QANADLARI XEYİRXAHLIQ OLANIN QİSMƏTİ - Daşdəmir ƏJDƏROĞLU
QANADLARI XEYİRXAHLIQ OLANIN QİSMƏTİ

Bu sözləri mən uşaqkən Osman Sarıvəllinin yaradıcılığına nəzər salanda oxumuşam. Sonradan bu misralar hamının dilinin əzbərinə çevrildi:
Hər kim 100 il yaşamasa,
Günah onun özündədir.

Şairin həmin misraları hansı nəcib niyyətə köklədiyini anlayıram və yeniyetmə, ilk gənclik çağlarımda o sətirlərin həqiqətinə də inanan kimiydim. O mənada ki hər insan həm də öz həkimi olmalı, Yaradanın ona əmanət etdiyi canı qorumalı, daim bədəninin sağlam olmasının qeydinə qalmalıdır. Amma biliklərim, səriştələrim, görüb-eşitdiklərim çoxaldıqca, həyatın sıra-sıra qart sifətləri və davranışlarına şahid olduqca bunu da dərk etdim ki, həm uzun yaşaya bilmək, həm də sağlam, ağrı-acısız ömür sürə bilmək, təəssüflər ki, heç də həmişə özümüzdən asılı olmur. Bir yandan həyat, o biri tərəfdən çevrəndəki insanlar, üzləşdiyin münasibətlər, hadisələrin axarı hərdən səni elə məngənələrdə sıxır, elə sərt aşırımlarla qarşılaşdırır ki, bəzən saniyələr, dəqiqələr içində ayları, illəri yandırmış, yellərə sovurmuş olursan. Ona görə də əsildən-nəsildən gələn sağlam vücud, Allahın bəlkə də irəlicədən səxavətlə müəyyən etdiyi uzun ömür möhləti hərdən güzəranın kəc gedişi ilə erkən qısalır, can tab gətirməyib heysizləşir, həyat sapı vaxtından tez qırılır da. Həmin səbəbdən də uzun yaşaya bilmək və üstəlik, ömrün ən sinli mərhələsinə də gümrah, həyat eşqi ilə dolu halda çatmaq, qocalıq ahu-zarını, səhhət böhranlarını yaxına buraxmayaraq hər gün nəsə yaxşı bir iş görməyə çalışmaq, yuxa qəlbində işıqlı bir istək daşımaq və ixtiyar çağlarında da dünyadan ləzzət almaqda davam edə bilmək özü də bir hünərdir.
"Hünər" sözünün hər iki mənasında. Yəni bu həm bir şücaətdir, həm də sənətdir. Mənim həm yeznəm, həm də qardaşdan artıq yerlim Kavus Quliyev də bax belə igid və hünərli adamdır.
Əslində, mən gözləyirdim, sadəcə gözləmirdim, elə qəlbən inanırdım da ki, o, 65-i də, 70-də, 75-i də, 80-i də, ... qarşılayacaq.
Həm də evində, biraddım-biraddım hərəkət eləyə-eləyə deyil, elə həmişəki şuxluğuyla. Telefonuma zəng çalacaq ki, işdəsən, ya evdə? Nigaran, narahat, qayğılı adamlar kimi!
Və onunçün doğma ünvanda növbəti dəfə qədəm basacaq, özünün iştirakı ilə həmin böyük otaqda, o otaqda ki, vaxtilə bir çox yaxınımızın yubileyinə, şadlıq tədbirinə qatılıb, çıxış edib, xatirə söyləyib, xeyir-duasını verib, hətta əl götürüb oynayıb. Bu günsə onun 65 yaşını bayram edirik. Və söz yox, həmin gün gəlib.
Amma bu gün onunla yaşıd bacanağı Akif Əliyevin də yeri görünür. Bütün ailə tədbirlərinin təşkilatçısı, fəal iştirakçısı, hətta təşəbbüsçüsü.... Yaşasaydı, 10-15 gün əvvəl onun da 65 yaşının işığına toplaşacaqdıq!..
Nə acı ki, onsuz - əziz Akif qardaşımızsızıq. Özünün 65 illik yubileyini qarşılamalı olduğu halda nə özünün, nə də bacanağının yubileyinə şahidlik edə bilir... Eh, kəmfürsət ölüm, amansız əcəl...
...Müddətlərcə məşq edərək, öz üzərində çalışaraq ən güclü pəhləvanın da dizini yerə vurmaq mümkündür. Lakin Zaman adlı pəhləvana qalib gəlmək hər oğulun işi deyil. 65-i Kişi kimi başa vuran Kavus Nadir oğlu Quliyev çətin tarix dövrlərin içərisindən adlayaraq Vaxt deyilən Pəhləvanla tutuşmada uduzmayıb, büdrəməyib və bu yaşına da qıvraq, onillər öncəki şaxlığını, şuxluğunu, təravətini hifz edərək yetişib. Bu isə onun özündən daha əvvəl doğmaları, sevənləri, onu əziz bilənlər üçün xoşbəxtlikdir.
QANADLARI XEYİRXAHLIQ OLANIN QİSMƏTİ - Daşdəmir ƏJDƏROĞLU

