Qurban Qurbanov: Təlim-məşq toplanışından çox razı qaldım
Qalibiyyət olmamasına baxmayaraq, təlim-məşq toplanışından çox razı qaldım.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışının yekunu barədə klubun yutub kanalına açıqlamasında deyib.

O bildirib ki, futbolçuların hazırlıq səviyyəsinin sonadək eyni olması vacib idi: “Bu gün proqramımızda bir az dəyişiklik oldu. Son günə 2 oyun planlaşdırmışdıq. İlk görüş baş tutmasa da, bunu müəyyən formada kompensasiya edə bildik. Sevindirici haldır ki, hazırlıq mərhələsini zədəsiz başa vurduq. Bu, çox vacib idi”.

Qurbanov yükləmələrin həddindən artıq çox olduğunu söyləyib: “İnanıram ki, burada texniki cəhətdən gördüyümüz səhvləri oyunlarda azaldacağıq. Futbolçuların hər birindən razı qaldım. Hamısı çox istəkli idi və əsas heyət üçün sonadək mübarizə apardılar. Bu gün iki heyət mübarizə apardı. İkinci hissədə meydana çıxan futbolçular xoş təəssürat oyatdılar. Bəzilərinin daha yaxşı olduğunu gördüm. Bu mənada, qarşıdakı oyunlarda dəyişiklik ola bilər. Çünki futbolçular məni buna məcbur edirlər. Düşünürəm ki, matçlarda xeyli rotasiyalar edə biləcəyik. Futbolçularıma təşəkkür edirəm. Bakıya döndükdən sonra daha yaxşı formada olacağıq”.

Qeyd edək ki, "Qarabağ" Antalyada 4 yoxlama oyunu keçirib. Ağdam təmsilçisi ilk matçında Rumıniyanın "Qaz Metan" klubu ilə qolsuz heç-heçə edib. "Köhlən atlar" ikinci sınağında Serbiyanın "Baçka Topola" klubuna 0:1, üçüncü görüşündə Polşa "Şlyonsk"una 2:3 hesabı ilə uduzub. Polşanın "Visla" (Krakov) komandası ilə qarşılaşmada da qapılara qol vurulmayıb.

Son xəbərlər

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto

“Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq

Haci Əkbər Rüstəmovun “Xatirələr yaşadır məni” kitabının ən kədərli səhifələrindən biri də Xocalının işğalı gecəsi Əkbər müəllimin keçirdiyi hisslərdir.

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dollara yaxınlaşıb

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib

17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı

Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO

"Amerika niyə buraya gəlib hərbi bazalar qurmalıdır?" - Pezeşkian

9-cu dəfə əməliyyat olunacaq

ƏBƏDİ MUĞAMIN GƏNC NƏFƏSİ - FOTOLAR

RƏŞAD BAXŞƏLİYEV DASTANI - FOTO

Rusiya və İrana “Cəhənnəm sanksiyaları”nı tətbiq edəcəklər

2100-cü ildə Yer necə görünəcək? Alimlərin proqnozları narahatlıq doğurur

Gecələr görən belə məni niyə qısqanır - FOTO

Ömrünü həqiqətə həsr edən ziyalı

Doğmalarımın əziz xatirəsinə.

Rusiyanı vurmaq üçün "Starlink"dən istifadəyə icazə verməyəcək

Hande səhnə geyimlərini satır

Misirin genetik sirri açıldı: piramidalar dövründə yaşamış ilk insan kim olub?..

Azərbaycan gəncliyi niyə “ChatGPT”-yə “sığınıb”?-ARAŞDIRMA

Həyatdan vaxtsız köç edən elqızım, qohumum Nərgizin əziz ruhuna bacısı Tahirə xanımın diliylə...

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31