBƏS QƏBƏLƏ : NƏ YAXŞI Kİ, DÜNYADA SÖZ ADLI SƏLTƏNƏT VAR - FOTO

Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm

Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib

Rezidenturaya qəbul imtahanının I mərhələsində 1702 namizəd iştirak edəcək

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq

Azərbaycan nefti 6 dollardan çox bahalaşıb

BİZİM TƏQVİM:30 apreldə baş vermiş tarixi hadisələr

Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür

XTQ-nin yaradılmasından 27 il ötür

Enrike Çempionlar Liqası tarixində rekorda imza atdı

Türkiyədə 2 min il tarixi olan Afina heykəli tapıldı

Lukaşenkonun oğullarına 10 illik sanksiya tətbiq olundu

12 qurban, 17 illik hüzun...

"İstəyirsən övladın hamı kimi olsun" - Yüzbəyov autizmli uşaqlarından danışdı

SEVİNC YUNUSLU : Qorxma mən hələ ölmürəm.. - FOTO

CƏMİL ZƏBHULLAOĞLU : SABİRANƏ - FOTO

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930