65-i arxada buraxaraq 66-ya və üzü o biri illərə, şanlı yubileylərə doğru irəliləyən və bütün varlığı bir cavan ovqatla ləbələb atanın oğlu, qızları da, nəvələri də aydın məsələdir ki, bu cür insanın yanında özünü uşaq, yeniyetmə, əslində olduğundan qat-qat gənc sayır.
Kavus Quliyev İsmayıllı rayonunun Basqal kəndində anadan olub. Böyük Vətən müharibəsi Qəhrəmanı Kamal Qasımovun adını daşıyan Basqal kənd orta məktəbində orta təhsil alıb. Hərbi xidmətini başa vurub. Sonra M.Əzizbəyov adına Dövlət Neft və Kimya İnstitutunu uğurla bitirdikdən sonra bir müddət Sumqayıtda Kimyaçıların mədəniyyət sarayında fəaliyyət göstərib. Səhhəti ilə bağlı Bakıda bir neçə sahədə çalışıb. Hazırda təqaüddədir.
Bizi bütün başqa səbəblərdən savayı yaxınlaşdıran bir mühüm amil və körpü ikimizin də vətənpərvər, yurdsevər olmağımızdır. Həmişə söhbətləşəcəyimiz ortaq mövzular olub və var.
Kavus vüqarlı adamdır, təmkinlidir, səbirlidir. İşgüzardır, öz sənətini sevəndir.
Ürəyi doğma yurduna o qədər bağlıdır ki, xüsusi səbəb oldu-olmadı, mütləq ora baş çəkməsə rahat olmur. Bir tərəfə baxanda xüsusi səbəb də var. Xüsusi səbəb cazibədi. Bir ahənrüba kimi onu bu ünvana ürəyi, yaddaşı, məhrəm xatirələri cəlb edir. Basqalın hər daşı, torpağı, ümumiyyətlə, insan üçün doğma və sevimli nə varsa, onunçün əzizdi.
Həmişə, lap beş dəqiqəliyə olsa da, Basqala yolu düşsə, mütləq əzizlərinin məzarını ziyarət edir, dualarını oxuyur. Qəbiristanlıqda olanda o, yalnız həmin anda orda olanları görmür ki! Unudulmaz simsarlarının, nəsildən köçmüş doğmalarının həniri onunçün onların uyuduqları bu məkanda yenə diridi.
Bütün məclislərimizin, mərasimlərimizin əksərində Kavus yenə bizimlədir.
Özünü gənclikdə olduğu kimi hiss edir.
Allah bildiyi qədər mümkün imkanı ona qismət edib. Ailədə Nadir adlı bir oğul böyüyür, yaşayır, bir gəlin Kavusa balalıq edir, onun nazını çəkir, qayğısına qalır. Amma ailə sükanının arxasında həmişə olduğu kimi yenə Kavus Quliyevdir, onun da bu kiçik cəmiyyətdə öz sözü, öz işi var, gördüyü işlər ona daim xüsusi zövq verir.
İxtisası elektrik-mühəndisliyidir. Elə bir qohum, elə bir yaxın ev, ailə olmaz ki, orada Kavusun izi olmasın, xeyirxah işi görünməsin. Gördüyü işlərin çoxunu təmənnasız edib. Bu xasiyyət heç də hamıya nəsib olmur. Çünki bu işlərin çoxu imandan gəlir. Uzxun illərdir ki, ibadətlə məşğul olur, İslamın dini-şəriət qaydalarına əməl edir.
Ömründə bircə dəfə olsa belə ümumi mənafeyə xidmət edən hansısa iş görmüş adam yaxşı bilir ki, bundan ötrü nə qədər zəhmət çəkmək, arzulanan nəticəyə yetişməkçün nə qədər inadkar, ardıcıl olmaq lazımdır. Artıq icra edilmiş bir əməl haqqında ağızdolusu, ya dodaq büzərək danışmaq, o işdə nəyəsə qulp qoymaq asandır. Müşkül olan daşı daş üstə qoyaraq kimsənin sənə qədər etmədiyini etməkdir. Kavusun dincələn, nəvələrlə əylənən, keçmişlərdə taleyindən ötüb-keçənlərdən xatirələr söyləməklə vaxt keçirən əyyamıdır. Amma dinc otura bilmir!..
Bunlar elə duyğular, elə həvəslər, elə təşəbbüskarlıqlardır ki, onları insana öyrətmək olmur. Bunlar gərək qanda, canda ola.
Və Kavus Qulievi, bu qəbildən olan digər özü şux, qaməti şax insanları görüb belə şuxqalmanın sirri ilə maraqlananlara mənim həmişə bir cavabım olub: xeyirxahlıq və xeyir əməllər naminə vaxtını da, malını da, canını da əsirgəməməyə hazır olmaq, belə nəcibliklərdən feyz ala bilmək!
Göydəki Kişi, başı nə qədər qarışıq olsa da, bəndələrinin belə səylərinin birini də nəzərindən qaçırmır və ədalətlilərin ədalətlisi olduğundan bütün bunları nəzərə də alır.
Pərvərdigar insana möhlət də, güc də, daha artıq şövq də verir ki, düz yolunu, haqq yolunu uğurla davam etdirsin, xeyirxahlıqlarında başacan olsun və qocalmazlığı, cavanqalmaqlığı ilə də yan-yörədəkiləri heyrətləndirsin.
Onun dilindən qopduğuna inanılan "Səndən hərəkət, məndən bərəkət!" deyimi təsadüfən yaranmayıb ki!
Kavusun içərisində tədqiqatçı damarı da var. Bir fikir beyninə yerləşdimi, onun ardınca axıradək olur, bütün təfərrüatları araşdırır...
Həyatda hər cür naqislik, çatışmamazlıq olub, var və bundan sonra da olacaq. Bu cür ya cahillikdən, ya xislətinin naqisliyi ucbatından etdiyi yaxşı əməldən peşman olan, dürüst işlərini də yanlış addımlarıyla ovsanadan çıxaran adamlara da rast gəlinir, ötüb keçmiş vaxta hansısa yaxşılıqları yerinə yetirməyə macal tapmadığına görə heyifsilənlərə də.
Bu yaşda dostlarının qəlbən ən cavanı Kavus Quliyev isə həyatı boyu necə olubsa, ömrünün sonunacan da o cür qalıb.
Hər qocamanın, taleyindən sıra-sıra insanlar, nəsillər, hadisələr keçmiş bir şəxsin ləyaqətli davamçısı kimi təbii olaraq o da yeri düşdükcə dünənlərə dalır, xiffət çəkdiyi məqamlar olur, arxada qalan vaxtı qaytarmaq istəyi də ürəyindən keçir.
Fəqət, bir çox başqasından fərqli olaraq, Kavus ötmüş vaxtı sadəcə həsrətlə yada salmaq hisslərindən uzaqdır. O, keçmişlərə ona görə dalır ki, cavanlıqda qaçırdığı hansısa yaxşılıq etmək fürsətlərini Allahın əta etdiyi ömür illəri və taleyin yaratdığı imkanlardan istifadə edərək indi gerçəkləşdirsin. Yaxşılıqlar edə bilmək, millətəxeyir yeni əməllərə imza ata bilmək girəvəsini özü ilə aparmasın.
Və Cümşüd müəllimin içindəki o hisslər də yalnız insanların arasında bir dönüş yaratmaq, müasirliyə, quruculuğa meyllənmək cəhdinə daha bir gözəllik əlavə etmək arzusundan doğmur.
Bəlkə bununla o, cəmiyyətdə yaşayan hər kəsə mesaj vermək istəyir: zamanı nə tutub saxlaya biləcəksiniz, nə onu geri qaytarmağı bacaracaqsınız. Yaxşılıq elə bilmək fürsətlərini özünüzlə aparmayın, xeyirxahlıq edin!..
İnsanlar arasındakı ən ali münasibətlərdən biri xeyirxahlıq və səmimilikdir. Xeyirxahlıq ən yüksək insani keyfiyyətdir. Hər dəfə xeyirxahlıqdan, yaxşılıqdan söz düşəndə böyük şairimiz Səməd Vurğunla bağlı bir epizodu xatırlayıram. Xarici ölkədən vətəninə qayıdan şairi aeroportda qarşılayan ən yaxın dostlarından biri hal-əhvaldan sonra ona belə bir sual verir: “Şair, çox ölkə gəzib, çox adam görübsən, Bəs deyə bilərsənmi ki, səadət nədir?”
Səməd Vurğun dostuna belə cavab verir: “Dostum, sən bu sualı öz ürəyinə ver! Neçə insan övladının üzünə ürəyinin qapılarını açmısan? Neçə insan övladının qolundan tutub ayağa qaldırmısan? Bu dünyada ən böyük nemət insanlıq, insanlığın əsas şərti isə xeyirxahlıqdır. Bu dünyada ancaq yaxşılıq qalacaqdır. Bax, əsl səadət budur!”
Onun qəlbində çox arzu var, di gəl, ilk gəncliyindən könlünə qonmuş o arzular Kavusla xəyal olaraq qalır. Həmişə bütün ruhuyla sözün-sənətin fəzasında uçub, ömrü uzunu buludları yaran təyyarələr kimi yolunu özü açaraq irəliləyib, daim qanadları nəcib, savab əməllər olub.
Allah bu əməllərin savabını 65-dən sonrakı illərə yazsın, onu mükafatlandırsın.
65-in mübarək olsun, əzizimiz!

Dərin hörmətlə;
Daşdəmir ƏJDƏROĞLU

QANADLARI XEYİRXAHLIQ OLANIN QİSMƏTİ - Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

"Müharibə Rusiyaya qayıtmalıdır". - Zelenski

Dünya çempionatı: Belçika-İran oyununda qapılara qol vurulmayıb

"Söz Divanəsi”nin Müdrik Yaşı: Tapdıq Əlibəyli – 65

DÇ-2026: Belçika millisi İranla heç-heçə edib

ABŞ-də yüngülmotorlu təyyarə qəzaya uğradı - Ölənlər var

Britaniya XİN başçısı Kir Starmeri istefa verməyə çağırıb

Mayisə Əsədulla Əliyeva : YAY GECƏLƏRİ - FOTO

Netanyahu: İsrail Livanın cənubundakı təhlükəsizlik zonasından çəkilməyəcək

Qətərdə partlayış oldu

İran Tramp üzr istəməyincə danışıqlara qayıtmayacaq

Azərbaycanın çimərlik güləşçiləri Batumidə bir qızıl və bir bürünc medal qazanıb

Alimlərdən sensasiyalı kəşf: Faydasız hesab edilən orqan xərçəng riskini ikiqat azaldırmış

Amerika ilə təmaslar tam kəsilməyib - KİV

DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını böyük hesabla məğlub edib

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Makronun devrildiyini deyib, polisə atəş açdı

“Anthropic”dən xəbərdarlıq: Tezliklə nəzarəti itirə bilərik

Süni intellektlə emosional söhbətlərin görünməyən riski: Mütəxəssis həyəcan təbili çaldı

İranı yeni müharibə ilə hədələdi

Tanınmış aktyor islamı qəbul etdi

Əzizə Ağahüseynqızı : Bu dünyanın baldan şirin balıdı - FOTOLAR

Ömrün ən gözəl redaktəsi – İnsanlıq - FOTO

Çimərliklərə gedənlərə - Çağırış

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub - FOTOLAR

Media: 2026-cı ilin beynəlxalq tədbirləri Türkiyənin potensialını güclü şəkildə tanıdacaq

İyunun 21-i Beynəlxalq Yoqa Günüdür

Pezeşkian İranın Qətər banklarındakı 6 milyard dollarının sərbəst buraxılacağını bəyan edib

Pikassonun oğurlanmış tablosu tapıldı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930