Maşın almaq istəyənlərə şad xəbər: 1000 manata dövlət maşınları satılır
17, 29 və 31 mart tarixlərində özəlləşdirmə hərracları keçiriləcək.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Oxu24.com-a verilən məlumata əsasən, martın 17-də keçiriləcək hərraca 12 nəqliyyat vasitəsi, 29 martda təşkil olunacaq hərraca 15 kiçik dövlət müəssisə və obyekti, 1 yarımçıq tikili, 16 nəqliyyat vasitəsi, 31 mart tarixindəki hərraca isə 15 nəqliyyat vasitəsi çıxarılacaq.

Hərraca çıxarılan nəqliyyat vasitələri müxtəlif markalıdır. Özəlləşdiriləcək avtomobillər arasında Rusiya, Koreya istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 1986-2010-cu illər arasında dəyişir.

Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin isə ikisi istisna olmaqla, qalanları bölgələrdə yerləşir. Tam siyahı ilə keçid vasitəsilə tanış ola bilərsiniz.

Üç hərracda ümumilikdə 43 nəqliyyat vasitəsi satışa çıxarılacaq. Hərraca çıxarılan nəqliyyat vasitələrinin ilkin satış qiyməti 1 000 manatdan başlayır və 10 000 manata qədər artır.

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından və ya özəlləşdirmə portalından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Son xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert – “90 illik irs”

“Kür-Araz” qəzeti redaksiyasında oxucularla görüş keçirildi - FOTO

Zülfiyyə İsmayıl : Mərd adamlar - FOTO

Hamını güldürən və ən hazırcavab insanlar bu 4 tarixdə doğulur

Fransada Yelisey sarayında axtarış aparılıb

Makron Trampla İrandakı vəziyyəti müzakirə edib

Keyn “het-trik” etdi - “Bavariya” Almaniya Kubokunu qazandı

Atlaz Rzayi : Yollar - FOTO

ÜST-dən daha bir - Xəbərdarlıq

Təcili təhlükəsizlik iclası çağırdı

"ALLAHIN HƏDİYYƏSİ" adlı roman kitabı şükürlər olsun çapdan çıxdı - FOTO

XƏLİL MİRZƏ : Yaxşı ki, ömrümə döndü xatirən - FOTO

Azərbaycanın diplomatı İranda faciəvi şəkildə vəfat etdi - FOTO

Daha bir güləşçimiz Avropa çempionu oldu

İtaliyalı hücumçu Azərbaycan millisinə cəlb olunub

Qadın karateçimiz Avropa çempionu oldu

Əfsanəvi idmançının evinə basqın edildi - Yaralıdır

Arif Musa : Mən kimi - FOTO

“Çin bölgədə 100-dən çox gəmi yerləşdirib”

Azərbaycanda sənaye meşələri salınacaq

Azərbaycanda meşələrə dronlar nəzarət edəcək – Nazir AÇIQLADI

Kitab təqdimatı :: “ƏLVİDA DEYİRƏM AYRILIQLARA”- FOTO

Emin Əmrullayev Tacikistanın təhsil və elm naziri ilə görüşüb

WUF13 - Azərbaycanın çoxtərəfli əməkdaşlığa və qlobal həmrəyliyə növbəti tarixi töhfəsi - ŞƏRH

Azərbaycan və Qazaxıstan arasında hərbi təhsil sahəsində islahatlar müzakirə edilib

Bakıda Üçüncü Kəlağayı Festivalı təşkil olunub - FOTOLAR

İlham Əliyev WUF13-ün bütün iştirakçılarını uğurlu və nəticəyönümlü tədbir münasibətilə təbrik edib

QIZBƏS QƏBƏLƏ : QARMON İFASI - FOTO

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031