Ərdoğanın yeni RƏQİBİ
Türkiyənin müxalifət partiyaları prezidentliyə vahid namizəd axtarışına başlayıb.

Turaztv.az Redaktor.az-a istinadən xəbər verir ki, Türkiyə mediasına istinadən xəbər verir ki, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu artıq öz namizədini müəyyənləşdirib. Belə ki, Kılıçdaroğlunun ölkənin sabiq baş naziri, Gələcək Partiyasının sədri Əhməd Davudoğlunun prezidentliyə namizəd olması təklifini dəstəklədiyi bildirilir.

Gələcək Partiyasının sədr müavini Mustafa Gözəlin sözlərinə görə, CHP liderinin namizədi məhz Davudoğludur. Digər müxalifət partiyalarının da Davudoğlunun namizədlik təklifinə isti yanaşdığı deyilir.

Doğrudur, hələlik bu barədə partiyalar tərəfindən rəsmi qərar verilməyib. Bununla belə, keçmiş baş nazirin müxalifətin vahid təmsilçisi kimi seçkilərə qatılma ehtimalı yüksək qiymətləndirilir.

Ərdoğanın yeni RƏQİBİ


Məlumat üçün bildirək ki, Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu AKP-dən ayrıldıqdan sonra özünə yeni müxalif partiya yaradıb. Ötən ilin dekabrın 13-də Ankarada Gələcək Partiya adlı siyasi təşkilatın təqdimatı keçirilib. Partiyanın təsisçiləri 154 nəfərdən ibarətdir. Onlardan bir hissəsi hakim Ədalət və İnkişaf Partiyasından istefa verən şəxslərdir. Gələcək Partiyanın şüarı belədir: “Bizim bir gələcəyimiz var”.

1959-cu ilin fevralın 26-da anadan olan Ə.Davudoğlu 2009-2014-cü illərdə Türkiyənin xarici işlər naziri, 2014-2016-cı illərdə baş naziri vəzifəsini tutub. 2014-2016-cı illərdə hakim Ədalət və İnkişaf Partiyasınn sədri olub. 2016-cı ilin mayın 22-də baş nazir vəzifəsindən istefa verib.

O, 2019-cu ilin sentyabrın 13-də Ədalət və İnkişaf Partiyası üzvlüyündən çıxıb.

Ərdoğanın yeni RƏQİBİ

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin 6 müxalifət partiyasının liderləri ilk dəfə bir araya gəlib. Görüş CHP lideri Kamal Kılıçdaroğlunun dəvəti ilə baş tutub. Toplantıda İYİ Partiya sədri Meral Akşener, Səadət Partiyasının sədri Temel Karamollaoğlu, Demokrat Partiyasının sədri Gültekin Uysal, DEVA Partiyasının sədri Əli Babacan və Gələcək Partiyasının sədri Əhməd Davudoğlu iştirak ediblər.
Görüş zamanı seçkilərlə bağlı əməkdaşlıq imkanlarının öyrənilməsi, prezidentliyə vahid namizədin necə təyin olunacağı kimi məsələlərin müzakirəsi həyata keçirilib.
Onu da xatırladaq ki, Türkiyədə 2023-cü ilin iyun ayında növbəti prezident seçkiləri keçiriləcək. Seçkilərə bir ildən çox vaxt qalmasına baxmayaraq, Türkiyə cəmiyyətində indidən müzakirələr qızışıb, prezidentliyə iddia edən bəzi namizədlər ortaya atılıb.
Hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın seçim şansı rəqiblərinə nisbətdə daha yüksək qiymətləndirilir. Ehtimal olunur ki, o növbəti seçkidən də qalib ayrılaraq, yenidən Türkiyənin prezidenti postuna seçiləcək (modern.az).

Son xəbərlər

Natella Nur müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılıq dəsti-xətti ilə seçilən qələm sahiblərindən biridir - FOTO

ABŞ Prezidenti: “Hizbullah”la kiçik bir söhbət etməliyik

"Kıskanmak"dan sonra bu seriala çəkiləcək - FOTO

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirildi

Alıcan İsgəndərli : Mənsə arpa yeyirəm - FOTO

Belçika - Misir oyununda ikinci hissə başlayıb - YENİLƏNİR

Bela Zəngibasarlının şeirlər xəzinəsindən - FOTO

Hidayət Orucovun cənazəsi Bakıya gətirildi - Vəsiyyəti yerinə yetirildi

VOLODYA DAYININ QURD YAĞI - FOTO

“Turan Tovuz”un avrokuboklara getməyəcəyi dəqiqləşdi

Misir Belçikanı məğlub edir - Yenilənir

Tanınmış xanəndə dünyasını dəyişdi

Asena "bacı" dediyi qadının keçmiş əri ilə sevgilidir - FOTO

Azərbaycan namizədi BMT-nin bu Komitəsinə üzv seçildi

Ailəsinə görə müvəqqəti səhnədən getdi

Azərbaycanda bu məşhurlar işini itirə bilər - Qadağa gözlənilir

Sabah Məhərrəm ayı başlayır

Qalibə Dünya Kubokunu o təqdim edəcək

Anna Hakobyan Paşinyanın həyat yoldaşı kimi Amerikaya göndəriləcək

Kamran Əliyev Qarsdakı Baş Konsulluqda - Fotolar

ABBA-nın üzvü vəfat etdi

“Kızılcık Şerbeti”nin “Işıl”ı vəfat etdi - FOTOLAR

Vahid Çəmənli : Boylanır - FOTO

GÖZƏLLİK CƏM OLUB ÖZÜNDƏ SƏNİN - FOTO

Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

SEVİNC YUNUSLU : Bu dünyada nədir ki, bizi bizdə tutası.. - FOTO

Bakıda 31, rayonlarda 32 dərəcə isti olacaq

KİV: ABŞ-İran razılaşmasına baxmayaraq, İsrail Livanda hərbi əməliyyatları davam etdirəcək

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930