Qurban Qurbanov: Meydanda oyunu yaxşı təhlil edən iki komanda var idi
Komandamı təbrik edirəm. Həqiqətən də çox yaxşı komandaya qarşı oyunda üç xal qazandıq.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sabah" komandasına 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra mətbuat konfransında deyib.

Bildirib ki, hər iki komanda intizamlı oyun sərgiləyib: "Meydanda intizamlı iki komanda var idi. Oyunu yaxşı təhlil edən komandalar var idi. Qolu kim vursaydı, oyunun taleyi də onun xeyrinə olacaqdı. Futbolçularımdan çox razı qaldım. Onlar oyunu sonadək əldə saxlamağı bacardılar. Meydanda iki dinamik komanda gördüm".

Qurbanov Filip Ozobiçin fiziki baxımdan hazır olmamasına dair fikirlərlə razılaşmayıb: "O, ən çox qaçan oyunçulardandır. Ola bilsin, bəzi epizodlarda zonasına tez qayıda bilmirdi. Ozobiçidən daha çox əks-hücumlarda yararlanırıq. Bəzi epizodlarda düşündüyümüz kimi alınmaması kommunikasiyalardan asılı oldu. Çox intizamlı komandaya qarşı oynadığımız üçün ola bilsin, belə alındı".

Qurbanov çox sayda qol epizodu yarada bilməmələrini belə izah edib: "Cərimə meydançasına girilən epizodlara baxsaq, 4-5 imkanımız oldu. Sadəcə, son zərbələr çatmadı. Rəqib komandanın oyunçuları çox yaxın oynayırdılar. Həm də futbol elə səviyyəyə gəlib çatıb ki, standart vəziyyət və ya bir epizod matçın taleyini həll edir. Futbolçuların intizamlı və istəkli olmaları çox önəmlidir. Qol epizodları bəzi oyunlarda az, bəzilərində çox ola bilər".

Baş məşqçi ilk yarıda zədələnən Toral Bayramovun durumuna da aydınlıq gətirib: "Toralın ayağında şiş oldu. Rəqib oyunçu ona epizod zamanı xəsarət yetirdi. Durumuna sabah aydınlıq gələcək. Ağrılar olmasa, ola bilər ki, 4-5 gün meydandan kənarda qalsın".

Bədavi Hüseynovu bu mövsüm meydana buraxacağını söyləyən Qurbanov bunun üçün uyğun zaman axtardığını bildirib: "Qarşıdakı matçlarda daha yaxşı bərpa olunaraq meydana çıxacaq. Sadəcə, indi ilk dəqiqələrdən riskə getmirik. Milli komandaların oyunları ilə əlaqədar verilən fasilədən sonra onlardan yararlana biləcəyik. Onun qayıdışından sonra hər şey futbolçuların özlərindən asılı olacaq. Kim sabit çıxış edəcəksə, start heyətdə meydana çıxacaq. Rəqabətin yüksək olması önəmlidir".

Təcrübəli mütəxəssis rotasiyalar etdiyi üçün bu dəfə Abbas Hüseynova yox, Marko Veşoviçə şans verdiyini diqqətə çatdırıb. "Abbas ötən iki turda çıxış etmişdi. Bu dəfə meydana çıxmaması xüsusi bir səbəblə əlaqədar deyildi. Ola bilər, növbəti turda meydana çıxsın" - deyə o bildirib.

Baş məşqçi Xayme Romeronun zədə müddətinin bitdiyini sözlərinə əlavə edib: "Bir aydan sonra meydana tədricən buraxmağı düşünürük. Amma tam oynayacağını indidən demək çətindir".

"Sabah"ın baş məşqçidi Murad Musayev isə qeyd edib ki, idmançı və özünə inamı olan şəxs hətta məşqlərdə, ikitərəfli oyunlarda belə, udmağı düşünməlidir.

O, "Qarabağ"ın layiqli qələbə qazandığını söyləyib: "Onların güclü tərəflərinə qarşı istədiyimiz arqumentləri qoya bilmədik. İlk hissənin ortalarınadək bərabər oyun getdi. Rəqib qapısı qarşısında yaxşı fürsətlərimiz oldu. Lakin qol buraxdıqdan sonra kəskin və aqressiv deyildik. Sonda bu, bizə bərabərlik qolu vurmaq üçün yetərli olmadı. Fərqlənə bilməməyimizdə də bu amil çatmadı".

O, "Sabah"ın Ağdam klubunun futbolçularının adından çəkindiklərini etiraf edib: "Oyunun gedişatı elə idi ki, daha aqressiv çıxış edə bilərdik. Hətta müsbət nəticə də əldə etməyimiz mümkün idi. 0:5 hesabı ilə uduzmaq da olar. Sadəcə, mental cəhətdən hazırlıqlı deyildik. Daha aqressiv, daha cəsarətli oynamalı idik. Bu da məşqçilərin işidir. Mən məsuliyyəti üzərimdən atmıram".

Son xəbərlər

Azərbaycan Kuboku: İkinci finalçı "Sabah" - "Qarabağ" oyununda müəyyənləşəcək

BİZİM TƏQVİM:Aprelin 22-də baş vermiş tarixi hadisələr

Bakıda 17 istiqamətdə nəqliyyatın sıxlığı yaranıb

Pentaqon Çinə qarşı təxminən 12 milyard dollar ayırmağı planlaşdırır

Smartfonlar üçün virus əleyhinə plyonka yaradıldı

SEPAH həmin ölkələri hədələdi

Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb

Qorbaçov və Reyqanın görüşdüyü villa milyonlarla dollara satıldı (FOTO)

“Fənərbaxça” Türkiyə kuboku ilə vidalaşıb

Sezon finalı tarixi açıqlandı

Tramp: ABŞ-la İran arasında atəşkəs müddəti uzadılıb

700 minə yaxın şəxsə minimum əməkhaqqı artımı şamil olunub

ABŞ-nin Vitse-prezidentinin Pakistana səfəri ləğv edilib

Sabah metroda qatarlar gecikəcək - Araşdırmalar gedir

“Bu qədər futbolçunun haqqını yedi”

Türkiyəli güləşçi Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub

Çağrı mərkəzi olmayan dövlət qurumlarına "108" vasitəsilə müraciət ediləcək

Azərbaycanda süni intellektlə təxribat törədənlər həbs ediləcək

Maliyyə Nazirliyi 157 nəzarət obyektində pozuntular aşkarlayıb

Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatının ilk gününü 2 medalla bitiriblər

Kallas: Azərbaycan enerji və bağlantı sahəsində mühüm tərəfdaş olaraq qalır

İran Trampın 8 qadınla bağlı iddiasını təkzib etdi

"Oskar" mükafatlı rejissor vəfat etdi

O da "Fatih"in serialında rol alacaq

Dünyanın ən gözəl qadını... - FOTOLAR

Bakı metrosunda günün ikinci hadisəsi - Sərnişin həlak oldu

Meqanla şəkil çəkdirmək üçün bu qədər pul ödədilər

Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi finala yüksəlib

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930