
Xəbərlər
24.05.2026, 01:50
Zülfiyyə İsmayıl : Mərd adamlar - FOTO
Kişi var dağ kimi durur elində,
Elinə, xalqına arxadaş olur.
Çörəyi halalca işindən çıxır
Belə adamların yeri baş olur.
Bir salam verəndə ürək isidər,
Dərdini gizlədib qəlb sevindirər
Yıxılan görəndə qolundan tutar,
Qaldırıb yəhərli ata mindirər.
Dünya malı qalmaz heç bir insana,
Yaxşılıq edənin adı qalacaq.
Pislik eyləyənə lənət oxunur,
İnsanlıq daima örnək olacaq.
Zülfiyyə deyər ki, insan gərəkdi,
Könül sındırmasın, qəlbə dəyməsin.
Hamını qarşıda ölüm gözləyir,
Heç kim mənəm deyib özün öyməsin.
10-05-2026
Elinə, xalqına arxadaş olur.
Çörəyi halalca işindən çıxır
Belə adamların yeri baş olur.
Bir salam verəndə ürək isidər,
Dərdini gizlədib qəlb sevindirər
Yıxılan görəndə qolundan tutar,
Qaldırıb yəhərli ata mindirər.
Dünya malı qalmaz heç bir insana,
Yaxşılıq edənin adı qalacaq.
Pislik eyləyənə lənət oxunur,
İnsanlıq daima örnək olacaq.
Zülfiyyə deyər ki, insan gərəkdi,
Könül sındırmasın, qəlbə dəyməsin.
Hamını qarşıda ölüm gözləyir,
Heç kim mənəm deyib özün öyməsin.
10-05-2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












