Xəbərlər
8.05.2022, 23:00
Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib
Mayın 8-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, "Qarabağ" evdə "Zirə" ilə qarşılaşıb. "Azersun Arena"da baş tutan matçda meydan sahiblərinin çoxsaylı hücumlarına baxmayaraq, hesab açılmayıb.
Ötən tur çempionluğunu rəsmiləşdirən "köhlən atlar" bu nəticə ilə xallarını 60-a çatdırıb. Paytaxt klubu isə 43 xalla 3-cü pillədə yer alıb.
Günün ilk oyununda "Sabah" səfərdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, tura mayın 9-da keçiriləcək "Sumqayıt" - "Şamaxı" və "Qəbələ" - "Neftçi" matçları ilə yekun vurulacaq.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay