Xəbərlər
10.04.2022, 21:54
Azərbaycan Premyer Liqası: "Qarabağ" böyük hesablı qələbə qazanıb
Aprelin 10-da futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, çempionatın lideri “Qarabağ” klubu “Sumqayıt”ın qonağı olub. "Kapital Bank Arena"da baş tutan matç "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə ilk qolu 16-cı dəqiqədə Kadi Borges vurub. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıda da hücumlarını davam etdirən Ağdam klubu 67-ci dəqiqədə Marko Veşoviçin qolu ilə fərqi artırıb. Oyunda son nöqtəni isə Leandro Andrade qoyub. Matçın 69-cu dəqiqəsində fərqlənən kabo-verdeli yarımmüdafiəçi yekun hesabı müəyyənləşdirib.
Bu qələbədən sonra xallarını 52-yə çatdıran "Qarabağ" zirvədəki yerini möhkəmləndirib və avrokuboklara vəsiqəni təmin edib. On dörd xalı olan "Sumqayıt" isə 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, ilk oyun günündə "Neftçi" səfərdə "Şamaxı"ya 2:1, "Sabah" isə evdə "Zirə"yə 3:1 hesabı ilə qalib gəlib. Tura bu gün keçiriləcək "Səbail" - "Qəbələ" matçı ilə yekun vurulacaq.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay