“Neftçi” öz meydanında böyük hesabla qalib gəlib
Martın 18-də futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Neftçi” klubu “Bakcell Arena”da “Qəbələ”ni qəbul edib. Görüş “ağ-qaralar”ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşma paytaxt klubunun 85 illik yubileyinə təsadüf etdiyindən, rəmzi olaraq saat 19:37-də start götürüb. Matçdan öncə stadionda üzərində “Neftçi”nin sabiq və hazırkı kapitanları - Anatoli Banişevski ilə Emin Mahmudovun fotoları və “Biz tarixin özüyük” yazılmış nəhəng banner açılıb. Bundan başqa, “ağ-qaralar” əyalət təmsilçisi ilə matçda meydana klassik forma ilə çıxıb.

Qarşılaşmanın start fitindən öncə qonaq komanda rəqibinə xüsusi hədiyyə təqdim edib. “Qəbələ”nin baş məşqçisi, vaxtilə “Neftçi”də çıxış etmiş Elmar Baxşıyevin geyindiyi 8 nömrəli “Neftçi” forması E.Mahmudova verilib.

Oyunda topa ilk toxunuşu komandanın veteran futbolçusu Çingiz İsmayılov edib. O, topu klubun Müşahidə Şurasının üzvü Səməd Qurbanova ötürüb. Daha sonra isə top “Neftçi” akademiyasının gənc üzvünə göndərilib.

Qarşılaşmada hesabı Eddi İsrafilov açıb. Azərbaycan millisinin üzvü 7-ci dəqiqədə fərqlənib. On dəqiqə sonra Mamadu Mbodj fərqi iki topa çatdırıb. Matçın 81-ci dəqiqəsində Gilyerme Pato qonaqları növbəti dəfə məyus edib. Görüşdə son nöqtəni isə 90+5-ci dəqiqədə Eddi İsrafilov qoyub.

Bu qələbədən sonra xallarını 37-yə çatdıran “Neftçi” 2-ci pilləyə yüksəlib. Otuz üç xalı olan “Qəbələ” isə 4-cü sırada qərarlaşıb.

Qeyd edək ki, günün ilk oyununda “Keşlə” evdə “Sumqayıt”la heç-heçə edib. Tura martın 19-da keçiriləcək “Sabah” – “Səbail” və “Zirə” – “Qarabağ” görüşləri ilə yekun vurulacaq.

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşüb

Şimali Kiprin spikeri Azərbaycana səfərə gəlib

Bakıda yalnız 3 istiqamətdə tıxac var

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasına çağıran qətnamə qəbul edib

Adil Cəfakeş poeziyasından bir nümunə... - FOTO

Gürcüstanda zəlzələ oldu

Xamenei ilə vidalaşmaq üçün Tehrana gedəcək

QIZBƏS QƏBƏLƏ : ÜRƏK, DAYANMAĞA TƏLƏSMƏ HƏLƏ - FOTO

Sifarişlər mənzilinə çatdı, özü yox… - Fotolar

Cıdır düzündə ona Qarabağ atı hədiyyə olundu - Fotolar

Tarixinin ən isti gününü yaşadı

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib

“Bu, heç vaxt müzakirə olunmayacaq”

İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI

Sabahdan bəzi yerlərdə yağış intensivləşəcək - XƏBƏRDARLIQ

Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyada səfərdə olub

DSMF: Bütün sosial ödənişlərin sabah yekunlaşdırılması nəzərdə tutulub

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb

Bircə səndin mənim “həyat ağacım”...

TƏŞƏKKÜRNAMƏ

Səfir: İran dondurulmuş aktivləri ilə nə edəcəyinə qərar verən yeganə ölkədir

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

Ceyranbatan qəsəbəsində 1200 abonentin qazı kəsiləcək

Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş birgə tədbir keçirilib - FOTOLAR

Mərdəkanda dənizdə batan 4 gəncin FOTOSU

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930