Ulu Öndər hakimiyyətə qayıdışı ilə müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu
Dekabrın 9-da Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyublar.

Sonra YAP Xətai rayon təşkilatının qərargahında Xətai rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Dahi Lider” adlı rəsm sərgisinin nümayişi olub.

YAP Xətai rayon təşkilatının akt zalında davam edən tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranması və inkişafında əvəzsiz xidmətlərindən bəhs edib. O deyib: “Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, vətəndaş müharibəsindən xilas etdi. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ulu öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək zəruri olan bazanın formalaşdırılmasına məhz həmin illərdə başlamışdır. İqtisadi təməlin qoyulması, kadr hazırlığının yüksək səviyyədə təşkili, ən əsası dövlətin müstəqilliyinin qarantı olan ordunun inkişafına xidmət edəcək mühüm addım kimi qiymətləndirilən Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması və bir-birindən əhəmiyyətli digər addımlar gələcək inkişafımızın əsası oldu. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu işlərin həyata keçirilməsinin davamlılığını yüksək səviyyədə təmin etdi. Bu reallıq da hər zaman böyük inam və qətiyyətlə bildirilir ki, ulu öndər Heydər Əliyev sovetlər birliyi dövründə Azərbaycanı qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu”.

“Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən saatlarla, günlərlə danışmaq olar” söyləyən Vüqar Rəhimzadə bildirib ki, ulu öndər Heydər Əliyev 2003-cü ildə inamın, etimadın düzgün ünvanını göstərdi. Son 18 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev tariximizin Zəfər səhifəsini yazdı, ərazi bütövlüyümüz bərpa olundu. Bütün bu uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir. Qarşıda Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə bu günümüz üçün qurulan möhkəm təməldən danışıb. Deyib ki, bugünkü Azərbaycan məhz həmin dövrdə yaradılan möhkəm təməl üzərində inkişaf edir, uğurla addımlayır.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin bildirib ki, fəaliyyətinin mühüm bir dövrü görkəmli siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevlə bağlı olub.

Deputat ulu öndər Heydər Əliyevin Azərbaycanın bu günü və gələcəyi ilə bağlı gördüyü işlərdən geniş bəhs edərək vurğulayıb ki, Ulu Öndərin idarəçilik təcrübəsi, siyasi iradəsi, bacarığı, liderlik keyfiyyətləri hər bir çətinliyin öhdəsindən uğurla gəlməsini şərtləndirdi. Bu gün həmin qətiyyəti, siyasi iradəni dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev nümayiş etdirir. 44 günlük İkinci Qarabağ müharibəsində 30 ilin işğalına son qoymaq böyük şücaətin, qəhrəmanlığın, Prezident İlham Əliyevin qətiyyətinin, Azərbaycan Ordusunun gücünün, qüdrətinin nəticəsidir.

Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun atası, Xətai Rayon Ağsaqqallar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov ulu öndər Heydər Əliyevlə bağlı xatirələrindən danışıblar.

YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatının sədri Vaqif Abbasov ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətlərindən biri kimi bu gün cəmiyyətin avanqard qüvvəsinə çevrilən, 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılmasından bəhs edib. Bildirib ki, Ümummilli Liderin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlər üçün öz aktuallığını qoruyur.

Tədbirdə çıxış edən gənc fəal Ruslan Qasımov deyib ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının üzvü olmaq gənclər üçün fəxrdir.

“Dahi Lider” rəsm sərgisinin qalibi Fidan Rzaquliyeva ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edib. Bildirib ki, Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi nəticəsində 30 il işğal altında olan torpaqlarımız azad olundu, üçrəngli bayrağımız Qarabağda dalğalandı.

Sonra Xətai rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Dahi Lider” mövzusunda keçirilən rəsm sərgisinin qaliblərinə diplomlar verilib.
Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Ulu Öndər hakimiyyətə qayıdışı ilə müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu
Ulu Öndər hakimiyyətə qayıdışı ilə müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu
Ulu Öndər hakimiyyətə qayıdışı ilə müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu
Ulu Öndər hakimiyyətə qayıdışı ilə müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu
Ulu Öndər hakimiyyətə qayıdışı ilə müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu
Ulu Öndər hakimiyyətə qayıdışı ilə müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu
Ulu Öndər hakimiyyətə qayıdışı ilə müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu
Ulu Öndər hakimiyyətə qayıdışı ilə müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu
Ulu Öndər hakimiyyətə qayıdışı ilə müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu
Ulu Öndər hakimiyyətə qayıdışı ilə müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu
Ulu Öndər hakimiyyətə qayıdışı ilə müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu

Son xəbərlər

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB

Şöhrət xiyabanında onun da ulduzu oldu

“Eşref Rüya”nın aktyorları eyni layihədə

11 yaşlı uşaq 85 milyon il əvvəl yaşamış sürünənin skeletini aşkarladı - Fotolar

Dünya Kubokundan sonra karyerasını bitirəcək

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib - FOTOLAR

Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR

Ermənistanda səslər yenidən hesablandı, fərq dəyişdi

“TikTok"da qeyri-etik paylaşımlar edən daha bir nəfər saxlanıldı

Həyatının 30 ilini buna həsr etdiyini açıqladı

Universitetini dəyişdirmək istəyənlərin nəzərinə: Mühüm qərar...

“Balını artırarıq” tələsi: Abituriyentlərə vacib xəbərdarlıq

Sürücülük hüququ ömürlük verilə bilərmi?

ADY yay mövsümü üçün əlavə qatar reysləri təyin etdi

“Milli Qurtuluşun izi ilə: Dövlət Quruculuğunda Neft Amili və Sabitlik Reallıqları” - FOTOLAR

"Ben bu cihana sığmazam"ın aktrisası yeni serialda - FOTO

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

DAXİLİ DÜNYANIN YAŞATDIĞI SARSINTILAR - FOTOLAR

Azərbaycanda hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib

Azərbaycan və Ekvadorun diplomatik, rəsmi və xidməti pasport sahibləri viza tələblərindən azad ediləcək

Böyük Britaniya hökuməti böhranla üz-üzə - Krallığın sınağa çəkilən siyasi elitası - ŞƏRH

DÇ-2026: Kanada və ABŞ yığmaları ilk oyunlarına çıxacaq

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930